Icma.az
close
up
RU
“Məğlubiyyətə layiq olmadığımız halda uduzduq”

“Məğlubiyyətə layiq olmadığımız halda uduzduq”

Icma.az, futbolpress-az portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan Premyer Liqasının IX turunun “Karvan-Yevlax” – “Turan Tovuz” oyunundan (1:2) sonra meydan sahibi komandanın baş məşqçisi Azər Həşimov jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib…

– Oyuna hazırlaşmaq üçün 4 gün vaxtımız oldu. Biz hesabda öndə olduğumuz vaxt rəqibin heç bir qol imkanı olmadı. Futbolda belə hallar olur ki, yaxşı oynayırsan, amma məğlub olursan. Sevindirici haldır ki, bu gün kapitanımız Araz Abdullayev meydana çıxdı. Bəhanələr gətirməyi xoşlamıram. 14 il sonra “Karvan-Yevlax” yenidən Premyer Liqadadır. Qarşıda çox oyunlar var. Öz işimizi vicdanla, ləyaqətlə görürük, əlimizdə olan imkanlara uyğun iş görməyə çalışırıq. Bu gün komanda əzmkar futbol oynadı. Onlara təşəkkür edirəm. Məğlubiyyətə layiq olmadığımız halda uduzduq. Daha yaxşısını etməyə çalışacağıq. Fərdi keyfiyyətlər öz sözünü deyir. Məşqçi meydana çıxıb futbolçunun yerinə nəsə edə bilməz. “Karvan-Yevlax”ın Premyer Liqada qalması üçün əlimizdən gələni edəcəyik.

– Məğlubiyyətə görə səhv kimdədir?

– İstənilən sahədə səhvlər olur. Bu gün komandamın məğlub olması mənim səhvim idi. Çox təəssüf ki, xal qazana bilmədik, futbolda belə hallar olur.

– Qapıçı Kamran İbrahimovun əvəzlənməsinin səbəbi nə idi?

– Kamran ilk hissədən sonra özünü yaxşı hiss etmirdi, ona görə də dəyişiklik etdik. Əmrah Bulud da deyərdim ki, onu layiqincə əvəzlədi.

– Üstünlüyü əldən verməyinizi necə izah edərdiniz?

– Sadəcə, ola bilər ki, hesabda 1:0 öndə olanda bir az arxayınlıq oldu. Mən də istərdim ki, 90 dəqiqənin sonunda sevinən tərəf biz olaq.

– Uğursuz nəticələrdən sonra istefaya göndəriləcəyinizlə bağlı narahatlığınız yoxdur?

– Məşqçinin işi elədir ki, hardasa bir axsama görür və dəyişiklik etmirsə, deməli, o, iş görmür. Bəhanə kimi demək istəmirəm, yeni komandayıq. Bacardığımız qədər ən yaxşısını etməyə çalışacağıq. Rəhbərlik tərəfindən də dəstək var. Sadəcə olaraq, şərait baxımından gözləyirdik ki, öz meydanımızda, azarkeşlərimizin qarşısında çıxış edəcəyik. Amma bu məsələ hələ də öz həllini tapmır. Bu amil də nəticələrimizdə müəyyən qədər təsirini göstərir.

Şahin Cəfərov 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:239
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 24 Oktyabr 2025 18:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see317

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see299

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see296

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see291

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see278

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see277

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see256

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see253

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see250

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see243

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see242

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see235

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see229

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see218

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see214

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see210

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see201

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see192

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri