Icma.az
close
up
RU
Qərbi Azərbaycan Xronikası: Babam araba ilə Gəncəyə, böyük qardaşı isə Türkiyəyə qaçıb

Qərbi Azərbaycan Xronikası: Babam araba ilə Gəncəyə, böyük qardaşı isə Türkiyəyə qaçıb

Baku.ws saytından alınan məlumata görə, Icma.az bildirir.

Bu gün Baku TV-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu "Həyat Hekayəsi" verilişinin növbəti buraxılışı hazırlanıb.

"Qəmərlinski nəsli 1919-cu ildə İrəvandan məcbur köçürülüb" adlı veriliş əslən İrəvan şəhərindən olan Qərbi azərbaycanlı Gülbəniz Qəmərlinskayanın həyat hekayəsinə həsr olunub.

O, 1946-cı ildə Gəncədə, baba və nənəsinin isə İrəvanda doğulduğunu, orada ibtidai məktəbdə müəllim işlədiyini deyib: "Babam və nənəmin iki uşağı var idi. Kiçik oğlu atam Firudun Qəmərlinski, böyük qızları isə Zəkiyyə xanım Qəmərlinskaya idi və onlar 1953-cü ildə Bakı şəhərinə köçüblər. Babam general Əli Qəmərlinski İrəvanda məşhur müəllim Məhəmmədvəli Qəmərlinskinin oğludur. O, çar ordusunun generalı olub və onun adı ilə qədim Küzülü kəndi Qəmərli adlanıb. Çünki general onlara çox xidmət edib, xeyirxah işlər görüb. O vaxt İrəvanda ilk məktəb - Rus-Tatar Məktəbi açılmışdı. Babamın atası Məhəmmədvəli Qəmərlinski həmin məktəbi bitirib, sonra müəllim işləyib. İstəyirdi ki, gələcək nəsli böyüdən qadınlar savadlı, gözüaçıq olsunlar. O, bu fikirlərlə İrəvanda Qadınlar Gimnaziyasının açılmasında fəal iştirak edib".

Onun sözlərinə görə, o vaxt daşnaklar azərbaycanlıların İrəvanda qalmasına imkan verməyiblər: "Çünki İrəvan şəhəri onlara paytaxt kimi verilmişdi. Daşnaklar orada azərbaycanlılara hücum edirdilər. Babam atası ilə birlikdə 1919-cu ildə köçmək məcburiyyətində qalıb və araba ilə Gəncəyə, böyük qardaşı isə Türkiyəyə qaçıb. Nənəm, babam danışanda həmişə ağlayır, gözləri yaşarırdı. Deyirdilər ki, oradakı ikimərtəbəli evimizi ermənilər xəstəxana ediblər. Doğma yurdumuzu, evlərimizi, mühiti qoyub başqa yerdə yaşamağa məcbur olduq. Daşnaklar istəmirdilər ki, İrəvanda bir nəfər azərbaycanlı qalsın. Azərbaycan ailələrini izləyir, qılınc, tüfənglə onları qorxudur, Ermənistandan çıxıb getməyə məcbur edirdilər".

İrəvanı cənnət bir məkan kimi xatırlayan G.Qəmərlinskaya söyləyib ki, orada çox gözəl məscidlər var idi: "İnsanın doğulduğu yer həmişə əzizdir. İnsanın nəsli, kökü haradırsa, o yerə bağlıdır. Mən indi xaricdə yaşasam da, öz Vətənimi çox sevirəm. Babamın, nənəmin elini, yurdunu, İrəvanın ab-havasını görmək istəyirəm. Əminəm ki, nə vaxtsa, bu, bizə qismət olacaq".

Ümumiyyətlə, bu həyat hekayəsi Qərbi Azərbaycandan deportasiya olunan yüz minlərlə azərbaycanlının yaşadığı çətinlikləri, acı qaçqınlıq taleyini, eyni zamanda, doğma yurda qayıtmaq arzusunu əks etdirən bir güzgüdür.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:66
embedMənbə:https://baku.ws
archiveBu xəbər 10 Yanvar 2026 09:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see208

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see196

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see195

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see194

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see190

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see185

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see177

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see166

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see153

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see150

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see149

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see143

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see141

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see139

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see138

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see136

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see135

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see134

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri