Icma.az
close
up
RU
Qərbi Azərbaycan Xronikası: F 35 təyyarələrinin Türkiyəyə satışı ABŞ nin iqtisadi hədəfidir

Qərbi Azərbaycan Xronikası: F 35 təyyarələrinin Türkiyəyə satışı ABŞ nin iqtisadi hədəfidir

Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bu gün Baku TV-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində rus dilində növbəti buraxılış hazırlanıb.

Aparıcı Ellada Sarvanın qonağı ICOMAM (Hərb tarixi, tədqiqatlar və silah kolleksiyaları) Beynəlxalq Komitəsinin İdarə Heyətinin üzvü, tarix üzrə fəlsəfə doktoru Pərvin Gözəlov olub.

O, Ermənistan ilə Azərbaycan arasında normallaşma prosesindən, dünyada, o cümlədən Qafqazda gedən proseslərdə Azərbaycanın mövqeyindən, eləcə də Rusiya-Azərbaycan münasibətlərindən söz açıb.

Onun sözlərinə görə, Azərbaycanın dünyada təhlükəsizliyin təmin edilməsində rolu böyükdür: "Azərbaycan və Ermənistan arasında sülh yaxındır. Çünki əməkdaşlıq olmadan region inkişaf edə bilməz. Azərbaycan yüksək nəticələr əldə etmək üçün səylərini artırır. Rusiya da Azərbaycanla problemlərin sülhlə həllinə maraqlıdır".

Ölkəmizdə hərbi abidələrin bərpasına başlanıldığını söyləyən ICOMAM Beynəlxalq Komitəsinin İdarə Heyətinin üzvü deyib ki, bəzi qüvvələrin Azərbaycanın əldə etdiyi müsbət nəticələri gözü götürmür: "ABŞ-nin Türkiyəyə "F-35" təyyarələrinin satışı məsələsi rəsmi Vaşinqton üçün iqtisadi məqsəddir, həmçinin iki ölkənin maraqlarına uyğun hesablanmış prosesdir".

P.Gözəlov soydaşlarımızın təhlükəsizlik şəraitində Qərbi Azərbaycana, o cümlədən Qərbi Zəngəzura qayıdışı ilə bağlı bildirib ki, tam sülhə nail olmaq üçün güclər arasında razılaşma lazımdır: "Ermənistan azərbaycanlıların geri qayıtmasına etiraz etməyəcək".

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Müsahibə oktyabrın 7-də saat 18:30-da Baku TV-nin "YouTube" kanalında rus dilində yayımlanıb.

Qərbi Azərbaycan Xronikası: "F-35" təyyarələrinin Türkiyəyə satışı ABŞ-nin iqtisadi hədəfidir"

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://oxu.az
archiveBu xəbər 08 Oktyabr 2025 01:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see267

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see221

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see216

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see206

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see198

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see168

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see160

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see160

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see159

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see157

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see151

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see149

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see146

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see145

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see145

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see144

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see142

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see141

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri