Icma.az
close
up
RU
Qərbi Azərbaycan Xronikası: Yük maşınları ilə dolu əhali Türkiyəyə keçmək istəyirdi

Qərbi Azərbaycan Xronikası: Yük maşınları ilə dolu əhali Türkiyəyə keçmək istəyirdi

Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bu gün Baku TV-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu "Həyat Hekayəsi" verilişinin növbəti buraxılışı hazırlanıb.

Oxu.Az xəbər verir ki, "Ermənilər deyirdilər ki, gəlin, siz də bizə qoşulun və "Qarabağ bizimdir!" adlı veriliş Ağbaba mahalının Amasiya rayonunun Çivinli kənd sakini Güləhməd İmanovun həyat hekayəsinə həsr olunub.

O, 1975-ci ildə anadan olduğunu, uşaqlıq, orta məktəb illərini xatırladıb, kəndin fəsillər üzrə təbiətindən danışıb: "Kəndimiz Türkiyə ilə sərhəddə yerləşirdi. Qaynağını bulaqlardan alan və Arpa gölünə tökülən çayda balıq tutardıq. Aşağı və Yuxarı məhəllələrdən ibarət olan kənddə toy şənliklərinə, dədə-baba qaydalarına riayət olunurdu".

Onun sözlərinə görə, 1988-ci ildə ermənilər Amasiya rayonuna bağlı azərbaycanlı kəndləri mitinqlərə dəvət etməyə başladılar: "Lakin azərbaycanlıların heç biri mitinqə qoşulmadılar. Günlər keçdikcə erməni iğtişaşı yavaş-yavaş böyüməyə başladı və bu, kəndlərə öz mənfi təsirini göstərməyə başladı. Kəndlərə yavaş-yavaş xəbərdarlıq edirdilər ki, çıxın".

Çivinli kənd sakini deportasiya həyatından da söz açıb: "1988-ci ilin avqust ayı idi. Bizim kəndə azərbaycanlılardan ibarət maşın karvanları axın etməyə başladı. Camaat Türkiyəyə keçmək istəyirdi. Ancaq rus əsgəri qoymadı. Altıncı sinifdə oxuyurdum, 13 yaşım vardı. Sinif yoldaşlarımın çoxu köçüb getmişdilər. Həmin vaxt müəllimlərimiz də köçürdü, dərs deyən qalmamışdı. Biz kənddə ən axırıncı ev qalmışdıq. Böyük qardaşım bizi aparmaq üçün Gürcüstandan maşını gətirdi və biz Gürcüstana, Marnaulda yaşayan qohumun evinə getdik. Bir gecə qaldıqdan sonra Bakıya gəldik. Bu, ermənilərin bizə sonuncu vəhşiliyi idi və yaddaşlarımızda silinməz acı izlər buraxdı. Kəndimizi 1918-ci, 1948-ci və 1988-ci ildə sürgün ediblər".

Vətən həsrətinin ürəyində od kimi yandığını deyən G.İmanov qayıdış ümidi ilə yaşadığını bildirib: "Bütün xatirələrim 13 yaşında qoyub gəldiyim kənddə qalıb. Biz mütləq doğma evimizə qayıdacağıq. Çünki orada qəbirlərimiz, dini məbədlərimiz var. İnşallah, qayıdanda ilk olaraq uşaqlıqdan yadımda qalan ziyarətgahlara baş çəkib dua edəcəyəm".

Ümumiyyətlə, bu həyat hekayəsi Qərbi Azərbaycandan deportasiya olunan yüz minlərlə azərbaycanlının yaşadığı çətinlikləri, acı qaçqınlıq taleyini, eyni zamanda, doğma yurda qayıtmaq arzusunu əks etdirən bir güzgüdür.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Qərbi Azərbaycan Xronikası: "Yük maşınları ilə dolu əhali Türkiyəyə keçmək istəyirdi"

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:94
embedMənbə:https://oxu.az
archiveBu xəbər 19 Aprel 2025 01:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see293

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see269

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see199

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see196

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see182

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see166

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see159

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see157

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see156

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see153

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see151

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see150

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see147

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see144

Soyuq günlərdə həyat qurtaran 8 ədviyyat: Qışın şəfa mənbələri

23 Yanvar 2026 22:56see142

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see141

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see140

Bu problemi olanlar, yumurta sarısına “yox” desin

23 Yanvar 2026 22:23see138

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see135

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri