Qərbi Azərbaycan Xronikası: Bayburd, Bəydağ, Baydarçay türk tarixinin izi
Icma.az, Moderator.az portalına istinadən məlumat verir.
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə "Baku TV"də "Baytar/baydar türk etnonimindən yaranan Baydarçay" adlı süjet hazırlanıb.
Moderator.az xəbər verir ki, bu süjetdə erməni saxtakarlığına, addəyişmə terroruna məruz qalan Bayburd, Bəydağ toponimi və Baydarçay hidronimi haqqında söz açılır.
Bildirilir ki, şovinist, daşnak ermənilər tərəfindən Qərbi Azərbaycan ərazisində yox edilən türk izləri, müxtəlif mənbələrdən silinən toponim adları Azərbaycanın var olan torpaqlarının tarixi gerçəkliyinin sübutudur.
Vurğulanır ki, indiki Ermənistan ərazisində tarixən mövcud olmuş Azərbaycan mənşəli toponimlərin erməni saxtakarlığı nəticəsində dəyişdirilməsi və bu yerlərdən azərbaycanlıların deportasiya edilməsi danılmaz tarixi həqiqətdir: "Təbii ki, bu gün həqiqət işığına toplaşan yüzminlərlə insanın doğma ocaqlara yenidən qayıdışı ilə tarixi ədalət bərpa olunacaq, soydaşlarımızın yurd həsrətinə son qoyulacaq".
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:38
Bu xəbər 05 Noyabr 2025 09:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















