Icma.az
close
up
RU
Qərbi Azərbaycan Xronikası: Ermənilər əvvəllər özlərini yaxşı dost kimi göstərirdilər

Qərbi Azərbaycan Xronikası: Ermənilər əvvəllər özlərini yaxşı dost kimi göstərirdilər

Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.

Bu gün Baku TV-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu "Həyat Hekayəsi" verilişinin növbəti buraxılışı hazırlanıb.

Oxu.Az xəbər verir ki, "Almaniyada yaşasam da həmişə yuxuda o yerləri görürəm" adlı veriliş Göyçə mahalının (Qaraqoyunlu dərəsi) Çəmbərək rayonunun Əmirxeyir kənd sakini Zabit Abdullayevin həyat hekayəsinə həsr olunub.

O, 1960-cı il yanvarın 1-də anadan olduğunu, uşaqlıq illərinin doğma kənddə keçdiyini deyib: "Uşaqlar hamısı bir-biri ilə çox mehriban idi. Qışda hər gün odun hazırlayıb içəri daşıyırdıq. Qış aylarının ən yaxşı əyləncəsi xizək sürmək çox xoşuma gəlirdi. Xizəkləri özümüz Göylüc ağacından düzəldirdik. 1967-1977-ci illərdə Əmixeyir kənd orta məktəbini əla qiymətlərlə başa vurmuşam. Müəllimlərin hamısı bizə öz uşağı kimi baxırdılar. Kənddəki Qara bulaq möcüzəvi xüsusiyyəti ilə seçilirdi - qışda isti, yayda sərin suyu olurdu".

Onun sözlərinə görə, 1979-cu ildə Azərbaycan Neft Kimya İnstitutunu bitirdikdən sonra Rusiyanın müxtəlif şəhərlərində və Qazaxıstanda mühəndis kimi fəaliyyət göstərib, 1995-ci ildə isə ailəsi ilə birlikdə Almaniyaya köçüb.

Z.Abdullayev ermənilərin azərbaycanlılara qarşı məkrli davranışlarından da danışıb, 1988-ci il hadisələrinin acı nəticələrini xatırlayıb: "Ermənilər əvvəllər özlərini dost kimi göstərirdilər. Araq çəkmək üçün bizim kənddən armud yığıb aparırdılar. Bizdə onu yığan və araq çəkən yox idi. O vaxt elə bilirdik ki, yaxşı adamlardır, dostdurlar. Amma axırda camaata çox pislik etdilər, hamısı göz qabağındadır. Ailəmiz kəndin son sakinləri kimi erməni təcavüzü nəticəsində doğma yurdu tərk etmək məcburiyyətində qaldı".

Əmirxeyir sakini bu gün Almaniyada yaşasa da, doğma yurdu unutmur, Vətənin həsrətini çəkir: "Mən Almaniyada yaşasam da, həmişə yuxuda o yerləri, bulaqları görürəm. Harada hansı bulaqlar var, hamısını bilirəm. Vətən bizimdir. İnsan harada yaşamasından asılı olmayaraq orada doğulubsa, ora onun Vətənidir. Bunu heç vaxt unutmaq olmaz. Mən də istəyirəm ki, o yerləri bir də görüm, gedim o cığırlarda ayaqyalın gəzim, dağın başından düşüm Göyçə gölündə çimim qayıdım".

Ümumiyyətlə, bu həyat hekayəsi Qərbi Azərbaycandan deportasiya olunan yüz minlərlə azərbaycanlının yaşadığı çətinlikləri, acı qaçqınlıq taleyini, eyni zamanda, doğma yurda qayıtmaq arzusunu əks etdirən bir güzgüdür.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Ətraflı Baku TV-nin süjetində:

Qərbi Azərbaycan Xronikası: "Ermənilər əvvəllər özlərini "yaxşı dost" kimi göstərirdilər"

Qərbi Azərbaycan Xronikası: "Ermənilər əvvəllər özlərini "yaxşı dost" kimi göstərirdilər"

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:66
embedMənbə:https://oxu.az
archiveBu xəbər 16 Noyabr 2024 02:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see214

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see198

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see180

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see167

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see156

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see156

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see155

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see154

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see149

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see145

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see143

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see141

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see137

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see135

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see133

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see133

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see133

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see129

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see128

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri