Icma.az
close
up
RU
Qərbi Azərbaycan Xronikası: Ermənilər əvvəllər özlərini yaxşı dost kimi göstərirdilər Xəbər saytı Son xəbərlər və Hadisələr

Qərbi Azərbaycan Xronikası: Ermənilər əvvəllər özlərini yaxşı dost kimi göstərirdilər Xəbər saytı Son xəbərlər və Hadisələr

Icma.az, Baku.ws portalına istinadən məlumat yayır.

"Baku TV"də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu "Həyat hekayəsi" verilişinin növbəti buraxılışı hazırlanıb.

BAKU.WS xəbər verir ki, "Almaniyada yaşasam da həmişə yuxuda o yerləri görürəm" adlı veriliş Göyçə mahalının (Qaraqoyunlu dərəsi) Çəmbərək rayonunun Əmirxeyir kənd sakini Zabit Abdullayevin həyat hekayəsinə həsr olunub.

O, 1960-cı il yanvarın 1-də anadan olduğunu, uşaqlıq illərinin doğma kənddə keçdiyini deyib: "Uşaqların hamısı bir-biri ilə çox mehriban idi. Qışda hər gün odun hazırlayıb daşıyırdıq. Qış aylarının ən yaxşı əyləncəsi - xizək sürmək çox xoşuma gəlirdi. Xizəkləri özümüz Göylüc ağacından düzəldirdik. 1967-1977-ci illərdə Əmixeyir kənd orta məktəbini əla qiymətlərlə başa vurmuşam. Müəllimlərin hamısı bizə öz övladı kimi baxırdılar. Kənddəki Qara bulaq möcüzəvi xüsusiyyəti ilə seçilirdi - qışda suyu isti, yayda sərin olurdu".

Onun sözlərinə görə, 1979-cu ildə Azərbaycan Neft Kimya İnstitutunu bitirdikdən sonra Rusiyanın müxtəlif şəhərlərində və Qazaxıstanda mühəndis kimi fəaliyyət göstərib, 1995-ci ildə isə ailəsi ilə birlikdə Almaniyaya köçüb.

Z.Abdullayev ermənilərin azərbaycanlılara qarşı məkrli davranışlarından da danışıb, 1988-ci il hadisələrinin acı nəticələrini xatırlayıb: "Ermənilər əvvəllər özlərini dost kimi göstərirdilər. Araq çəkmək üçün bizim kənddən armud yığıb aparırdılar. Bizdə onu yığan və araq çəkən yox idi. O vaxt elə bilirdik ki, yaxşı adamdılar, dostdular. Amma axırda camaata çox pislik etdilər, hamısı göz qabağındadır. Ailəmiz kəndin son sakinləri kimi erməni təcavüzü nəticəsində doğma yurdu tərk etmək məcburiyyətində qaldı".

Əmirxeyir sakini bu gün Almaniyada yaşasa da doğma yurdu unutmur, Vətən həsrətini çəkir: "Mən Almaniyada yaşasam da həmişə yuxuda o yerləri, bulaqları görürəm. Harada hansı bulaqlar var, hamısını bilirəm. Vətən bizimdir. İnsan harada yaşamasından asılı olmayaraq harada doğulubsa, ora onun Vətənidir. Bunu heç vaxt unutmaq olmaz. Mən də istəyirəm ki, o yerləri bir də görüm, gedim çığırlarda ayaqyalın gəzim, dağın başından düşüm Göyçə gölündə çimim".

Ümumiyyətlə, bu həyat hekayəsi Qərbi Azərbaycandan deportasiya olunan yüz minlərlə azərbaycanlının yaşadığı çətinlikləri, acı qaçqınlıq taleyini, eyni zamanda, doğma yurda qayıtmaq arzusunu əks etdirən bir güzgüdür.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:86
embedMənbə:https://baku.ws
archiveBu xəbər 16 Noyabr 2024 09:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see267

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see252

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see220

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see218

Aldadılaraq Ukraynaya göndərilən həmyerlimiz yardım istəyir FOTO

16 Yanvar 2026 16:58see202

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see163

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see154

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see139

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see136

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

16 Yanvar 2026 18:40see135

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see131

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see131

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see129

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see129

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see128

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri