Icma.az
close
up
RU
“Ermənilər əvvəllər özlərini “yaxşı dost” kimi göstərirdilər” Qərbi Azərbaycan Xronikası

“Ermənilər əvvəllər özlərini “yaxşı dost” kimi göstərirdilər” Qərbi Azərbaycan Xronikası

Report.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Baku TV"də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu “Həyat hekayəsi” verilişinin növbəti buraxılışı hazırlanıb.

“Report” xəbər verir ki, “Almaniyada yaşasam da həmişə yuxuda o yerləri görürəm” adlı veriliş Göyçə mahalının (Qaraqoyunlu dərəsi) Çəmbərək rayonunun Əmirxeyir kənd sakini Zabit Abdullayevin həyat hekayəsinə həsr olunub.

O, 1960-cı il yanvarın 1-də anadan olduğunu, uşaqlıq illərinin doğma kənddə keçdiyini deyib: “Uşaqların hamısı bir-biri ilə çox mehriban idi. Qışda hər gün odun hazırlayıb daşıyırdıq. Qış aylarının ən yaxşı əyləncəsi - xizək sürmək çox xoşuma gəlirdi. Xizəkləri özümüz Göylüc ağacından düzəldirdik. 1967-1977-ci illərdə Əmixeyir kənd orta məktəbini əla qiymətlərlə başa vurmuşam. Müəllimlərin hamısı bizə öz övladı kimi baxırdılar. Kənddəki Qara bulaq möcüzəvi xüsusiyyəti ilə seçilirdi - qışda suyu isti, yayda sərin olurdu".

Onun sözlərinə görə, 1979-cu ildə Azərbaycan Neft Kimya İnstitutunu bitirdikdən sonra Rusiyanın müxtəlif şəhərlərində və Qazaxıstanda mühəndis kimi fəaliyyət göstərib, 1995-ci ildə isə ailəsi ilə birlikdə Almaniyaya köçüb.
Z.Abdullayev ermənilərin azərbaycanlılara qarşı məkrli davranışlarından da danışıb, 1988-ci il hadisələrinin acı nəticələrini xatırlayıb: "Ermənilər əvvəllər özlərini dost kimi göstərirdilər. Araq çəkmək üçün bizim kənddən armud yığıb aparırdılar. Bizdə onu yığan və araq çəkən yox idi. O vaxt elə bilirdik ki, yaxşı adamdılar, dostdular. Amma axırda camaata çox pislik etdilər, hamısı göz qabağındadır. Ailəmiz kəndin son sakinləri kimi erməni təcavüzü nəticəsində doğma yurdu tərk etmək məcburiyyətində qaldı”.

Əmirxeyir sakini bu gün Almaniyada yaşasa da doğma yurdu unutmur, Vətən həsrətini çəkir: "Mən Almaniyada yaşasam da həmişə yuxuda o yerləri, bulaqları görürəm. Harada hansı bulaqlar var, hamısını bilirəm. Vətən bizimdir. İnsan harada yaşamasından asılı olmayaraq harada doğulubsa, ora onun Vətənidir. Bunu heç vaxt unutmaq olmaz. Mən də istəyirəm ki, o yerləri bir də görüm, gedim çığırlarda ayaqyalın gəzim, dağın başından düşüm Göyçə gölündə çimim”.

Ümumiyyətlə, bu həyat hekayəsi Qərbi Azərbaycandan deportasiya olunan yüz minlərlə azərbaycanlının yaşadığı çətinlikləri, acı qaçqınlıq taleyini, eyni zamanda, doğma yurda qayıtmaq arzusunu əks etdirən bir güzgüdür.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Bizim Telegram kanalımıza abunə olun

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://report.az
archiveBu xəbər 16 Noyabr 2024 03:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see247

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see246

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see240

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see236

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see217

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see195

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see190

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see189

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see171

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see164

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see160

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see160

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see157

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri