Icma.az
close
up
RU
Qərbi Azərbaycan Xronikası: Saxta erməni tarixi uydurmaq üçün İrəvan türklərinin mədəni irsini dağıtdılar VİDEO

Qərbi Azərbaycan Xronikası: Saxta erməni tarixi uydurmaq üçün İrəvan türklərinin mədəni irsini dağıtdılar VİDEO

Icma.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında "Qəza məktəblərinin məqsədi Rusiya hakimiyyətinə sadiq olan nəsil yetişdirmək idi" adlı veriliş efirə gedib.
Verilişdə tarix üzrə fəlsəfə doktoru Ziyad Əmrahov Çar Rusiyasının İrəvan siyasətinin məkrli hədəfləri və mədəniyyət cinayətlərindən söz açır.
O bildirib ki, İrəvan ərazisində quberniya yaradıldıqdan sonra, Çar Rusiyası özünün maraqlarına uyğun olaraq məktəblər açdı: "Qəza məktəblərinin məqsədi Rusiya hakimiyyətinə sadiq olan nəsil yetişdirmək idi. Çar Rusiyası həmin bölgədə Azərbaycan türklərini idarəetmədən uzaqlaşdırmağa çalışırdı. Lakin Tiflisdən, Bakıdan ziyalıların İrəvana gəlişi yerli türklərin təhsilinə müsbət təsir etdi. İrəvan azərbaycanlılarının zəngin ədəbi-mədəni mühiti var idi".
Onun sözlərinə görə, Qərbi Azərbaycanda ermənilərə və pravoslava məxsus dini ocaqlar 1849-cu ildən sonra tikilməyə başladı: "Qərbi Azərbaycanda yerli əhaliyə qarşı mədəni soyqırımı siyasəti həyata keçirilib. Saxta erməni tarixi uydurmaq üçün İrəvan türklərinin mədəni irsini dağıtdılar. Çar Rusiyası abidələri saxtalaşdırıb, mədəni mühiti dağıdıb, ermənilər üçün zəmin yaradırdı".
Tarixçi Çar Rusiyasının İrəvan siyasətinin məkrli hədəfləri və mədəniyyət cinayətlərindən söz açıb, erməni adlı vilayətin türk tarixi izini, mədəni irsini dağıtmaq hesabına qurulduğunu deyib.
Z.Əmrahov sonda İrəvan quberniyasının mədəni, təhsil mühitində türk amilinin məhv edilməsi və saxta maarifçiliklə bağlı maraqlı faktlar açıqlayıb.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Veriliş dekabrın 4-də saat 19:30-da "Baku Tv"nin efirində və saat 21:30-da "Youtube" kanalında yayımlanıb.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 05 Dekabr 2024 09:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see296

Daha bir YANĞIN: ölən və xəsarət alanlar var

05 Dekabr 2025 10:59see205

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see193

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see190

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see185

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see179

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see179

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see175

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see156

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see154

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see151

Lökbatanda güclü yanğın olub, ölən və yaralananlar var

05 Dekabr 2025 06:01see140

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see137

Bakının mərkəzində bu küçəni su basdı VİDEO

05 Dekabr 2025 09:46see130

Donald Tramp əfsanəvi restlerin vida qarşılaşmasına canlı baxmaq istəyir

05 Dekabr 2025 05:07see128

Bundesliqa: “Borussiya Mönhenqladbax” minimal hesabla “Mayns”ı məğlub edib

06 Dekabr 2025 02:46see126

Maks Ferstappen: “Kifayət qədər sürətli deyilik”

06 Dekabr 2025 00:47see125

Qaxda çoban GÜLLƏLƏNDİ

06 Dekabr 2025 11:26see122

Lökbatanda güclü yanğın, 4 nəfər öldü

05 Dekabr 2025 08:00see122

Avropa Komissiyası “X”i CƏRİMƏLƏDİ

06 Dekabr 2025 00:56see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri