Icma.az
close
up
RU
Qərbi Azərbaycan Xronikası: Skif mifləri ilə Azərbaycan xalqının inancları ilə eynidir

Qərbi Azərbaycan Xronikası: Skif mifləri ilə Azərbaycan xalqının inancları ilə eynidir

Icma.az bildirir, Report.az portalına istinadən.

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında “İrsimiz” rubrikasının növbəti buraxılışı hazırlanıb.

“Report” xəbər verir ki, “Qərbi skif skeletlərinin analizi varislərinin azərbaycanlılar olduğunu göstərir” adlı buraxılışda tarix elmləri doktoru, AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun direktor müavini Zaur Həsənov skif və sak tayfalarının Azərbaycanda məskunlaşdığını sübut edən dəlillərdən söz açır.

Onun sözlərinə görə, skiflərə aid cəmi iki yazı günümüzə gəlib çatıb: “Erkən skif sözləri tamamilə türkcədir. Herodotun 9 kitabından biri tamamilə skiflərə həsr olunub. Herodot kitabında qeyd etdiyi skif sözləri türkcədir. Skiflərin İran xalqları ilə heç bir əlaqəsi yoxdur”.

O deyib ki, “Altun adam” yazısı türk dilində, bayatı qaydasında yazılıb: “Sak tayfalarının Azərbaycanda məskunlaşdığını sübut edən dəlillər mövcuddur. Skif mifləri və zadəgan qəbir adəti Azərbaycan xalqının inancları ilə eynidir. Skif skeletlərinin genetik analizi onların varislərinin kim olduğunu müəyyən edib. Belə ki, genetik analizlərin nəticəsi skiflərin varislərinin azərbaycanlılar olduğunu sübut edib. Yəni Qərbi skif skeletlərinin analizi varislərinin azərbaycanlılar olduğunu göstərir. 105 skelet əsasında müəyyənləşib ki, şərq qrupunun varisləri qıpçaqlardır”.

Z.Həsənov sonda Herodotun kitabında skiflər haqqında yazılardan, eləcə də 105 skif skeletinin genetik analizinin nəticələrindən söz açıb.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, - fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Bizim Telegram kanalımıza abunə olun

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://report.az
archiveBu xəbər 24 Noyabr 2024 01:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see248

Zəngəzur dəhlizinin inşasına başlanacağı tarix AÇIQLANDI

10 Dekabr 2025 16:30see242

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see237

“Xilasedici” Belçika voleybolçularına uduzub

09 Dekabr 2025 22:47see198

“Qarabağ” “Ayaks” oyunu başladı CANLI (YENİLƏNİR)

10 Dekabr 2025 21:49see189

Bakıda qəza münaqişəyə çevrildi

10 Dekabr 2025 09:38see181

Warner Bros. üçün 108 milyard dollarlıq təklif

11 Dekabr 2025 00:43see176

Azərbaycan strateji tərəfdaş kimi ön plana çıxır

10 Dekabr 2025 23:58see167

Sifarişlə adam öldürmüşdü ALMANİYADAN GƏTİRDİLƏR

10 Dekabr 2025 09:37see151

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see151

Donbas iddiası təsadüfi deyil: Rusiya və ABŞ arxa planda razılaşıb

11 Dekabr 2025 13:27see150

Meteuş Koxalski: “Çox əsəbiyəm”

11 Dekabr 2025 01:30see138

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see137

Sahil Kərimli: “Orta Dəhliz bölgənin əhəmiyyətini daha da artırır” FOTO

09 Dekabr 2025 22:43see134

“Real Madrid” də məğlub oldu Yenilənib

11 Dekabr 2025 02:23see131

Ermənistanda SENSASİYA: Müharibə vaxtı onları Azərbaycan ordusu öldürməyib

10 Dekabr 2025 03:13see131

Stiven Siqal: “Amerika kinosu daha obyektiv olmalıdır”

11 Dekabr 2025 02:45see129

Fransada uşaq və yeniyetmələrin sosial şəbəkələrə girişi məhdudlaşdırılacaq

11 Dekabr 2025 03:26see126

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

10 Dekabr 2025 08:40see125

20 istiqamətdə tıxac var

10 Dekabr 2025 08:38see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri