Icma.az
close
up
RU
Qərbi Azərbaycanla bağlı III beynəlxalq konfrans keçirilib FOTO

Qərbi Azərbaycanla bağlı III beynəlxalq konfrans keçirilib FOTO

Icma.az bildirir, Apa.az portalına istinadən.

Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə “Mədəni irs və qayıdış hüququ: Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası – ədalətə, barışığa və sülhə aparan yol kimi” mövzusunda ənənəvi III beynəlxalq konfrans keçirilib.

APA xəbər verir ki, konfransda dünyanın 60-dan çox ölkəsini təmsil edən 100-ə yaxın qonaq, Azərbaycandan 100-dən çox ekspert, alim, ictimai xadim və dövlət rəsmiləri, Milli Məclis deputatları iştirak ediblər.

Konfransın açılışında Qərbi Azərbaycan İcmasının ölkədaxili və beynəlxalq fəaliyyətindən, Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin Qərbi Azərbaycan məsələsinə həssas münasibətindən bəhs edən film nümayiş etdirilib.

Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev Prezident İlham Əliyevin konfrans iştirakçılarına müraciətini oxuyub.

Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, Milli Məclisin deputatı və Qayıdış üzrə Təşəbbüs Qrupunun sədri Əziz Ələkbərli salamlama nitqi ilə çıxış edərək İcmanın əsas missiyasının 200 ildən artıq müddətdə mərhələ-mərhələ Ermənistandan qovulmuş azərbaycanlıların dinc, təhlükəsiz və ləyaqətli şəkildə öz yurdlarına qayıdış hüququnu təmini etmək olduğunu, azərbaycanlıların Ermənistandan kütləvi deportasiyalarının əsrlər boyu formalaşmış maddi və qeyri-maddi mədəni irsi sistemli şəkildə dağıtdığını bildirib və Ermənistanla sülh prosesinin irəliləməsi fonunda erməni və azərbaycanlıların birgəyaşayışının yeganə yolunun qayıdış hüququnun tanınması olduğunu vurğulayıb, beynəlxalq ictimaiyyəti bu ədalətli prosesə dəstək verməyə çağırıb.

Xarici qonaqlar adından Türkiyə Böyük Millət Məclisinin üzvü, Qərbi Azərbaycan İcmasının Fəxri üzvü Şamil Ayrım çıxış edərək qardaşlıq mesajını çatdırıb və Qərbi azərbaycanlıların yaşadığı deportasiyaların insanlığa qarşı törədilmiş ağır cinayət, regionda balansı pozmuş tarixi ədalətsizlik olduğunu bildirib.
Türkiyənin həmişə Azərbaycan xalqının yanında olduğunu vurğulayan natiq, Ermənistanın monoetnik dövlətə çevrilməsinin nəticələrinin regionda yaratdığı təhlükələri diqqətə çatdırıb və qayıdışın ədalət və sülh üçün vacib olduğunu bildirib.

Açılış sessiyasından sonra Türkiyə, ABŞ, Cənubi Afrika Respublikası, İtaliya, Litva və Misiri təmsil edən, Qərbi Azərbaycan məsələsinə böyük dəstəyini göstərən 7 şəxsə Qərbi Azərbaycan İcmasının fəxri üzvlük sertifikatları təqdim olunub.

Milli Məclisin deputatı, ADA Universitetinin prorektoru Fariz İsmayılzadənin moderatorluq etdiyi konfransın qayıdış hüququnun hüquqi və mənəvi əsaslarının təhlilinə həsr olunmuş ilk panelində çıxış edən İbn Haldun Universitetinin Heydər Əliyev adına Avrasiya Araşdırmalar Mərkəzinin direktoru professor Yaşar Sarı, fransalı tarixçi Dr.Maxime Gauin, Harvard Universitetinin tədqiqat direktoru Dr.Mark Nathan Kramer, eləcə də İspaniyanın Panavropa təşkilatını təmsil edən Professor Carlos Uriarte beynəlxalq təcrübə fonunda qayıdış hüququnun dövlətlərarası münasibətlərdəki yerindən və Ermənistanın üzərinə düşən humanitar öhdəliklərdən bəhs edib.

Böyük Britaniyadan Klaus-Peter Ralf Juergens moderatorluq etdiyi maddi irsin qorunması məsələlərinə həsr edilmiş ikinci paneldə çıxış edən Pakistan Ali Məhkəməsinin vəkili Muhammad Sohail Sajid, İtaliya-Azərbaycan Assosiasiyasının vitse-prezidenti Dr.Carlo Marino, İndoneziya İƏT Gənclər Təşkilatının prezidenti Astrid Nadya Rizqita və amerikalı professor Michael Martin Gunter Ermənistan ərazisində Azərbaycan irsinə qarşı aparılmış dağıdıcılığın hüquqi qiymətləndirilməsi və bərpa imkanları barədə fikirlərini bölüşüblər.

Polşadan AVIM təmsilçisi Jakub Koreybanın moderatorluq etdiyi qeyri-maddi irs – aşıq sənəti, musiqi, folklor, şifahi yaddaş, mədəni ənənələr – mövzusuna həsr edilən üçüncü paneldə çıxış edən Bolqar Elmlər Akademiyasının professoru Dr.Nadia Boyadjieva, “artXchange Global” təşkilatının direktoru Dr.Ornela Ramašauskaitė, İordaniya Haşimi Universitetindən Professor Moh’d Wahib Ali Hussein və isveçli rejissor Mikael Silkeberg çıxışlarında mədəniyyətin qaçqınlığa məruz qalmış icmaların kimliyini qorumaqda rolunu və Qərbi Azərbaycan irsinin dünyaya tanıdılması yollarını vurğulayıblar.

ABŞ-nin Qrinsboro Universitetindən professoru Ali Kaan Askerin moderatorluq etdiyi beynəlxalq əməkdaşlığa həsr olunmuş sonuncu paneldə çıxış edən Türkiyə Milli Müdafiə Universitetinin dekanı Dr.İbrahim Ethem Atnur, Almaniyanın BWA Qlobal İqtisadi Şəbəkəsinin federal direktoru Urs Emil Unkauf, Latviyanın Nəqliyyat və Telekommunikasiya İnstitutunun professoru Juris Maklakovs və Qırğızıstandan sabiq səfir, Dr.Kairat Osmonaliyev qayıdış hüququnun müdafiəsində qlobal həmrəyliyin gücləndirilməsi, təşkilatlararası əməkdaşlığın genişləndirilməsi və beynəlxalq hüquqi alətlərin effektiv tətbiqindən danışıblar.

Sonda Beynəlxalq Final Universitetinin professoru, Qərbi Azərbaycan İcmasının fəxri üzvü Hüseyin Işıksal konfransın yekun sənədini səsləndirmiş, sonra Qərbi Azərbaycan İcması adından İcmanın Nəzarət-Təftiş Komissiyasının sədri Professor Vahid Novruzov çıxış edərək konfransın nəticələrini yüksək qiymətləndirib və İcmanın apardığı haqq işinə dəstək verən konfrans iştirakçılarına təşəkkürünü bildirib.

Tədbir Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpasının təkcə tarixi ədalət deyil, həm də regionda dayanıqlı sülh və barışın bərqərar olması üçün mühüm şərt olduğunu bir daha təsdiqləyib, Qərbi azərbaycanlıların qaçqınlıq həyatı, onların maddi və qeyri-maddi irsinin sistemli şəkildə dağıdılması, təhrif edilməsi və mənimsənilməsi ilə bağlı geniş məlumat əldə edən konfrans iştirakçıları mədəni irsin qorunması, bərpası və gələcək nəsillərə ötürülməsi istiqamətində beynəlxalq əməkdaşlığın gücləndirilməsinə çağırış ediblər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:74
embedMənbə:https://apa.az
archiveBu xəbər 05 Dekabr 2025 16:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see321

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see257

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see247

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see201

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see199

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see199

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see187

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see160

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see140

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see138

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see134

“Futbolçularımın haqqını verməliyəm” Dambrauskas İdmanXəbər

03 Dekabr 2025 17:55see134

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see132

Neymar və het trik

04 Dekabr 2025 09:17see131

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see130

GÜNÜN QOROSKOPU: Sevgi münasibətlərində xoş sürprizlər mümkündür

04 Dekabr 2025 00:31see129

Aralıq dənizində 4 bal gücündə zəlzələ olub

04 Dekabr 2025 00:29see129

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see124

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see123

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri