Qərbi Azərbaycanla bağlı muzey yaradılması nəzərdən keçirilir
Baku.ws portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Qərbi Azərbaycan İcması (QAİ) gələcəkdə Qərbi Azərbaycan məsələsinə və həqiqətlərinə həsr olunan muzey yaradılması barədə düşünür.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu İcma sədri Əziz Ələkbərli "Şəhərsalma və Memarlıq İli" çərçivəsində QAİ-nin Qadınlar Şurasının və Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin dəstəyi ilə keçirilən "Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə" respublika müsabiqəsinin final-təqdimatı çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, sözügedən müsabiqə çərçivəsində respublikanın, demək olar ki, bütün məktəblərində şagirdlər tərəfindən Qərbi Azərbaycandakı tarixi abidələrlə bağlı maketlər hazırlanıb:
"Bu əl işlərinin aylar ərzində təqdimatı və müsabiqəsi keçirilib. Dekabrın 4-də İcmanın böyük beynəlxalq konfransı var. Həmin konfransda qalib gəlmiş maketlər nümayiş etdiriləcək. Konfransa 70-dən artıq dövlətdən 100-dən çox nümayəndənin gəlməsi gözlənilir. Qalib maketlər həmin xarici nümayəndə heyətlərinə də təqdim olunacaq. Qalib şagirdlərin maketlərinin bir hissəsi isə QAİ-də qorunub saxlanacaq. Gələcəkdə Qərbi Azərbaycan məsələsi və Qərbi Azərbaycan həqiqətləri ilə bağlı muzey yaradılarsa, orada sərgilənəcək. Maketlərin bəziləri də məktəblərdə sərgilərdə nümayiş olunacaq".
Ə.Ələkbərli bildirib ki, şagirdlər hazırladıqları əl işlərinin hər birinin yerləşdiyi ərazi, eləcə də abidənin özü haqqında ətraflı məlumatlar da təqdim ediblər:
"Bu da Qərbi Azərbaycana qayıdış ideyasının bölgələrə və məktəblərimizə çatdırılması baxımından çox böyük əhəmiyyət daşıyır".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 27 Noyabr 2026 15:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















