Icma.az
close
up
RU
Qərbi Azərbaycanlı: Avtobusa minəndə qapıdakı erməni sinəmə elə təpik vurdu ki… ÜMUMDÜNYA QAÇQINLAR GÜNÜ FOTO

Qərbi Azərbaycanlı: Avtobusa minəndə qapıdakı erməni sinəmə elə təpik vurdu ki… ÜMUMDÜNYA QAÇQINLAR GÜNÜ FOTO

Icma.az, Avtosfer portalına istinadən məlumat verir.

20 iyun Ümumdünya Qaçqınlar Günüdür. 2000-ci ildə BMT-nin Baş Məclisi 20 iyun tarixini Ümumdünya Qaçqınlar Günü kimi müəyyənləşdirən xüsusi qətnamə qəbul edib. Şübhəsiz ki, qətnamənin qəbulunda əsas məqsəd evindən, elindən didərgin düşən qaçqın və məcburi köçkünlərin acınacaqlı həyat şəraitini diqqətdə saxlamaq, onların sayının artmasının qarşısını almaq olub. XX əsrin sonlarında Cənubi Qafqaz regionunda baş verən siyasi çalxantılar və etnik zəmində yaranan qarşıdurmalar bölgənin demoqrafik mənzərəsini kəskin şəkildə dəyişdi. Bu proseslərdən ən çox zərər görənlərdən biri də Ermənistanda yüz illərlə yaşamış azərbaycanlılar oldu. 1988-ci ildən başlayaraq Ermənistanın müxtəlif bölgələrində yaşayan on minlərlə azərbaycanlı milli zəmində təzyiqlərə, zorakılıqlara və kütləvi təqiblərə məruz qalaraq öz doğma yurdlarını tərk etməyə məcbur oldular. Bu nəinki insani faciə, həm də beynəlxalq hüququn ciddi şəkildə pozulması idi. Hazırda bu insanlar "qaçqın" statusunda Azərbaycanın müxtəlif bölgələrində məskunlaşıblar və geri dönmək ümidi ilə yaşayırlar.

Qaçqın olmaq yalnız fiziki məkan dəyişmək deyil, bu, həm də ruhun qırılması, kimliyin sarsılması deməkdir. Bu ağır talelərdən birini Sabir Gülmalıyev və onun ailə üzvləri də yaşayıb. 72 yaşlı Sabir kişi Ermənistanın Qarakilsə rayonunun Sofulu kəndindən didərgin düşüb və həmin anlarla bağlı saytımıza müsahibə verib.

Onun sözlərinə görə, ermənilərin azərbaycanlılara qarşı münasibəti uzun illər boyunca düşmənçilik və milli ayrı-seçkilik üzərində qurulmuşdu:

“Onlar heç vaxt bizə "azərbaycanlı" demirdilər. Həmişə "hayes, türkes" soruşurdular. Millətçi idilər. Qaçaqaç vaxtı atamla rayona bankdakı pulumuzu çıxarmağa gedəndə ermənilər yolda bizə mane olmağa çalışdılar. Rayona gedən avtobuslara minməyimizə ermənilər imkan vermirdi, piyada kəndə qayıtmalı olduq. Yol boyu bir neçə dəfə təhqirə və təhdidə məruz qaldıq. Bir erməni avtobusun qapısında məni təhqir edib sinəmə təpik vurdu, atam arxamda olmasaydı, yəqin yıxılıb qalmışdım. Sonra avtobus sürüb getdi, biz rayona tərəf piyada getdik. Rayondan yenə piyada qayıtmağa məcbur qaldır. Həmkəndilimiz olan ermənilərdən biri maşınla yanımızdan keçəndə xəbərdarlıq elədi ki, belə piyada getsəz öldürərlər sizi. Sonra bizim üçün taksi çağırdı. Amma o da kəndə qədər yox, kənarına qədər apardı”.

Sabir Gülmalıyev onu da bildirib ki, 1980-ci ildən başlayaraq artıq rayonda azərbaycanlılara qarşı münasibət dəyişmişdi. Bizi yaşadığımız yerlərdən çıxmağa psixoloji basqı ilə məcbur edirdilər:

“Milliyyətçi ermənilər hər gün kənddə əhaliyə hədə-qorxu gəlirdilər. Bizə açıq-aşkar “çıxın” demirdilər, amma hərəkətləri ilə bizi məcbur edirdilər. O vaxtın müasir standartlarına uyğun məktəb tikdirib erməni adı qoymuşdular. "Bura torpaq bizimdir" deyirdilər. Uran və qızıl çıxan yerləri bəhanə edərək kəndin boşaldılmasını planlaşdırmışdılar. Həmin dövrdə ermənilər tərəfindən çox sayda azərbaycanlıya qarşı vəhşiliklər törədilib. Qətlə yetirilən kənd sakinləri olub. Bəzilərinin cəsədləri günlərlə tapılmayıb. Hətta Sumqayıt hadisələri ilə bağlı yayılan dezinformasiyalarla azərbaycanlılar hədəf halına gətirilib:

“İcra nümayəndəliyinə evimin sənədini almağa getmişdim. Məni "sabah gəl" deyərək yola verdi. Üstümdə 30 manat da almışdı. Mənə "Yerevan Kommunisti" adlı rus dilində çap edilən qəzeti verdi. Qəzetdə Sumqayıt hadisələrinin guya azərbaycanlılar tərəfindən törədildiyi yazılmışdı. Halbuki, öz etdiklərini bizlərin üstünə atırdılar. Ermənilər bu planları illər əvvəl qurmuşdular. Hələ 60-cı illərdə Xruşşova “Dağlıq Qarabağ”ın Ermənistana birləşdirilməsini təklif etmişdilər".

Sabir Gülmalıyev deyir ki, kənddən çıxmaq məcburiyyətində qalanda artıq vəziyyət dözülməz həddə çatmışdı. Həm psixoloji, həm də fiziki baxımdan ailəsi sarsılmışdı.

“Biz 1988-ci ilin yayında - iyun-iyul aylarında kəndi tərk etdik. O qədər uzun piyada yollar qət etməli olmuşduq ki, bacımın ayaqları qabar olmuşdu, deyirdi ki, “qardaş, dözə bilmirəm”. Deyirdim ki, başqa yolumuz yoxdur. Dağ yolları ilə Naxçıvana gəldik. Sonra oradan Bakıya köç etdik. Bu, sadəcə köç deyildi, bu, doğulduğun yerdən canın çıxarıla-çıxarıla ayrılmaq idi. İndiyə qədər o günləri unutmaq mümkün deyil. Ermənilərin planlı şəkildə bizi sıxışdırması, kəndin mədənlərə görə boşaldılması, əzablı yollarla gəldiyimiz Naxçıvan və Bakı, hamısı yuxu kimi keçdi, amma heç biri unudulmadı. Ermənilər bir həmkəndilimizin maşınını dərədən yuvarlamışdılar, maşının içində ölmüşdü, sonra da yanına spirtli içki butulkası qoymuşdular ki, guya içkili olub qəza törədib. Kəndin həkimi vardı, motosikletini süd maşını ilə vurub əzmişdilər, öldürmüşdülər həkimi də. Xalamın yoldaşı dərədə mal-qoyun otaranda döyüb öldürmüşdülər. Meyitin də gizlətmişdilər, 1 gün sonra tapa bilmişdik".

Məsələ ilə bağlı politoloq Aytən Qurbanova da saytımıza açıqlama verib. O bildirib ki, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyası çərçivəsində indiyə qədər həm hüquqi, həm diplomatik səviyyədə mühüm addımlar atılıb və bu proses davam edir:

“Qərbi Azərbaycanın Qayıdış Konsepsiyası çərçivəsində indiyə kimi yetəri qədər işlər görülüb. Hüquqi müstəvidə və diplomatiya cəbhəsində Qərbi azərbaycanlıların 20-ci əsr boyu fərqli mərhələlərdə deportasiyaya məruz qalmış soydaşlarımızın geri qayıdış hüququnun yüksək səslə gündəmə gətirilməsi, bu hüquqların beynəlxalq ictimaiyyətə, eyni zamanda Ermənistan və onun himayədarlarına qarşı açıq şəkildə tələb kimi irəli sürülməsi zəruridir. Bu məsələnin alternativi və ya təqsib oluna biləcək əks arqumenti yoxdur. Çünki hər bir insanın ata-baba yurdunda yaşamaq, onun dirçəlişində və idarəçiliyində iştirak etmək hüququ var”.

Politoloq vurğulayıb ki, Qayıdış Konsepsiyası çərçivəsində hər bir Qərbi azərbaycanlı bu prosesdə öz hüquqi iddialarını ortaya qoya bilər və qoymalıdır:

“Bu konsepsiya çərçivəsində ortaya qoyulan yol xəritəsinə uyğun olaraq hər bir qərbi azərbaycanlının iddia qaldırmaq hüququ var. Çünki hər bir ailə, hər bir fərd bu deportasiya siyasətinin qurbanı olub. Paylaşılan faktlar, şahid ifadələri, arxiv materialları bizim bu istiqamətdəki hədəflərimizə töhfə verə bilər. Dövlət səviyyəsində, Prezidentin rəhbərliyi ilə ortaya qoyulan qətiyyətli mövqe, Qərbi Azərbaycan İcması çərçivəsində görülən işlər, informasiya və diplomatik müstəvidə boşluqların doldurulması bu hədəfə daha da yaxınlaşmağımıza səbəb olacaq. Eyni zamanda vətəndaşların fərdi şəkildə məlumatları paylaşması və iddialar qaldırması da bu prosesə ciddi təsir göstərəcək. Bütün bu həmrəylik nəticəsində biz Qərbi Azərbaycanın mütləq şəkildə qaydışını təmin edə bilərik”.

Mövzu ilə bağlı Qərbi Azərbaycan İcmasının sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli də saytımıza açıqlama verib. O bildirib ki, bu gün Qərbi Azərbaycandan didərgin salınmış şəxslərin ən böyük arzusu doğma torpaqlarına qayıdaraq, sülh və əmin-amanlıq şəraitində yaşamaqdır:

“Günümüzdə Qərbi Azərbaycandan didərgin düşmüş şəxslərin bir istəyi var: ata-baba yurdlarına qayıdıb, doğma el-obalarında sülh, əmin-amanlıq şəraitində yaşamaq. Bu, bizim beynəlxalq hüquqa söykənən haqqımızdır, təməl hüququmuzdur. Buna qarşı çıxanlar nəinki beynəlxalq hüququ tapdalayır, həm də qeyri-insani davranışlarını və qeyri-insani xislətlərini ortaya qoyurlar”.

Əziz Ələkbərli bildirib ki, Azərbaycan dövləti bu məsələni birmənalı şəkildə dəstəkləyir və bunun ən bariz nümunəsi Prezident İlham Əliyevin Qərbi Azərbaycan İcmasına etdiyi səfər və çıxışıdır:

“Azərbaycan dövləti birmənalı şəkildə bizim haqqımızı müdafiə edir. Cənab Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız İlham Əliyev 24 dekabr 2022-ci ildə Qərbi Azərbaycan İcmasının inzibati binasına gəlişi və buradakı tarixi çıxışı ilə dövlətimizin Qərbi Azərbaycandan qaçqın soydaşlarımıza hərtərəfli dəstəyini əyani şəkildə nümayiş etdirdi. Təəssüf ki, Ermənistan rəhbərliyi və onların havadarları hələ də bu hüququ tanımaq və təmin etmək iradəsini göstərə bilmirlər. Amma yaxşı bilirlər ki, bu qayıdışın qarşısını almaq nə onların, nə də havadarlarının gücündə deyil. Biz tarixi torpaqlarımızın hər qarışına qayıdacağıq.” Deputat əlavə edib ki, bu qayıdışın yalnız və yalnız dinc və hüquqi yollarla həyata keçirilməsi əsas hədəfdir. Tarixin acı izləri yaddaşlardan silinməsə də, ədalət uğrunda aparılan mübarizə insan ruhunu yaşadır. Qərbi azərbaycanlılar nə qisas, nə də intiqam istəyirlər — onlar sadəcə doğulduqları torpaqlara, qovulduqları evlərə qayıtmaq istəyirlər. Bu, təkcə bir torpağa qayıdış deyil, həm də kimliyə, haqqa və ədalətə qayıdışdır. Bu gün onların gözündə yaş yox, inam var. Onlar bilir ki, nə qədər çətin olsa da, gün gələcək, o yollar yenidən tanış izlərə çevriləcək, boş qalmış evlərin qapısı yenidən açılacaq. Sükut içində gözləyən dağlar, susqun qalan kəndlər, solmuş bağlar bir gün yenidən canlanacaq. Çünki bu torpaq onların taleyidir. Və heç bir tale əbədi sürgün üzərində qurula bilməz”.

Qeyd: Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği” istiqaməti üzrə hazırlanıb.

Müəllif: Fidan Məmmədova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:48
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 20 İyun 2025 18:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vaşinqton görüşü nə vəd edir?

07 Avqust 2025 01:26see269

Okeanın möcüzəsi ilə bağlı PROBLEM: Dünyanın ən böyük mərcan rifinin üçdəbiri yox olub

07 Avqust 2025 05:01see227

Həzm problemlərinin qarşısını necə almaq olar? Ekspert rəyi

07 Avqust 2025 01:02see196

Çempionlar Liqası: Fənərbaxça Feyenoord a məğlub oldu

07 Avqust 2025 01:03see145

Gündə cəmi bir kolbasa 11 xəstəlik riski yaradır Həkimdən ciddi xəbərdarlıq

07 Avqust 2025 04:05see132

Şəmkirdə dəhşətli qəzada ölənlərin kimliyi açıqlandı

07 Avqust 2025 09:21see128

Oskar ödüllü məşhur aktyora ağır itki üz verdi

07 Avqust 2025 01:55see125

Almaniya 100 milyard avroluq fond yaratmağa hazırlaşır

07 Avqust 2025 00:04see120

“The New York Times”: Çin borc içində boğulur...

07 Avqust 2025 00:16see119

“Bolqarıstana sərfəli nəticə qazanmaq üçün gəlmişik” Sekidika

07 Avqust 2025 01:14see118

Uşaqlara GTA oynamaq qadağan ediləcək

07 Avqust 2025 01:24see117

Şagirdlər dünyaca məşhur universitetin yay məktəbinə qatılıblar

07 Avqust 2025 00:01see117

Messi mükafatını və cəzasını aldı

06 Avqust 2025 18:29see114

Əfsanədən onun şıltaqlığına reaksiya

07 Avqust 2025 07:16see113

Klyuçev sopkası püskürdü

07 Avqust 2025 08:30see113

Hindistandan Trampın qərarına: Ədalətsizdir!

07 Avqust 2025 01:37see113

Onlar da “Kızılcık Şerbeti”nə qatılır

07 Avqust 2025 04:55see112

Yıldız Çağrı Atiksoy ilə Berk Oktay ayrıldı?

06 Avqust 2025 16:38see111

İnsanlarda kəskin baş ağrılarının artmasının SƏBƏBLƏRİ

07 Avqust 2025 02:02see111

Rusiya sahillərində nəhəng dəniz yırtıcısı görünüb...

06 Avqust 2025 18:55see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri