Icma.az
close
up
RU
Ümumdünya vərəmlə mübarizə günü

Ümumdünya vərəmlə mübarizə günü

Icma.az, Modern.az portalına istinadən məlumat yayır.

Vərəm hazırda dünyada ən təhlükəli infeksiyalardan biri olaraq qalır Ümumdünya Səhiyyə Təşkilatının rəqəmlərinə əsasən hazırda dünyada 20 milyondan artıq vərəm xəstəsi vardır və bunların 7 milyonu açıq formalı vərəmdir. Hər il 3.5 milyon insan vərəmlə xəstələnir və 1 milyon insan bu xəstəlikdən ölür. Hər dəqiqə təxminən 2 insan vərəmdən dünyasını dəyişir.

Modern.az xəbər verir ki, 2024- cü ildə ilkin vərəm hadisələrinin sayı əvvəlki illə müqayisədə 6,7% azalıb. Ötən il Azərbaycanda vərəmə yoluxma sayı 2367 nəfər olub. bu say 2023-cü ildə Azərbaycanda 2816 nəfər vərəm xəstəliyinə yoluxub.

Xəstəliyin yaranma səbəbi

Xəstəlik əsasən, Mycobacterim tuberculosis bakteriyası tərəfindən törədilir. Bu mikroorqanizmlər aerob, turşuyadavamlı bakteriyalar olub ətraf mühitin bir sıra təsirlərinə qarşı çox davamlıdır. Sağlam, yaxşı immunitetə malik insan vərəmə yoluxduqda adətən heç bir əlamət üzə çıxmır, bu zaman daxildə yaranmış kiçik vərəm prosesi isə öz-özünə sağalır. Bu prosesdən bəzən heç bir əlamət qalmır və ya kiçik məhdud Qon ocağı qalır. Bu cür ilkin yoluxma adətən uşaq və ya yeniyetmə yaşlarında baş verir. Yoluxma çox zaman hava-damcı üsulu ilə baş verir. Adətən payız aylarında yoluxma ehtimalı artır. İlkin yoluxanların yalnız 0.4–0.5%-də vərəm xəstəliyi əmələ gəlir. Beləliklə, əhalinin yarıdan çoxu vərəmə yoluxduğu halda, heç də hər kəsdə vərəm xəstəliyi əmələ gəlmir. Bu xəstəlik yalnız yaxşı qidalanmayan, qeyri-qənaətbəxş şəraitdə yaşayan, müxtəlif səbəblərdən immuniteti aşağı olan, digər xəstəliklər fonunda (şəkərli diabet, QİÇS və s.), çox siqaret çəkən, və ya zərərli tozlarla daim nəfəs alan insanlarda və s. inkişaf edir.

Xəstəliyin yayılması

Vərəm xəstəliyinin yayılması 95% hava damcı yolu ilə xəstə İnsanın asqırması, öskürməsi, tənəffüsü zamanı ətrafa yayılan hava damcılarının sağlam insanın tənəffüs yollarına düşməsi zamanı baş verir. Bu proses dərhal baş vermir. Bunun üçün təmasın uzun müddətli olması, mikrobların çoxluğu, orqanizmin immun sisteminin zəifləməsi olmalıdır. Vərəmin yayılması mədə-bağırsaq yolu ilə də mümkündür. Beləki, bəlğəmin udulması, xəstə inəyin südünə vərəm xorasından mikrobakteriyaların qarışması zamanı südü 3-5 dəqiqə qaynatmadıqda, xəstə quşların yumurtasını yaxşı qaynatmadıqda və s. hallarda yoluxa bilir. Vərəmin yayılması zədələnmiş dəri, selikli qişalardan da mümkündür.

Risk qrupları

• Orqanizmin xroniki xəstəlikləri; şəkərli diabet, tireotoksikoz, hamilə və zahı qadınlar, xroniki qanaxmalar, anemiyalar, xroniki nefrit, mədə və onikibarmaq bağırsaq xorası, xroniki mədə-bağırsaq pozğunluqları, bir çox qan xəstəlikləri və s.

• Yaş amili; 3 yaşa qədər, qoca yaşlılar.

• Zərərli adətlər; siqaret çəkmək, spirtli içki qəbu etmək, narkomaniya və s.

• Uzun müddət qlükokortikoid, immunosupressorlarla müa¬licə.

• Baş-boyun xərçəngi.

• Böyrək xəstəliklərinin son mərhələsi.

• Bağırsaq anastomozları.

• HİV infeksiyası

• Vərəmli xəstə ilə bir evdə yaşayanlar. (Uşaqlar 2-il müd¬dətində nəzarətdə qalmalıdırlar).

• Vərəmli xəstə ilə təmasda olan tibb işçiləri və laborantlar.

• Köhnə fıbroz dəyişikliyi olan xəstələr.

Aşkar olunma üsulları

Vərəmə şübhə yarandığı halda, müayinə olunmaq üçün ərazinizdə yerləşən tibb müəssisəsinə müraciət edin. Vərəmə şübhə yarandıqda, diaqnozun təsdiqlənməsi üçün sizi vərəm üzrə xüsusi tibb müəssisəsinə göndərəcəklər. Vərəm xəstəliyinin müalicəsi yalnız həkim-ftiziatr tərəfindən aparıla bilər. Ağciyər vərəminin başqa tibb mütəxəssisləri tərəfindən müalicəsi qanunsuzdur və bu ağır fəsadlarla nəticələnə bilər. Vərəm üzrə xüsusi müəssisədə həkim-ftiziatr bir neçə müayinədən sonra (bəlğəmin laborator analizi, Rentgen müayinəsi və bəzi hallarda digər müayinələr) sizə dəqiq diaqnoz qoyub, müalicə təyin edəcəkdir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:166
embedMənbə:https://modern.az
archiveBu xəbər 24 Mart 2025 12:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see532

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see513

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see279

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see264

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see247

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see239

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see238

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see236

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see236

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see230

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see205

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see194

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür

05 Oktyabr 2026 00:22see190

Corciya ştatında atışma baş verib İki nəfər ölüb, 35 nəfər yaralanıb

04 Oktyabr 2026 22:34see189

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see187

Yeni mövsümü müzakirə yaratdı

05 Oktyabr 2026 01:05see186

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see181

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see179

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see174

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri