Icma.az
close
up
RU
Qərbi azərbaycanlı: İnanıram ki, tarixi yurdumuza qayıdacağımız gün uzaqda deyil AZƏRTAC

Qərbi azərbaycanlı: İnanıram ki, tarixi yurdumuza qayıdacağımız gün uzaqda deyil AZƏRTAC

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Gəncə, 14 dekabr, Vüsalə Cənnətova, AZƏRTAC

Ötən əsrdə ermənilər Qərbi Azərbaycanın çoxsaylı kəndləri kimi, Göyçə gölünün cənub-şərq sahilində yerləşən Qızılbulaq, sonrakı adı ilə Çaxırlı kəndində də dəfərlərlə etnik təmizləmə aparıblar. 1918-1919-cu illərdə bu kənddə azərbaycanlılar ermənilərin təcavüzünə məruz qalaraq, tarixən yaşadıqları yerlərdən didərgin salınıblar, buraya başqa ölkələrdən ermənilər köçürülüb. Sonradan yurd nisgilinə tab gətirməyərək doğma elə geri dönən azərbaycanlılar ermənilərlə birgə yaşayışa məhkum ediliblər. 1948-ci ildəki deportasiya dalğası Çaxırlıdan da yan keçməyib.

1965-ci ildə bu kənddə dünyaya göz açan Süsən Qurbanova bu barədə babasından çox eşidib. Sonradan özünün də yaşadığı deportasiya dəhşətlərini AZƏRTAC-ın bölgə müxbiri ilə bölüşən Qərbi azərbaycanlı o günlərin yaddaşında və taleyində dərin iz buraxdığını deyir. Acılı-şirinli xatirələrin heç birini unutmaq istəmir. “Həqiqətlər unudulanda yatır, xatırlananda oyanır deyiblər. Kənddəki həyatımızı, başımıza gətirilən müsibətləri yorulmadan dilə gətirirəm ki, dinləyən hər kəs bilsin. Kəndimizin ilk adı Qızılbulaq olub. Bu adda bulaq var idi, qızılxallı balıq oraya kürüsünü tökürdü. Çaxırlı adı da türk etnonimi əsasında əmələ gəlib. Mən bu kənddə 9 uşaqlı ailədə anadan olmuşam”, - deyən Süsən Qurbanovanın sözlərinə görə, təxminən 1500-ə yaxın azərbaycanlının yaşadığı kənddə əhali əsasən tütünçülüklə məşğul olub.

Yaşayış məntəqəsinin ərazisi əkinçilik və heyvandarlıq üçün əlverişli olub. “Atam tütün istehsalı və emalı məntəqəsində işləyirdi, anam təsərrüfatla məşğul idi. Mal-qara saxlayırdıq, meyvə bağında alma, armud ağacları vardı. Torpaq münbit idi deyə, əkin sahəsindən ildə 15 ton kartof yığırdıq. Meyvə-tərəvəzi quyularda saxlayırdıq. Sarıyer yaylağından əvəlik, qırxbuğum kimi şəfalı bitkilər yığardıq”, - deyən müsahibim bildirir ki, kəndin yayı da, qışı da gözəl keçib. İnsanlar firavan, sağlam yaşayıb.

“Kəndimizdə uzunömürlülər çox idi. Biz uşaq olanda kartof sahələrini sulayan zaman yalın ayaqla gəzirdik. Qışda qar o qədər yağırdı ki, bəzən evin qapısını açmaqda çətinlik çəkirdik. Yenə də heç kim xəstələnmirdi. Gözəl keçən bayramlarda, toylarda Tüstülü, Qanlı, Kərkibaş kəndləri ilə də gediş-gəliş edirdik. Ermənilərin isə içindəki kin-küdurət imkan vermirdi ki, bizə çox qaynayıb, qarışsınlar”, - deyən müsahibim onların azərbaycanlılara qarşı nifrətini məktəb illərində də hiss edib. “Məktəbimizin erməni direktorunun əlinə düşən hər fürsətdə azərbaycanlı müəllimlərə təzyiq göstərdiyini yaxşı xatırlayıram. Haqsız qərarlar müəllimlərimizi çox əsəbləşdirirdi. Erməni şagirdlər də sayları az olanda bizə yaltaqlanır, çox olanda isə atmaca ataraq dava axtarırdılar. Əsasən döyülsələr də, xislətləri dəyişmirdi”, - deyən həmsöhbətim həyatının sonrakı mərhələlərinə aid xoşagəlməz xatirələri də unuda bilmir. Deyir ki, ermənilər azərbaycanlılara hər zaman paxıllıqla yanaşıblar: “Məktəbi bitirdikdən sonra rayon mərkəzində toxucu işləyirdim. Toxuduğum corabların bəyənilməsi, təriflənməyim erməniləri çox qəzəbləndirirdi. Onların “Niyə türkü tərifləyib, ürəkləndirirsiz” deməsini qulaqlarımla eşitmişəm. Elə nifrətlə baxırdılar, o qədər deyinirdilər ki, orada qərar tuta bilmədim, işdən çıxdım”.

1988-ci ilin sonlarına yaxın ermənilərin məkrli niyyətlərini daha aşkar şəkildə biruzə verdiyini xatırlayan Süsən Qurbanova bildirir ki, qış aylarında rayon mərkəzinə gediş-gəliş təhlükəli hal alıb, mağazalarda azərbaycanlılara ərzaq satılmayıb, azərbaycanlı kişilər evlərə gecə-gündüz keşik çəkməyə məcbur olublar. “Ermənilər kəndimizə basqın edib, dedilər ki, mal-mülkünüzü qoyub kəndi təcili tərk etməlisiniz. Onlara etiraz edənləri, dayımoğlunu, bibimin həyat yoldaşını möhkəm döymüşdülər. Neçə nəfər ordan gələndən sonra əsəbdən, üzüntüdən xəstəlik taparaq, dünyasını dəyişdi. Bacım Böyük Məzrə kəndindən 5 aylıq övladı ilə qaçanda yaralanan ayağını məcbur qalıb, yorğan iynəsi ilə özü tikmişdi. Bu zülmü unutmaq mümkün deyil”, - deyən Qərbi azərbaycanlı kövrəlir...

Süsən Qurbanova doğma kəndinə geri dönmək arzusunun onu bir an belə tərk etmədiyini söyləyir: “Müzəffər Ali Baş Komandan İlham Əliyevin müstəqil, qətiyyətli siyasəti, Azərbaycan Ordusunun şücaəti sayəsində bu gün keçmiş məcburi köçkünlər öz yurdlarına, azad olunmuş şəhər və rayonlarımıza qayıdırlar. Bütün varlığımla inanıram ki, azərbaycanlıların tarixi yurdu Qərbi Azərbaycana təhlükəsiz və ləyaqətli qayıdış da uzaqda deyil”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:77
embedMənbə:https://azertag.az
archiveBu xəbər 14 Dekabr 2024 15:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakının bir çox yollarında nəqliyyatın sıxlığı müşahidə olunur SİYAHI

20 Oktyabr 2025 08:25see197

“Bu gün layiq olduğumuz qələbə əldə etdik”

19 Oktyabr 2025 19:14see187

AZAL da yarıtmaz idarəçilik, yoxsa... Təyyarələrdə yaranan problemlər nəylə bağlıdır? (VİDEO)

21 Oktyabr 2025 09:20see163

Rusiya bankları İran akkreditivlərini qəbul etməyə başlayıblar

20 Oktyabr 2025 15:22see159

Xaricdə saxta təhsil: Valideynlər xəbərsiz, tələbələr savadsız EKSPERT RƏYİ

21 Oktyabr 2025 05:43see149

Rəştdən Həştərxana birbaşa uçuşlar başladı

19 Oktyabr 2025 19:10see147

Sarıkökün bu faydalarını çoxları bilmir

20 Oktyabr 2025 07:01see146

Ərdoğandan Şimali Kiprdə keçirilən prezident seçkilərinin ilkin nəticələrinə reaksiya

20 Oktyabr 2025 00:57see139

“Amazon”, “Snapchat” və “Zoom”da problem yarandı

20 Oktyabr 2025 14:39see135

İspaniya La Liqası: Real Madrid səfərdən 3 xalla qayıdır

20 Oktyabr 2025 01:12see132

Tramp görüşü zamanı daim Zelenskiyə söyüş söyürdü

19 Oktyabr 2025 23:19see132

Körpələrdə genetik xəstəliklərin aşkarlanması üçün ölkəyə 300 mindən çox test gətiriləcək

19 Oktyabr 2025 20:14see131

Tbilisidəki son etirazlara görə 14 nəfər saxlanıldı

19 Oktyabr 2025 18:49see131

Naxçıvan məktəblisi “Statistik olimpiada”nın qalibi olub

21 Oktyabr 2025 03:36see130

“Mən ABŞ ı təhlükəyə ata bilmərəm...”

19 Oktyabr 2025 19:18see128

Əməkdar artist Yadigar Muradovun vəziyyəti stabilləşib

19 Oktyabr 2025 18:49see128

İş adamı hava limanında həbs edildi

20 Oktyabr 2025 20:43see128

Elmar Məmmədyarovdan açıqlama: “Kimin qarın ağrısı varsa, adımı hallandırır”

19 Oktyabr 2025 21:04see127

Səhər yeməyində turşu yeməyin 5 faydası

21 Oktyabr 2025 02:51see127

Rıbin və həyat yoldaşı öləcəkləri halda tək oğul övladlarına təlimatlar tərtib ediblər...

20 Oktyabr 2025 00:18see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri