Icma.az
close
up
RU
Batumidə yaşayan Qərbi azərbaycanlı: İnanıram ki, tezliklə Zəngəzura qayıdacağıq

Batumidə yaşayan Qərbi azərbaycanlı: İnanıram ki, tezliklə Zəngəzura qayıdacağıq

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Tbilisi, 25 may, AZƏRTAC

Bu gün dünyanın bir çox ölkəsində, o cümlədən Gürcüstanın Acarıstan Muxtar Respublikasının Batumi şəhərində 28 May -Müstəqillik Günü qeyd olunur. Biz də bu bayramı sevgi ilə qeyd edirik. Biz, eyni zamanda, bu bayramı dədə-baba yurdumuzda - Zəngəzurda qeyd edəcəyimiz günü səbirsizliklə gözləyirik. İnanırıq ki, həmin gün uzaqda deyil.

Bu sözləri AZƏRTAC-a müsahibəsində əslən Qərbi Azərbaycandan olan və hazırda Batumi şəhərində logistika sahəsində çalışan Əşrəf Cəfərov deyib.

O qeyd edib: “Bizim ata-babalarımız 1948-ci ildə indiki Ermənistanın Zəngəzur bölgəsindən didərgin düşüblər. Atam və babam daim o torpaqların həsrətini çəkirdi. Onlar deyirdilər ki, vaxt gələcək azərbaycanlılar öz torpaqlarına qayıdacaqlar. Amma biz inanmırdıq. İndi isə bu inam artıb və bütün Qərbi azərbaycanlılar həmin günü gözləyirlər”.

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsindəki tarixi Qələbəsinin qəlbi Vətən həsrəti ilə döyünən insanlarda bu inamı alovlandırdğını vurğulayan müsahibimiz bildirib: “Otuz il işğal altında qalan torpaqları azad etmək böyük şücaət tələb edirdi. Azərbaycan Prezidentinin qətiyyəti nəticəsində bu Qələbə qazanıldı. Bu gün biz də Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə hazırlanan Böyük Qayıdış konsepsiyasının reallaşması üçün əlimizdən gələni etməyə hazırıq. Gürcüstanda məskunlaşmış bütün Qərbi azərbaycanlılar bu konsepsiyanın həyata keçməsi üçün Azərbaycan dövlətinin ətrafında sıx birləşiblər. İnanırıq ki, çox yaxın vaxtlarda biz sülh yolu ilə öz torpaqlarımıza - Zəngəzura qayıdacaq, Vətən həsrəti ilə dünyadan köçən ata-babalarımızın ruhunu şad edəcəyik”.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:68
embedMənbə:https://azertag.az
archiveBu xəbər 25 May 2025 12:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see208

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see196

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see195

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see194

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see190

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see185

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see177

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see166

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see153

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see150

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see149

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see143

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see141

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see139

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see138

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see136

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see135

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see134

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri