Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

ChatGPT də problem yarandı

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

“Kontakt Home”da ər arvadını bıçaqladı

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

İspaniya mətbuatı: Xabi Alonsonun Real dakı taleyi qarşıdakı 3 oyundan asılıdır

Rusiya Ukrayna müharibəsinin sülh yolu ilə həllinə nikbinik ABŞ

Qərbi Azərbaycanlılardan kim və niyə qorxur?!

Qərbi Azərbaycanlılardan kim və niyə qorxur?!

Icma.az, Bizimyol portalına istinadən məlumat verir.

Bizim ölkədə bəzilərinə elə gəlir ki, hüquq müdafiəçisinin işi ancaq və ancaq qrant almaqdır. Ancaq və ancaq öz ölkəsindəki neqativləri üzə çıxarmaqdır. Doğru, yanlış - fərqi yoxdur. Sonra da bu məlumatları xarici dövlətlərə və beynəlxalq təşkilatlara ötürməkdir. Yəni bəziləri belə anlayır.

Etiraf etmək lazımdır ki, bir çox insanlar hüquq müdafiəsini xarici təşkilatlara ödənişli xidmət kimi başa düşür. Hətta bunun xarici kəşfiyyatlara ödənişli xidmət olduğunu da bilə-bilə. Öz ölkəsinin əleyhinə daha çox neqativ məlumat toplayanlar, öz dövlətini daha çox və daha sərt tənqid edənlər, adətən, xaricdən daha çox dəstəklənib, mükafatlandırılıb. Ancaq bu cür şəxslər və təşkilatlar öz ölkəsinə qarşı haqsızlıqlara dair heç bir araşdırma aparmır, heç bir tənqidi hesabat hazırlamır. Halbuki "insan haqqı" deyilən anlayış bu cür fərqi qəbul etmir.

Mən Qərbi Azərbaycanlı deyiləm, ancaq Ermənistanda doğulub böyümüş, orada yaşamış, o torpaqların əsl sahibi olan, amma Ermənistandan zorla deportasiya olunmuş yüz minlərlə Azərbaycan türkünün, eləcə də, kürdlərin, başqa xalqların nümayəndələrinin pozulmuş haqlarının bərpa olunmasını istəyirəm. Bir Azərbaycanlı, Azərbaycan vətəndaşı, Azərbaycan türkü olaraq bunu tələb etmək həm haqqım, həm öhdəliyimdir. Eləcə də, hamımızın öhdəliyidir. Mən köklü Qarabağlıyam. Bir zamanlar biz Qarabağın azad olunmasını necə istəyirdik, necə tələb edirdik, bunun üçün necə birləşmişdik, eynilə Qərbi Azərbaycan üçün də o cür birləşməliyik. Duyğularımızı, düşüncələrimizi, çabalarımızı birləşdirməliyik. Həm də Qarabağ, Şərqi Zəngəzur Azərbaycanın beynəlxalq miqyasda rəsmən tanınmış əraziləridir deyə, bizim üçü bu torpaqlara qayıtmaq daha əlçatan arzu idi. Azərbaycanın özündən asılı məsələ olduğundan özü həll edir; torpaqları işğaldan özü azad etdi, indi də özü öz gücü ilə bərpa edir (Qərb öz kömək vədinə xilaf çıxdı). Amma Qərbi Azərbaycan Ermənistanın tərkibindədir; dünya o cür tanıyıb və Qərbi Azərbaycanlıların öz torpaqlarına qayıdışı təkcə Azərbaycandan deyil, ən çox Ermənistandan asılı məsələdir. Bu problemi hərbi deyil, yalnız siyasi-diplomatik yolla həll etmək olar. Ona görə də Qərbi Azərbaycanlıların hisslərini anlamaq çətin deyil. Çünki insan təbiətəi ədalət axtarır, onu tapmayanda da bu dünyadan nigaran gedir. O da ola zorla, faciəli ədalətsizliklər ola. Bunlar insanı daha çox yaralayır.

Bu sitata fikir verin:

"Qərbi Azərbaycanda – indiki Ermənistan ərazisində yaşayan azərbaycanlılar etnik təmizləməyə məruz qalaraq, tarixi vətənlərindən mərhələli şəkildə zorla çıxarılmışlar. 1918–1921, 1948–1953 və 1987–1991-ci illərdə daha dəhşətli xarakter almış köçürmələr nəticəsində yüz minlərlə azərbaycanlı dədə-baba yurdunu tərk edərək Azərbaycana sığınmışdır. Bu dəhşətli deportasiyalardan sonra Ermənistanda bir nəfər belə azərbaycanlı qalmamış və Ermənistan monoetnik dövlətə çevrilmişdir".

Bu cümlələr prezident İlham Əliyevin Qərbi Azərbaycan İcmasının “Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi” mövzusunda Bakıda keçirdiyi II beynəlxalq konfransa müraciətindəndir.

Prezident həmçinin deyib: "Hazırda dünyada 120 milyondan çox insan məcburi köçürülmə problemi ilə qarşılaşıb və beynəlxalq ictimaiyyətin birgə səyləri olmadan bu problemin effektiv həlli mümkünsüzdür".

Göründüyü kimi, Azərbaycan dövləti ötən əsr boyu üç dəfə yüz minlərlə Azərbaycanlının Ermənistandan zorla deportasiya olunmasını bütün dünyada zorakı köçürülmə problemindən ayırıb ayrıca həll etməyə çalışmır. Bütün dünyada haqqı pozulmuş köçkünlərin problemini gündəmə gətirir. Onun da içində Qərbi Azərbaycanlıların haqlarını qabardır, daha da aktuallaşdırır. Azərbaycan dövləti bu məsələyə diqqəti cəlb edərkən, irqi, milli, dini və sair baxımdan fərq qoymur. "Özümüzünkü-özgə" deyə bir ayrımçılıq etmir, kim olursa-olsun, hansı ölkənin vətəndaşı olursa-olsun, insanın haqqını önə çəkir.

Amma biz dünyada bunun əksini görürük; insan haqları çarçısı olan ölkələrdə fərq qoyurlar, seçmə üsulu ilə yanaşırlar. Suriyadan, Liviyadan, Əfqanıstandan, Fələstindən gələn qaçqınlara bir cür münasibət var, Ukraynadan gələnlərə başqa münasibət var.

Bunu biz özümüzdən demirik, ortada real faktlar, canlı şahidlər, konkret talelər var. Halbuki əfqanın da, ərəbin də, ukraynalının da... ölkəsinə müharibə gətirən, Vətənlərini darmadağın dağıdan eyni aktorlar, eyni dövlətlərdir.

Həmin o aktorlar bir yandan insan haqları müdafiəçisi kimi çıxış edirlər, o biri yandan ölkələri, evləri dağıdıb insanları didərgin salırlar, başqa bir tərəfdən isə, o talesiz didərginlərin özünü də "sort"lara bölürlər. Bir qisminə "Avropalıdır" deyib, doğma bilib qucaq açırlar, o biri qismi isə yad, yabançı, hətta potensial terrorçu deyə dışlayırlar, diskriminasiyaya uğradırlar. Ona görə hələ də dünyada 120 milyon qaçqın var. Zorla köçürülmüş 120 milyon insan! Bu, demək olar, Yaponiyanın əhalisi qədərdir. Bunların arasında da yüz minlərlə Qərbi Azərbaycanlı var.

Əslində Qərbi Azərbaycandan köçürülmənin hələ Sovetləşmədən qabaq başladığını və Sovet dövründə davam etdiyini nəzərə alsaq, həmin yüz minlərlə insanın özündən sonrakı nəsilləri də bura əlavə etsək, bu say 1 milyon nəfəri keçir. Deməli, dünyadakı o 120 milyon insanın hər 120 nəfərindən biri Qərbi Azərbaycanlıdır.

Bu, çox ağrılı statistikadır. Hətta Azərbaycanda doğulub böyümüş, burada qocalmış əslən Qərbi Azərbaycanlının da öz ata-baba yurduna qayıtmaq arzusu var. Ən başlıcası, buna haqqı var. Ancaq nə Azərbaycanın özündə Qərb maliyyəsi ilə işləyən hüquq müdafiəçiləri, nə də beynəlxalq hüquq müdafiə təşkilatları Ermənistandan zorla deportasiya olunmuş Azərbaycanlıların hüquqları ilə məşğul olmur, buna görə Ermənistanı tənqid etmir, bu insanların öz yurdlarına qayıdışına şərait yaratmağı rəsmi İrəvandan tələb etmirlər.

Əgər söhbət insan haqlarından gedirsə, onlar da insandır və haqları var. Qərb Azərbaycanda ayrı-ayrı adamları və qurumları "hüquq müdafiəçisi" statisunda qəbul edir və maliyyələşdirir. Hətta rəsmən dövlət qeydiyyatından keçməmiş, özünü bəyan etmiş strukturları da rəsmən hüquq müdafiə təşkilatı kimi tanıyıb, tərəfdaşlıq edir. Qərb dövlətləri özlərinin rəsmən tanıdıqları Azərbaycan dövlətinin rəsmən tanımadığı, sadəcə, özünü bəyan etmiş təşkilatlarla tərəfdaşlıq edir. Nə üçün?! Azərbaycan vətəndaşlarının, Azərbaycanlıların hüquqlarının "müdafiəsi üçün".

Əgər belədirsə, bəs niyə Qərbi Azərbaycanlıların da Ermənistanda pozulmuş haqlarını dilə gətirmirlər?! O da Azərbaycanlıdır, bu da Azərbaycanlıdır. Birinin "hüquqlarını qorumaq" məqsədilə (daha doğrusu, bu ad altında) milyonlar, on milyonlar xərcləyənlər, o birinin haqqını, ümumiyyətlə, heç "görmürlər".

Belə çıxır ki, Azərbaycanlıların insan hüquqlarını pozmağa Ermənistanın xüsusi, əlahiddə, hətta fövqəladə dərəcədə icazəsi var?! Bu, dəhşətli bir paradoksdur!

Bununla da bitmir, bu paradoksun davamı da var: Ermənistanın baş naziri, bütövlükdə Ermənistan dövləti, hətta erməni cəmiyyəti "Qərbi Azərbaycan" ifadəsini Azərbaycanın Ermənistana qarşı "ərazi iddiaları" kimi təqdim edir.

Halbuki bu, Azərbaycan prezidentinin də dediyi kimi, insan haqları məsələsidir. İnsan haqları tələbini ərazi iddiası kimi qəsdən yanlış şərh etmək Azərbaycanlıların Ermənistana qayıdışına imkan verməmək məqsədi güdür.

Sözügedən beynəlxalq konfransa Azərbaycan dövlət başçısının müraciətində də deyildiyi ki, Qərbi Azərbaycandan zorla deportasiya olunmuş Azərbaycanlılar öz ata-baba yurdlarına dinc, sivil qaydada, ləyaqətli şəkildə qayıdıb, yerləşmək, öz evlərində yaşamaq istəyirlər.

Bunun harası ərazi iddiası oldu?!

Azərbaycan özü Qarabağdan könüllü köçmüş erməniəsilli şəxslər üçün onlayn portal açıb, yəni onların geri qayıdıb, Azərbaycanda, Azərbaycan cəmiyyətində yaşaması üçün konkret, rəsmi mexanizm yaradıb. Belə çıxır ki, Azərbaycan özü özünə qarşı ərazi iddiası irəli sürür?! Ermənistan tərəfinin iddiası, görün, necə də gülüncdür! Üstəlik "Qərbi Azərbaycan" ifadəsini özünə qarşı "ərazi iddiası" kimi qəbul edən Ermənistan, elə özü Türkiyənin müəyyən əraziləri haqqında "Qərbi Ermənistan" ifadəsini işlədir. Əgər ərazi iddiasıdırsa, o da ərazi iddiasıdır, deyilsə, o da deyil.

Amma, yox, Ermənistanın işlətdiyi "Qərbi Ermənistan" ifadəsi ilə, Azərbaycanda işlədilən "Qərbi Azərbaycan" ifadəsi arasında çox ciddi fərq var. Birinci fərq bundan ibarətdir ki, Ermənistanın dediyi Türkiyə torpaqlarının heç də hamısında ermənilər heç də əhalinin əksəriyyətini, yaxud hamısını təşkil etməyiblər. O cür yanlış (əslində xəstə) "məntiq"lə Krasnodarda, yaxud Rostovda ermənilər yaşayan evləri "Şimali Ermənistan" adlandırmaq olar. Absurddur, elə deyilmi?! Harda erməni yaşayıbsa, yaxud yaşayırsa (yığcam və ya dağınıq), oranı "Ermənistan" adlandırmaq lazımdır?!

Axı Türkiyədəki o ərazilərdə "Ermənistan" deyə bir şey olmayıb. Ona görə "Qərbi Ermənistan" ifadəsi yanlışdır. Amma indiki Ermənistan Azərbaycan torpaqlarında qurulduğu üçün Azərbaycanda xalqın öz tarixi ərazilərinə "Qərbi Azərbaycan" deməsi təbiidir, normaldır.

İkinci fərqə gəlincə, Azərbaycan indiki Ermənistanı, yaxud onun bir hissəsini öz Konstitusiyasında öz ərazisi kimi təsbit etməyib, amma Ermənistan Azərbaycanın və Türkiyənin ərazilərinin ayrı-ayrı hissələrini öz Konstitusiyasında özününkü kimi göstərib.

Bunlar ikisi eyni şey deyil axı.

Azərbaycanda "Qərbi Azərbaycan" ifadəsi cəmiyyət arasında işlədilir və arxasındakı məna Ermənistandan zorla deportasiya olunmuş Azərbaycanlıların öz tarixi torpaqlarına dinc yolla qayıdışını nəzərdə tutur. Ermənistan isə "Qərbi Türkiyə", yaxud "Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi" ifadələrini dövlət səviyyəsində, Konstitusiya səviyyəsində işlədir. Bunlar da eyni məna yükü daşımır. Ermənistanın Konstitusiyası özünün iki qonşusu ilə - Azərbaycanla və Türkiyə ilə potensial ərazi konflikti, indi olmasa da, gələcəkdə nə zamansa müharibə riski yaratdığı halda, Qərbi Azərbaycanlıların öz tarixi yurdlarına qayıdış niyyətləri sırf barışıq anlamı daşıyır.

Qərbi Azərbaycan İcması Ermənistanı dəfələrlə dialoqa çağırıb. Bu çağırışlarda icma demir ki, Ermənistan Zəngəzuru, Göyçəni, Dərələyəzi, İrəvanı və sair Azərbaycana qaytarsın, onlar da bu torpaqlarda Azərbaycanın tərkibində yaşasın. Qərbi Azərbaycanlılar Ermənistana deyir: "Oturaq, danışaq, qayıdışın yolunu, mexanizmini tapaq, biz gələk, Ermənistanın vətəndaşı olaraq öz evlərimizdə yenidən məskunlaşaq".

Bundan sivil, ağıllı çözüm yolu varmı?! Xeyr.

Azərbaycan dövləti də, bəli, bu yanaşmanı dəstəkləyir və ölkə prezidenti də Ermənistanı Qərbi Azərbaycan icması ilə bu məqsədlərlə danışıqlar aparmağa çağırıb.

Üstəlik onsuz da Ermənistan rəsmi orqanları, rəsmi statistika da təsdiq edirlər ki, ölkənin Azərbaycanla sərhədyanı bölgələri sürətlə boşalır; əhali Zəngəzurdan, Göyçədən, Dilicandan Ermənistanın mərkəzi, qərbi hissələrinı köçür. Bunun əsas səbəblərindən biri həmin torpaqların həmin əhaliyə mənsub olmamasıdır; adamlar dərk edir ki, Qərbi Azərbaycanlılar öz yurdlarına gec-tez qayıdacaqlar.

"Qərbi Azərbaycan" ifadəsi Ermənistanı belə çox narahat edirsə, bundan çox sadə çıxış yolu var: İrəvan Qərbi Azərbaycan İcması ilə dialoqa gəlsin, Qərbi Azərbaycanlıların Ermənistana qayıdışını təmin etsin. O zaman Qərbi Azərbaycanlı, təbii ki, olacaq "Şərqi Ermənistanlı". Beləliklə, "Qərbi Azərbaycan" ifadəsi də öz-özünə leksikondan çıxacaq, yaxud, indiki kimi, Ermənistanın deportasiya cinayətini anladan bir ifadə kimi qalmayacaq. Başqa sözlə, Ermənistanın bu qorxusu da tarixə çevriləcək.

Ermənistan üçün bundan daha sadə, aydın və ağıllı bir həll yolu yoxdur.

Əslində bundan Azərbaycan zərər çəkər, Ermənistan yox. Demoqrafik fəlakətlə üzbəüz qalan Ermənistan üçün bu, öz əhali-ərazi disbalansını aradan qaldırmaq fürsətidir.

Ermənistanda əhalinin azalması - immiqrasiyanın artması və doğum göstəricisinin aşağı düşməsi heç kimə sirr deyil. Qərbi Azərbaycanlıların qayıdışına imkan yaratmaqla Ermənistan dövləti yeni vətəndaşlar, yeni işçi qüvvəsi, bir sözlə, hazır əhali - insan resursu qazanmış olacaq.

Bunun üçün isə Amerika kəşf etməyə ehtiyac yoxdur; Azərbaycanın özü kimi, Ermənistan da rəsmi onlayn portal aça bilər, yaxud başqa sivil, rəsmi prosedurlar, imkanlar yarada bilər.

Bir sözlə, "Qərbi Azərbaycan" ifadəsindən qorxmaq gərək deyil, bu ifadə altında başa düşülən problemi həll etmək lazımdır. Həm də, dediyimiz kimi, ən çox elə Ermənistana lazımdır.

Bahəddin Həzi, bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 05 Dekabr 2024 16:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see461

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see362

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see358

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see320

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see305

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see276

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see275

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see274

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see188

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see150

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see148

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see144

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see140

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see140

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

02 Dekabr 2025 09:28see133

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see131

“Kontakt Home”da ər arvadını bıçaqladı

02 Dekabr 2025 22:20see128

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see126

İspaniya mətbuatı: Xabi Alonsonun Real dakı taleyi qarşıdakı 3 oyundan asılıdır

02 Dekabr 2025 08:42see125

Rusiya Ukrayna müharibəsinin sülh yolu ilə həllinə nikbinik ABŞ

02 Dekabr 2025 00:58see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri