Icma.az
close
up
RU
Qərbi azərbaycanlıların doğma yurdlarına ədalətli qayıdışı artıq beynəlxalq məsələyə çevrilib RƏY AZƏRTAC

Qərbi azərbaycanlıların doğma yurdlarına ədalətli qayıdışı artıq beynəlxalq məsələyə çevrilib RƏY AZƏRTAC

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 6 dekabr, AZƏRTAC

Qərbi azərbaycanlıların doğma yurdlarına ləyaqətli qayıdışı artıq beynəlxalq məsələyə çevrilib. Bu, təkcə Azərbaycanı deyil, dünyanı maraqlandıran məsələdir. Azərbaycanın fəallığı, siyasi-diplomatik fəaliyyəti nəticəsində Qərbi azərbaycanlıların qayıdışı məsələsi artıq ölkəmizin hüdudlarını aşıb. Beynəlxalq təşkilatlarda da Qərbi azərbaycanlıların doğma yurdlarına qayıdışı ilə bağlı fikirlər səsləndirilir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, Qərbi Azərbaycan İcmasının Ziyalılar Şurasının üzvü Əfqan Vəliyev bildirib.

O deyib ki, Qərbi azərbaycanlıların doğma torpaqlarına qayıdışı tarixi zərurətdir: “Bu torpaqlar tarixən Azərbaycan torpağı olub. Azərbaycanlılar orada yaşayıb, böyük mədəni irs ərsəyə gətiriblər. Təəssüflər olsun ki, Ermənistan hökuməti Qərbi azərbaycanlıları deportasiya etdiyi dövrlərdə onlara aid maddi-mədəni irs nümunələrini, tarixi abidələri də məhv edib. Bir çoxunu mənimsəyib, dağıdıb, Yer üzündən silib, özününkünləşdirməyə çalışıb. Hətta toponimləri də dəyişib. Bu mövzuda keçirilən beynəlxalq tədbirlər Qarabağa qayıtdığımız kimi, Qərbi Azərbaycana da dinc və ləyaqətli qayıdışımızı təmin edəcək. Bu, prosesin sürətlənməsinə töhfə olacaq”.

Sektor müdiri deyib ki, Qərbi Azərbaycan məsələsinin ölkə hüdudlarını aşması beynəlxalq ictimai rəyə də müsbət təsir göstərəcək. “Belə tədbirlər dünya ictimaiyyətinin Azərbaycanın haqq səsinə dəstəyini də gücləndirəcək. Uzun illər torpaqları işğal altında qalan, torpaq həsrəti yaşayan soydaşlarımız Qarabağdakı tarixi Qələbəmizdən sonra öz yurdlarına qayıdırlar. Növbəti ideoloji hədəf və strategiya Qərbi azərbaycanlıların tarixi dədə-baba torpaqlarına qayıtması məsələsidir. Bu, ümummilli məsələyə çevrilib. Soydaşlarımızın Qərbi Azərbaycana ləyaqətli şəkildə dönməsi üçün addımlar atılır. Keçən dövr ərzində Qərbi Azərbaycana qayıdış istiqamətində çox mühüm işlər görülüb, Qərbi Azərbaycan İcması yaradılıb. Həmçinin dünya ictimaiyyəti Qərbi azərbaycanlıların üzləşdiyi haqsızlıqlar barədə məlumatlandırılır, kitablar yazılır və xaricdə yayılır”, - deyə o əlavə edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:107
embedMənbə:https://azertag.az
archiveBu xəbər 06 Dekabr 2024 17:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see200

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see191

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see186

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see167

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see167

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see148

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see143

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see143

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see138

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see135

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see129

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see126

Xamenei: Etirazlar Trampın maraqlarına xidmət edir

09 Yanvar 2026 21:12see126

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see126

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see125

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri