Icma.az
close
up
RU
“Qərbi azərbaycanlıların Ermənistana qayıdışı Paşinyan üçün öldürücü zərbə ola bilər” Politoloq

“Qərbi azərbaycanlıların Ermənistana qayıdışı Paşinyan üçün öldürücü zərbə ola bilər” Politoloq

Icma.az, Azxeber.com portalına istinadən məlumat yayır.

"Qərbi Azərbaycan Xronikası” layihəsi çərçivəsində hazırlanan növbəti süjetdə Vaşinqton görüşündən sonra Ermənistan mediasında yayılan əsassız iddialara münasibət bildirilib. 

İddialara görə, guya Azərbaycan Qərbi Azərbaycana qayıdış planından imtina edib və icmanın adı dəyişdirilib. Qeyd olunub ki, bu məlumatların məqsədi sülh sazişi fonunda azərbaycanlıların qayıdış hüququnu gündəmdən çıxarmaq və Ermənistan ictimai rəyini manipulyasiya etməkdir. 

Ermənistanda Qərbi Azərbaycan və Zəngəzur məsələsi iqtidar–müxalifət qarşıdurmasının əsas mövzusuna çevrilib. Müxalif qüvvələr dəhlizin açılmasını bütövlükdə Zəngəzurun Azərbaycana verilməsi kimi təqdim edirlər. 

Qeyd olunub ki, artıq 100 mindən çox Qərbi azərbaycanlı qayıdış üçün qeydiyyatdan keçib. Layihənin məqsədi isə Qərbi Azərbaycan adının yaşadılması, deportasiya faktlarının, eləcə də tarixi-mədəni irsin dünya ictimaiyyətinə çatdırılmasıdır.

Politoloq Natiq Miri AZXEBER.COM-a açıqlamasında bildirib ki, həm Azərbaycan, həm də Ermənistan kontekstində bu, təbliğat xarakterli və ictimai rəyə hesablanmış bir layihədir:

"İndiki vəziyyətdə Qərbi Azərbaycan məsələsini tələb etmək və bunu ölkədə, yaxud da regionda və ya beynəlxalq təşkilatlarda gündəm kimi çıxarmaq sülh prosesinə zərər verə bilər. Çünki bunlar bir-biri ilə paralel məsələlərdir. Bir tərəfdə Qarabağdan öz xoşu ilə köçmüş ermənilər, digər tərəfdə isə Qərbi Azərbaycandan yurd-yuvasından zorla qovulmuş Azərbaycan türkləri dayanır. Bu, Azərbaycanın əlində çox ciddi hüquqi-siyasi tutacaqdır. Zəngəzur dəhlizi terminini necə qəbul etdirdiksə, Qərbi Azərbaycan terminini də eyni şəkildə yaddaşlarda saxlamağa çalışacağıq. Yəni, bu mövzu daim gündəmdə saxlanmalıdır ki, zaman dəyişib geosiyasi şərait tamamilə fərqli olduqda və bu layihənin həyata keçirilməsi üçün münbit şərait yarandıqda beynəlxalq ictimaiyyət üçün yeni görünməsin. Bu baxımdan hər iki ölkədə bu cür təbliğat xarakterli fikirlərin, yazıların, araşdırmaların olması normaldır”.

Ekspert Ermənistan ictimaiyyətində məsələyə verilən reaksiyalara da münasibət bildirib:

"Ermənistan hökumətinin daxili auditoriya üçün kifayət qədər çətin qərarlar qəbul etdiyini nəzərə almaq lazımdır. Bir tərəfdən sülh sənədinin paraflanması, digər tərəfdən Naxçıvana maneəsiz keçid – yəni Zəngəzur dəhlizinin açılması məsələləri hələlik erməni cəmiyyəti tərəfindən tam həzm olunmayıb. Bu səbəbdən Qərbi azərbaycanlıların Ermənistana qayıdışı məsələsi 2026-cı il parlament seçkilərində Nikol Paşinyan üçün öldürücü zərbə ola bilər. 

Düşünürəm ki, hələlik bu məsələ Azərbaycan dövləti tərəfindən rəsmi şəkildə iddia və ya tələb kimi qaldırılmayacaq. Əgər qaldırılsaydı, Ermənistan da ATƏT-in Minsk Qrupunun ləğv olunması üçün birgə müraciətə imza atmazdı. Paşinyan bunu dəfələrlə dilə gətirib. Deməli, Paşinyan bu risklərdən müəyyən zaman çərçivəsində zəmanət alıb. Ona görə düşünürəm ki, bu fikri yaddaşlarda saxlamaq, daim təzələmək və gələcəyə ötürmək daha məqsədəuyğundur”. 

Şahanə Ziyad

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:94
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 12 Sentyabr 2025 12:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see241

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see229

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see229

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see198

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see183

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see163

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see163

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see154

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see154

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see153

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see151

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see150

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see147

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see144

Azərbaycanda daha 5 audit şirkətinə lisenziya verilib

24 Yanvar 2026 18:13see143

Məşhur müğənni xərçəngə qalib gəldi FOTOLAR

24 Yanvar 2026 21:00see139

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see136

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see135

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see135

Tramp ABŞ nin gizli silahının adını açıqladı Maduro ələ keçirilərkən istifadə olunub

24 Yanvar 2026 23:33see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri