Icma.az
close
up
RU
Qərbi azərbaycanlıların Naxçıvanda məskunlaşması

Qərbi azərbaycanlıların Naxçıvanda məskunlaşması

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

Rusiya işğalı ilə başlamış deportasiyalar SSRİ-nin süqutunadək davam edib

Rusiya imperiyasısının Quzey Azərbaycanı işğal etməsindən sonra İran və Türkiyə ermənilərini Qərbi Azərbaycan və Qarabağ torpaqlarında yerləşdirməsi yerli türk-müsəlman əhalinin davamlı deportasiyası ilə müşayiət olunub. Erməni basqılarının qarşısında alınmaz qala kimi dayanmış Naxçıvan faciəli soyqırımları və köçürmələr zamanı qonşu mahallarda yaşayan Qərbi azərbaycanlıların ilk pənah gətirdiyi, doğma sığınacaq tapdığı qeyrət və dəyanət yurdu olub.

Erməni millətçilərinin Naxçıvanla bağlı xülyalarını, törətdikləri vəhşilikləri, Qərbi azərbaycanlıların Naxçıvanda məcburi məskunlaşma xronikasını elmi baxımdan araşdırmış Naxçıvan Dövlət Universitetinin dosenti, tarix üzrə fəlsəfə doktoru Elman Cəfərli göstərir ki, soydaşlarımızın Qərbi Azərbaycandan sıxışdırılaraq Naxçıvana köç etməsi 1828-ci ilin əvvəllərindən başlanıb:

– XX əsrdə isə ermənilər havadarlarının köməyi ilə indiki Ermənistan ərazisində azərbaycanlılara qarşı 1905–1906-cı illərdə və 1918–1920-ci illərdə etnik təmizləmə, 1930-cu illərdə kütləvi repressiyalar, 1948-1953-cü illərdə deportasiya həyata keçirmiş və nəhayət, 1988–1989-cu illərdə etnik təmizləməni başa çatdırmağa müvəffəq olmuşlar. Bütün mərhələlərdə Qərbi Azərbaycandan olan soydaşlarımız Naxçıvan bölgəsinə də üz tutub burada məskunlaşıblar.

Qərbi Azərbaycan öz relyefinə görə əsasən dağlıq ərazilərdən ibarətdir. Bu halda tarixən əkinçiliklə məşğul olmuş və artıq torpaqsız qalan Azərbaycan türklərinin müəyyən bir qismi Azərbaycanın digər bölgələrinə, o cümlədən Naxçıvana köçüb məskunlaşırdı. Digər tərəfdən, 1905–1907-ci və 1918–1920-ci illərdə Qərbi Azərbaycanda ermənilərin həyata keçirdiyi faciəli hadisələr, qanlı cinayətlər bölgədə soydaşlarımızın sayının xeyli azalması ilə nəticələnmişdi. Bu dövrdə indi Qərbi Azərbaycan adlandırdığımız torpaqlardan Naxçıvana nə qədər soydaşımızın köçürüldüyünü demək çox çətindir. Çünki həmin dövrdə ermənilər Naxçıvanda da əhalinin soyqırımını həyata keçirirdilər.

O zamanlar erməni zülmündən qaçmaq istəyən Azərbaycan türklərinin bir qismi Cənubi Azərbaycana sığınmaq məcburiyyətində qalırdılar. Məsələn, 1897-ci ilə nisbətən 1909-cu ildə Naxçıvanda azərbaycanlı əhalinin sayı 31 min 279 nəfər, yəni 34,6 faiz azalmışdı. Həmin illərdə əhalinin təbii artımını da nəzərə alsaq, 1905–1907-ci illərin soyqırımı nəticəsində ermənilər tərəfindən öldürülən və didərgin düşən soydaşlarımızın hesabına təkcə Naxçıvanda azərbaycanlı əhalinin sayı təxminən, 2 dəfə azalmışdı.

Qərbi Azərbaycan əhalisinin Naxçıvana kütləvi şəkildə pənah gətirməsi də məhz bu soyqırım mərhələrinə təsadüf edir. 1906-cı ilin iyul–avqust aylarında ermənilərin Zəngəzur kəndlərində törətdikləri qanlı qırğınlardan salamat çıxıb canını qurtaran soydaşlarımız Naxçıvana, xüsusilə Ordubad mahalının kəndlərinə sığınmışdılar. Bu dövrdə Qərbi Azərbaycanda yaşayan soydaşlarımızın Naxçıvana daha çox pənah gətirməsinin əsas səbəbi Gəncə quberniyasının bütün ərazisi boyu – Gəncənin özündə, Cavanşir, Şuşa və Cəbrayıl qəzalarında da ermənilərin törətdiyi kütləvi qırğınlar nəticəsində Azərbaycanın şərq torpaqlarına təhlükəsiz keçib getməyin mümkün olmaması idi.

1906-cı ilin sentyabrında 1000 nəfəri Zəngəzur kəndlərindən, 800 nəfəri ordubadlılardan olmaqla, 1800 nəfərlik könüllü dəstələr bütün kəndləri işğaldan azad etsələr də burada tamamilə dağıdılmış kəndlər qalmışdı. Ümumiyyətlə, 1905–1906-cı illərdə İrəvan quberniyasının dağıdılmış 242 kəndində 70 min 728 nəfər türk-müsəlman ermənilərin törətdiyi soyqırımın qurbanı olmuş, sağ qalanların böyük bir qismi Naxçıvana və Cənubi Azərbaycan torpaqlarına sığınmışdı.

1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin səhv qərarı ilə İrəvan və ətrafı ermənilərə güzəştə gedilməsinin sonrakı dövrdə Qərbi Azərbaycan əhalisinindavamlı basqılara, vəhşiliklərə məruz qalmasına meydan açdığını qeyd edən tarixçi alim bildirir:

– Xalq Cümhuriyyətin qurucuları Qərbin imperialist dövlətlərinin təzyiqi altında, Osmanlı Dövləti hakimiyyətindəki bəzi şəxslər kimi belə düşünürdülər ki, əgər ermənilərə müəyyən kiçik bir ərazidə dövlət qurmaq imkanı verilərsə, bölgədə ermənilərin 1918-ci ilin əvvəllərindən başladıqları soyqırıma son qoyulacaq, torpaqlarımıza daimi sülh gələcəkdir. Lakin elə həmin İrəvan və ətrafının daşnaklara güzəştə gedildiyi günlərdə ermənilərin qanlı cinayətlərinə davam etmələri bu addımın kökündən yanlış olduğunu göstərirdi.

Məhz bu səhv qərardan şirniklənən tarixdə ilk dəfə 1918-ci ildə tarixi Azərbaycan torpaqlarında yaradılmış erməni-daşnak dövlətinin orduları 1918-1920-ci illərdə bütün qüvvəsini digər Azərbaycan torpaqlarının, xüsusilə Zəngəzurun işğalına yönəltmişdi. Ermənilər Zəngəzurun işğalına həm də Naxçıvanı Azərbaycanın əsas hissəsindən coğrafi baxımdan ayıraraq, daha asan şəkildə işğal etmək üçün bir vasitə kimi baxırdılar. Buna görə də 1918-1920-ci illərdə ermənilər Zəngəzurda daha dəhşətli soyqırım törətdilər.

Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1919-cu il noyabrın 23-də ABŞ nümayəndələrinin vasitəçiliyi ilə Tiflisdə daşnak rejimi ilə saziş imzaladıqdan dərhal sonra öz hərbi qüvvələrini Zəngəzurdan çıxarması da növbəti səhv addım idi və bu, bölgə üçün faciəvi sonluqla nəticələndi. Bu hadisədən sonra Zəngəzur və Qars vilayətlərində ermənilər tətərfindən 88 müsəlman kəndi yandırıldı, 131 min 930 nəfər öldürüldü. Sağ qalan azsaylı əhali Naxçıvana pənah gətirdi.

Ümumiyyətlə, ermənilərin qanlı cinayətləri nəticəsində 1918-ci ilədək Qərbi Azərbaycanda yaşayan 575 min nəfər müsəlman əhalinin 1920-ci ilin əvvəllərində cəmi 10 min nəfərindən bir qədər çoxu burada yaşamaqda davam edirdi. Əhalinin böyük bir hissəsi soyqırım qurbanı olmuş, sağ qalan əhali isə Naxçıvana və Cənubi Azərbaycana pənah aparmışdı.

Görkəmli dövlət xadimi Behbud ağa Şahtaxtinski Azərbaycan İnqilab Komitəsinin 1921-ci il aprelin 19-da keçirilən iclasında “Naxçıvanın siyasi və iqtisadi vəziyyəti haqqında” məruzəsində bildirirdi ki, Naxçıvan, Ordubad və Şərur-Dərələyəz qəzalarında ermənilər tərəfindən azı 240 kənd xarabazarlığa çevrilmişdir. Qaçqınlar məsələsi ətrafında uzun müddət Naxçıvan MSSR ilə Ermənistan SSR, RSFSR və bu sovet respublikaları ilə Təbrizin bələdiyyə rəisi, Maku sərdarı, Culfa gömrüyünün rəisi arasında uzun-uzadı yazışmalar getmişdi. Nəticədə İttifaq Soveti Qərbi Azərbaycandan olan 28 min qaçqının Naxçıvanda saxlanması barədə qərar qəbul etmişdi. Zəngəzurdan qaçqınların gəlməsi prosesi 1923-cü ildə də davam etmişdi.

Həmin qaçqınlar sonradan geri qayıda bilməyərək, Culfa şəhəri və ətrafında, Əbrəqunus, Qazançı, Arınc və başqa kəndlərdə məskunlaşdırıldılar. Qeyd edim ki, XX əsrin sonrakı dövründə, yəni 1948–1953-cü illər deportasiyası, eləcə də 1988–1991-ci illərdə Qərbi Azərbaycan ərazisindən qovulmuş 50 mindən çox azərbaycanlı ailəsinin müəyyən bir qismi də Naxçıvanda məskunlaşmışdır.

Tahir AYDINOĞLU
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:292
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 27 Avqust 2025 04:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see547

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see309

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see299

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see298

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see292

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see273

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see269

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see269

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see255

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see252

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see240

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see240

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see238

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see235

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see233

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see233

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see230

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see221

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see221

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see221
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri