Icma.az
close
up
RU
Qərbin aparıcı dövlətləri İranla münasibətlərin qorunub saxlanması tərəfdarıdır

Qərbin aparıcı dövlətləri İranla münasibətlərin qorunub saxlanması tərəfdarıdır

Redaktor.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Böyük Britaniya, Almaniya və Fransa xarici işlər nazirləri (XİN) sabah Cenevrədə İran XİN başçısı Abbas Araqçi ilə danışıqlar aparacaqlar.

İsrail-İran müharibəsinin getdiyi bir zamanda belə bir görüşün məqsədi nədir?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında politoloq Samir Hümbətov bildirdi ki, Qərbdə İranla bağlı münasibətlərdə fərqlilik var.

"Məsələn, Amerika İsrailin yanında yer aldığı halda, Qərbin əsas aparıcı dövlətləri ya üzdə, ya da arxa planda münasibətlərin qorunub saxlanması tərəfdarıdır.

Nəzərə alaq ki, Fransa İranla əməkdaşlığa xüsusi önəm verir. Yəni bu, o deməkdir ki, Böyük Britaniya, Almaniya və Fransa XİN başçılarının İranla danışıqlarda belə aktiv şəkildə iştirak etməsi Avropa İttifaqının, ümumilikdə Qərbi Avropanın əsas diqqət yetirdiyi mövzulardandır. İranla əməkdaşlıqları daha dərindir".

S.Hümbətovun fikrincə, bu danışıqlarda yenidən “5+1” formatına İranın qayıtması, Amerika Birləşmiş Ştatlarının da bu formata qayıtması və beləliklə danışıqların aparılması gündəmdə olacaq.

"Bu, İranın görünür ki, nüvə zənginləşdirilməsini dayandırması və bu prosesi dinc məqsədlərə yönəltməsi istiqamətində danışıqların aparılacağına işarədir.

Belə nəticə alınarsa, bu artıq İsrail, ABŞ, İran və Avropanın aparıcı dövlətlərinin birgə ümumi planı anlamını daşıyar. Amma burada Çin və Rusiyanı da gözardı etmək olmaz. Yəni “5+1” formatında Çin və Rusiya da var. Eyni zamanda, Britaniya, Almaniya, Fransa və ABŞ da bu formatdadır.

Buna görə düşünürəm ki, baş tutacaq görüşdə məhz bu məsələlər müzakirə oluna bilər", - deyə politoloq qeyd etdi.

Xədicə BAXIŞLI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 19 İyun 2025 19:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see273

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see196

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see188

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see183

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see163

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see158

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see158

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see154

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see146

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see144

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see141

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see134

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see134

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see133

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see133

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see130

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see126

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri