Icma.az
close
up
RU
Qərbin “erməni sevgisi”: “Azərbaycan regionun aparıcı dövlətidir”

Qərbin “erməni sevgisi”: “Azərbaycan regionun aparıcı dövlətidir”

Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ermənistanın sülh sazişindən yayınması regionda sabitliyə və inkişafa əsas təhlükə olaraq qalır.

Təbii ki, 4 il əvvəl sülh xahişi ilə yalvaran və kapitulyasiya sənədini qeyd-şərtsiz imzalayan Ermənistanın indi silahlanmaya meyil etməsi Fransa başda olmaqla Qərbin Cənubi Qafqaza geosiyasi müdaxiləsi ilə bağlıdır. 

Azərbaycana qarşı xarici təxribatların arxasında da məhz Fransa, Avropa İttifaqı, ABŞ-nin erməni lobbisi dayanır. Azərbaycanın bölgədə artan nüfuzu, müstəqil praqmatik siyasət həyata keçirməsi Fransa hakimiyyətinin, o cümlədən Prezident Emmanuel Makronun "münaqişələrdən bəhrələnmək" planları ilə üst-üstə düşmür.

Fransa xalqının istefa tələbləri ilə üzləşən Emmanuel Makron başqa regionlarda qayda-qanun yaratmaq iddiasına  düşüb. Ancaq zaman Azərbaycanın xeyrinə, müstəmləkəçi Makron iqtidarının isə əleyhinə işləyir. 

Qərbin, o cümlədən Fransanın Azərbaycana qarşı apardığı əks-təbliğatın məqsədi nədir?

Milli Məclisin deputatı, Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, Fransanın Azərbaycana yönəlik siyasəti təəssüflər olsun ki, Makron hakimiyyəti dövründə vüsət alıb və bu istiqamət hələ də davam etməkdədir: 

"Təbii ki, bu istiqamət regiona təsir imkanlarını genişləndirmək, ermənilərdən istifadə etməklə regiona yerləşmək prosesində Azərbaycanı hanısa formada neytrallaşdırmaq, müəyyən güzəştlərə getmək, geri çəkilməyə məcbur etmək siyasətidir ki, bu da heç bir halda mümkün deyil. Azərbaycan müstəqil siyasət yürüdür. 

Azərbaycan regionun əsas aparıcı dövlətidir. Bu regionda hər hansı bir formada mövcudluğunu təmin etmək üçün mütləq Azərbaycanla normal əməkdaşlıq mühitinin formalaşması lazımdır. 

Təəssüflər olsun ki, Makron hakimiyyəti tərəfindən bu istiqamətdə əks fəaliyyət göstərilməkdədir. Məqsəd birdir və bu erməni sevgisindən irəli gələn bir məsələ də deyil.  Sadəcə olaraq, ermənilərdən istifadə etməklə regionda özünün siyasi, iqtisadi, hətta hərbi maraqlarını hansısa formada təmin etməkdir. Azərbaycanla normal münasibət formalaşdırmadan heç bir halda mümkün deyil". 

Nigar Abdullayeva
"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:191
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 28 Noyabr 2024 15:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see329

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see265

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see252

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see252

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see247

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see239

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see237

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see236

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see232

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see228

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see223

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see220

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see213

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see212

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see212

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see209

Əraqçi: İran ABŞ a Hörmüz boğazı ilə bağlı şərt qoyub

08 Noyabr 2026 22:06see195

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see189

Bir sıra avtomobil yollarında görünüş məsafəsi azalacaq

08 Noyabr 2026 22:13see188

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri