Icma.az
close
up
RU
Səfərbərlik haqqında qanuna dəyişiklik edildi

Səfərbərlik haqqında qanuna dəyişiklik edildi

Icma.az, Baku.ws portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Prezident İlham Əliyev "Fövqəladə vəziyyət və sosial xarakterli fövqəladə mühit haqqında" və "Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2024-cü il 13 dekabr tarixli 92-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.

BAKU.WS President.az-a istinadən xəbər verir ki, fərmanla Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 avqust tarixli 383 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (III kitab), maddə 606 (Cild I); 2024, № 4, maddə 393, № 5 (I kitab), maddə 529) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı"nın 2.2.12-ci yarımbəndinə "yerləşdirilməsini" sözündən sonra "və saxlanılmasını" sözləri əlavə edilir və həmin yarımbənddən "və səfərbərlik ehtiyatlarını saxlayan" sözləri çıxarılır.

Həmçinin, "Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 9 avqust tarixli 275 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 8, maddə 707 (Cild I) 2.2-ci bəndində "5.2.18-5.2.20-ci" sözləri "5.2.19-cu və 5.2.20-ci" sözləri ilə əvəz edilir.

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 iyul tarixli 204 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 7 (I kitab), maddə 1490 (Cild I); 2024, № 5 (I kitab), maddə 515) ilə təsdiq edilmiş "Elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahəsində nəzarətin həyata keçirilməsi Qaydası"nın 1.6-cı bəndi ləğv edilir.

"Fövqəladə vəziyyət haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli 824-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin "Fövqəladə vəziyyət haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" 2004-cü il 19 iyul tarixli 90 nömrəli, "Fövqəladə vəziyyət haqqında" Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə" 2005-ci il 19 yanvar tarixli 175 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 11 aprel tarixli 2096 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 4, maddə 481 (Cild I) 2.1.3-cü yarımbəndindən "və dövlət ehtiyatlarının yaradılması, istifadə edilməsi və bərpası qaydasını" sözləri çıxarılır.

"Fövqəladə vəziyyət və sosial xarakterli fövqəladə mühit haqqında" və "Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2024-cü il 13 dekabr tarixli 92-VIIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etmək Nazirlər Kabinetinə tapşırılıb.

"Fövqəladə vəziyyət və sosial xarakterli fövqəladə mühit haqqında" və "Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu ilə bu linkdən tanış olmaq mümkündür.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:235
embedMənbə:https://baku.ws
archiveBu xəbər 16 May 2026 02:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see718

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see352

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see321

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see287

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see284

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see273

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see262

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see259

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see243

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see238

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see226

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see226

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see222

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see222

Ağdaşda II Heyva və Aqrar Biznes festivalları Fotolar

07 Noyabr 2026 19:44see219

Athena Gökhan illərdir dəyişmədiyi saç rəngini dəyişdi Yeni görünüşü təəccübləndirdi

07 Noyabr 2026 21:40see207

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see206

Türkiyədə serial böhranı: Bir bölümün qiyməti milyonları aşdı, aktyorların qazancı kəsilir

07 Noyabr 2026 19:30see191

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see190

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri