Icma.az
close
up
RU
Qərbin Manipulyasiya cəhdləri və Gürcüstanın milli iradəsi

Qərbin Manipulyasiya cəhdləri və Gürcüstanın milli iradəsi

Moderator.az saytına istinadən Icma.az xəbər verir.

“Gürcüstanın siyasi rəhbərliyi, Qərbin müxtəlif institutlarının ölkəyə təzyiq və manipulyasiya etməyə çalışdığını çox yaxşı bilir. Ukrayna timsalından da bəllidir ki, Qərb Gürcüstanı Avropa İttifaqına üzv edəcək deyildir”.

Bu fikirləri Moderator.az-a siyasi şərhçi Tural İsmayılov deyib.

Siyasi şərhçinin sözlərinə görə, bu gün Avropa İttifaqına üzvlüklə bağlı danışıqlar, sadəcə olaraq Gürcüstana təzyiq etmək və təsir göstərmək üçün atılan addımlardır:

 “Bu gün seçki hüququndan, insanların səs hüququndan danışan Qərb institutları Gürcüstan xalqının seçiminə hörmət etməməyə çalışır və Gürcüstanda böyük çoxluğun səsini və seçki prosesində iştirak edərək aldığı qərarları şübhələndirməyə çalışır ki, bu qəbul edilən meyarlar deyil. Avropa parlamenti kimi siyasi dələduzluğun və riyakarlığın məkanına çevrilmiş bir qurumun Gürcüstanla təzyiq, təhdid, şantaj dilində danışması, müxtəlif Qərb institutlarının Gürcüstan siyasi rəhbərliyinə böhtanlar ataraq, ona təsir etmək üçün əllərindən gələn bütün vasitələrdən istifadə etməsi, gözlə görülən və açıq qıcığa səbəb olan məqamlardır”.

T.İsmayılov hesab edir ki, xalq üçün Avropaya inteqrasiyanın nə qədər vacib olması məsələsi, o qədər də mübahisə mövzusu ola bilməz:

“Çünki Gürcüstan xalqı xarici agentlər haqqında qanun layihəsini dəstəkləmək və yaxud da “Gürcü Arzusu” hakimiyyətinə səs verməklə Avropaya inteqrasiya kursundan imtina etmir. Lakin bu inteqrasiya yalnız dövlətin daxili maraqlarına uyğun şəkildə həyata keçirilməlidir. Bütövlükdə Avropaya inteqrasiya anlayışı Qərbin neoimperialist dairələrinin siyasi təzyiqlərindən başqa bir şey deyil. Xalq öz səsini “Gürcü Arzusu” partiyasına  verib və hökumətdə təmsil olunmasını alqışlayıb”.

Siyasi sərhçi hesab edir ki, bu gün Qərbin təhlükəli institutlarının Gürcüstan ərazisini maliyyə tranşlarının yuvasına çevirmək cəhdlərinin qarşısı alınır. Bu da bütün milli dövlətçi hökumətlərin atmalı olduğu addımlardır.

Mehin Mehmanqızı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:252
embedMənbə:https://moderator.az
archiveBu xəbər 29 Noyabr 2024 18:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see323

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see269

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see255

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see249

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see248

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see243

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see228

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see224

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see219

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see215

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see213

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see210

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see205

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see205

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see199

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see190

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see186

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see182

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see180

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri