Icma.az
close
up
RU
Sülh danışıqları: İrəvandan növbəti manipulyasiya cəhdləri

Sülh danışıqları: İrəvandan növbəti manipulyasiya cəhdləri

Xalqcebhesi portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Antalya Diplomatik Forumu çərçivəsində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında ikitərəfli görüş keçirilib.

Tərəflər görüş zamanı Azərbaycan və Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Sülh Sazişi mətninin yekunlaşdırılmasından sonra normallaşma prosesinin hazırkı vəziyyətini müzakirə edib. Nazirlər dialoqu davam etdirməyə hazır olduqlarını bildiriblər.

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ikitərəfli görüşündə verilən mesajlar sülh danışıqları prosesi ilə bağlı nə vəd edir?

“Xalq Cəbhəsi” mövzunu politoloqlarla müzakirə edib.

“Bunu çox da səmimi qəbul etmək olmaz”

Politoloq Elşad Mirbəşiroğlu Ararat Mirzoyan və Ceyhun Bayramov arasında maraqlı görüş keçirildiyini bildirərək əlavə edib ki, moderatorun sualı əsasən Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması ilə bağlı oldu: “Mirzoyan bildirdi ki, onlar qısa zaman kəsiyində sülh sazişini imzalamağa hazırdırlar. Azərbaycanın mövqeyi hər zaman aydın olub. Azərbaycan regionda sülh gündəliyini başladıb və irəli aparmaqdadır. Azərbaycanın iradəsi, konstruktiv mövqeyi sayəsində bu gün regionda sülhün əldə olunması imkanları formalaşıb. Bildiyimiz kimi, 17 maddədən ibarət sülh mətni üzrə artıq razılıq əldə olunub. Lakin Azərbaycanın irəli sürdüyü şərtlər var. Bu, Ermənistan Konstitusiyasında dəyişikliyin edilməsi, ATƏT-in Minsk qrupunun fəaliyyətinin dayandırılması ilə bağlı şərtlərdir. Bu şərtlərə əməl olunmasa sülh sazişinin imzalanmasının da əhəmiyyəti yoxdur”.

Politoloqun sözlərinə görə, Antalya Diplomatik Forumunda Mirzoyan bildirdi ki, ATƏT-in Minsk qrupunun fəaliyyətinin dayandırılması istiqamətində də addım atıla bilər: “Mirzoyanın dediklərindən belə qənaətə gəlmək olar ki, Ermənistan Minsk qrupunun fəaliyyətinin dayandırılmasına razı ola bilər. Amma bunu çox da səmimi qəbul etmək olmaz. Çünki bir neçə ay öncə Ermənistan rəsmiləri ATƏT-in Minsk qrupunun fəaliyyətində maraqlı olduqlarını bildirmişdilər”.

“Birgə müraciət olunmalıdır”

E.Mirbəşiroğlu vurğulayıb ki, Minsk qrupunun fəaliyyətinin dayandırılması ilə bağlı Ermənistanın marağı varsa, onda Azərbaycanın təklifinə uyğun birgə müraciət olunmalıdır: “Ermənistan tərəfi isə bu prosesi ləngitməkdədir. Bircə müraciət olunmalıdır ki, ATƏT-in Minsk qrupunun fəaliyyəti dayandırılsın. Bu da o anlama gələcək ki, Minsk qrupunun fəaliyyətinə ehtiyac yoxdur. Çünki ortada tənzimlənməsi lazım olan münaqişə mövcud deyil. Düşünürəm ki, bu da sülhün əsas göstəricilərindən biri olacaq. Düzdür, ümumilikdə səsləndirilən fikirlər konstruktiv kimi qəbul oluna bilər. Amma əsas odur ki, o fikirlərin arxasında praktiki addımlar dayansın. Ermənistan isə hər zaman sülhdən danışır, lakin bunu davranışlarında, praktiki addımlarında nümayiş etdirmir".

“Hər iki tərəf sülhün əldə olunmasında maraqlıdır”

Politoloq Turab Rzayev qeyd edib ki, Azərbaycan sülh prosesinin inkişaf etdirilməsini istəyir: “Sülh müqaviləsi onun ərazisində imzalansın deyə burada Türkiyə də maraqlıdır. Necə ki, ABŞ-də Tramp, Rusiyada Putin sülhə özlərinin vasitəçi olmasını istəyirlər. Amma burada başqa bir məsələ də ondan ibarətdir ki, Ermənistanın Azərbaycanın bütün şərtlərini qəbul edib-etməyəcəyini bilmirik: “Bir tərəfdən Ermənistan hakimiyyəti sülhə razı, yaxın olduğunu desə də, digər tərəfdən Azərbaycanın şərtlərinə çox da uyğun cavablar vermir. Məsələn, ən son cavabları belə olmuşdu ki, onların Konstitusiya Məhkəməsi Ermənistanın sülh müqaviləsi imzalanmasına müsbət rəy verir. Buna görə də onlar Konstitusiyanı dəyişməyə ehtiyac duymur. Ancaq Azərbaycan düşünür ki, gələcəkdə Konstitusiya Məhkəməsi və onun rəyi dəyişə bilər. Ona görə də onlar Konstitusiyanı dəyişsələr Azərbaycan üçün daha qarantiyalı olar. Buna görə də Azərbaycan şərt qoyub ki, onlar Konstitusiyanı dəyişsinlər və Konstitusiyada Azərbaycana və digər ölkələrə qarşı olan ərazi iddialarından əl çəksinlər”.

“Vasitəçi tərəflərin ortaq məxrəcə gəlməsini müşahidə etmirik”

T.Rzayev bu fikir ayrılıqlarının hələ bir müddət sülh prosesinin uzanacağını deməyə əsas verdiyini ifadə edib: “Ən azından indiki halda belə tezliklə sülh müqaviləsi ilə bağlı ortaq nöqtəyə gəlmək mümkün olmayacaq. Lakin məncə aradakı fərqlər həll oluna biləcək fərqlərdir və Türkiyənin də vasitəçiliyi ilə mümkündür ki, tezliklə sülh müqaviləsi imzalansın. Ancaq Rusiya və ABŞ-nin vasitəçiliyi məsələsi hələki Azərbaycan tərəfindən ilkin bir müddəa kimi ortaya qoyulmayıb. Yəni burada bir tərəfdən Tramp necə ki, Qəzzada, Ukraynada sülh yaratmağa çalışır, Qarabağda da bunu istəyir. Digər tərəfdən Rusiya ABŞ-nin burada güclənməsini və sülhdə vasitəçi olmasını istəmir. Ona görə də faktiki olaraq biz sülh müqaviləsində vasitəçi tərəflərin də öz aralarında ortaq məxrəcə gəlməsini müşahidə etmirik”.

“Azərbaycan prinsipial tələblərini bir daha diqqətə çatdırdı”

Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) rəhbəri, politoloq Xəyal Bəşirov bildirib ki, Azərbaycan nümayəndə heyətinin rəhbərliyi ilə Prezident İlham Əliyevin iştirak etdiyi Antalya Diplomatik Forumunda Prezident, eyni zamanda, xarici işlər nazirimiz tərəfindən bir sıra mühüm görüşlər keçirildi: “Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mizroyanın görüşü zamanı sülh sazişinin mətninin razılaşdırılmasından sonra hansı addımların atılacağı ilə bağlı Azərbaycan tərəfinin mövqeyi onların diqqətinə çatdırıldı. Azərbaycan tərəfi sülh sazişinin mətninin razılaşdırılmasından asılı olmayaraq Azərbaycanın prinsipial tələblərini bir daha diqqətə çatdırmış oldu. Tələblər Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları ilə bağlı məsələlərin Konstitusiyadan çıxarılması ilə bağlı referendumun keçirilməsi, eyni zamanda, ATƏT-in Minsk qrupundan Ermənistan tərəfindən imtina edilməsi məsələləriidir. Bu məsələlərin Ermənistan tərəfindən edilməyəcəyi təqdirdə Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması prosesinin uzanacağı artıq hər birimizə bəllidir. Əgər Ermənistan həqiqətən də sülh istəyirsə, o halda konstisional əsasda Azərbaycana qarşı ərazi iddilarından əl çəkməli, həmçinin ATƏT-in Minsk qrupunun buraxılması ilə bağlı mövqe sərgiləməlidir”.

“Ermənistan tərəfi bəhanələrini ortaya qoydu”

X.Bəşirov bildirib ki, Ermənistan tərəfi yenə də xarici işlər nazirinin simasında bəhanələrini ortaya qoydu: “Onlar deyirlər bizim Konstitusiyamızda Azərbaycana qarşı ərazi iddiaları yoxdur. Hansı ki, beynəlxalq səviyyədə Azərbaycan ərazisi kimi tanınmış Qarabağın Ermənistana birləşdirilməsi ilə bağlı Ermənistan Konstitusiyasının preambula hissəsində istinad edilən Müstəqillik haqqında bəyannamədə o məqam əksini tapıb. Nəzərə alaq ki, bununla bağlı 1989-cu il qərarı var ki, Ermənistan Ali Soveti ilə Dağlıq Qarabağ Milli Şurası adlı bir qurum arasında qərar qəbul edilib. Yəni orada azərbaycanlıların mövqeyi öyrənilməyib. Qarabağda yaşayan azərbaycanlıların mövqeyi öyrənilmədən Azərbaycanın tarixi ərazisi, Azərbaycan SSR-yə aid olan bir ərazi kimlərinsə düşüncəsinə uyğun şəkildə, qanunsuz olaraq zorla Ermənistana birləşdirilməsi haqqında qərar qəbul edilib. Yəni bu qərarın heç bir hüquqi əhəmiyyəti yoxdur. Amma Ermənistan Konstitusiyası bu gün ona istinad edir və o istinadı Ermənistan hakimiyyəti Konstitusiyasından çıxarmaq istəmir, eləcə də ATƏT-in Minsk qrupundan imtina etmək istəmir, digər tərəfdən isə bizimlə sülhdən danışır”.

“Azərbaycan tərəfi tam haqlıdır”

Politoloq Azərbaycan tərəfinin tam haqlı olduğunu vurğulayıb: “Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov bir daha Ermənistan xarici işlər naziri Ararat Mizroyanın vasitəsilə Ermənistanın diqqətinə çatdırmış oldu ki, bu məsələlər həllini tapmayınca Azərbaycanla Ermənstan arasında sülh sazişinin imzalanması sadəcə formal, görüntü xarakterli kağız üzərində olan bir sülh ola bilər. Bu da bizə lazım deyil. Bizə dayanıqlı, real və əməldə olan sülh lazımdır. Bunun üçün də Ermənistan üzərinə düşən addımları atmalıdır”.

Röya İsrafilova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:134
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 16 Aprel 2025 23:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hüseyn Məmmədlidən Avstriyada gümüş medal FOTO

07 Sentyabr 2025 16:50see141

Avropa Kuboku: Azərbaycan millisi Polşa ilə qarşılaşacaq

07 Sentyabr 2025 09:53see138

Milli məğlub oldusa, o demək deyil ki, oyunçular can qoymur AÇIQLAMA

06 Sentyabr 2025 16:56see137

NTV: Türkiyə və Ermənistan rəsmiləri gələn həftə görüşəcək

07 Sentyabr 2025 10:46see134

Castinin albomu yayımlandı

06 Sentyabr 2025 20:49see130

Təyyarəmizi vurmaq əmri verən Tolopilo bu DƏHŞƏTLİ CİNAYƏTLƏRİ törədib: Yeni FAKTLAR

06 Sentyabr 2025 15:33see130

Türkiyə millisi İspaniya yığması ilə qarşılaşacaq KONKRET

07 Sentyabr 2025 10:54see127

Telefonunuzdaki proqramlar sizin intellektinizdən xəbər verir Bu 6 proqram varsa...

07 Sentyabr 2025 08:08see125

119 yaşında da sağlamdırlar! Yaponların uzun ömür sirri bu reseptdə gizlənir ac qarına için

08 Sentyabr 2025 02:58see125

Bu 3 ifadəni işlətməsəniz, uğurlarınız artacaq

07 Sentyabr 2025 01:02see125

Yunanıstanda 7 minə yaxın meşə yanğını qeydə alınıb

07 Sentyabr 2025 00:56see125

Ən çox ağlayan körpələr bu aylarda doğulur

06 Sentyabr 2025 23:36see123

Deputat: Azərbaycan Çin strateji əməkdaşlığı qlobal sabitliyə, inkişafa xidmət edir

06 Sentyabr 2025 20:48see123

Zinəddin Zidan Fənərbağça nın təklifini dinləmək qərarına gəldi İDDİA

06 Sentyabr 2025 12:18see123

Onkoloji xəstələrin sağ qalma şansını artıran məhsullar

07 Sentyabr 2025 00:49see123

Melis Sezen Venesiya Film Festivalında

06 Sentyabr 2025 23:35see123

Tramp Tokayevlə telefon danışığı apardı

07 Sentyabr 2025 20:42see122

Avstriya Kipr oyununda sirli qara dəlik olayı

07 Sentyabr 2025 01:43see121

Slovakiya Ukraynaya hərbçilər göndərəcək? Fitso

06 Sentyabr 2025 18:14see120

Corcio Armaninin harada dəfn olunacağı məlum oldu

07 Sentyabr 2025 21:12see117
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri