Icma.az
close
up
RU
Qərbin Paşinyanla bağlı planı: Onu da Zelenski kimi...

Qərbin Paşinyanla bağlı planı: Onu da Zelenski kimi...

Icma.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.

Rusiya xarici işlər naziri Sergey Lavrov Ermənistanın Avropa inteqrasiyası məsələsində Avropa İttifaqı tərəfindən aldadılacağını bildirib. 

Bəs bu, həqiqətən də baş verə bilərmi?

Məsələ ilə bağlı Bakıvaxtı.az-a danışan politoloq Azad Məsiyev bildirib ki, Paşinyanın hakimiyyətə gəlməsi təsadüfi deyil:

“Paşinyan məqsədyönlü şəkildə hakimiyyətə gətirilib. Paşinyan Qərb qarşısında bir öhdəlik götürüb və bu öhdəliyi yerinə yetirməlidir”, - deyə politoloq bildirib.

Onun sözlərinə görə, Qərbin strategiyası Rusiya ətrafında qaynar ocaqlar yaratmaq, Rusiyaya yaxın olan ölkələrdə demokratiya ideyası altında hakimiyyət dəyişikliyi həyata keçirmək və həmin dövlətlərdə öz maraqlarına uyğun şəxsləri hakimiyyətə gətirməkdir.

“Qərbin strategiyası Rusiya ətrafında qaynar ocaqlar yaratmaq, Rusiyaya yaxın olan ölkələri demokratiya ideyası altında dövlət çevrilişi edib özlərinə münasib olan şəxsləri hakimiyyətə gətirərək həmin dövləti Rusiya əleyhinə istifadə etməkdir. Paşinyan da bu siyasəti hakimiyyətə gələndən sonra uğurla həyata keçirir”, - deyə Azad Məsiyev vurğulayıb.

Politoloq bu baxımdan Gürcüstan, Ukrayna və Ermənistanı nümunə göstərib. O, Gürcüstanda Mixeil Saakaşvilinin, Ukraynada isə Volodimir Zelenskinin hakimiyyətə gəlməsini eyni prosesin tərkib hissəsi kimi qiymətləndirib.

“Fikir verirsinizsə, istər Gürcüstanda Saakaşvilinin hakimiyyətə gətirilməsi, istər Ukraynada demokratiya ideyası altında dövlət çevrilişi və nəticədə Zelenskinin hakimiyyətə gətirilməsi, istərsə də Paşinyanın hakimiyyətə gətirilməsi eyni siyasətin tərkib hissəsidir. Eyni zamanda Belarusiyada da bir xanımı hakimiyyətə gətirmək istəyirdilər. Məqsəd Rusiya ətrafında qaynar ocaqlar yaratmaq, Rusiyanı dünya siyasi xəritəsindən təcrid etməkdir”, - deyə o qeyd edib.

Azad Məsiyev bildirib ki, bu siyasətin nəticəsində əsas zərəri həmin ölkələrin xalqları çəkir.

“Saakaşvilini hakimiyyətə gətirdilər, nəticədə Gürcüstan öz ərazi bütövlüyünü itirdi və hazırda da Gürcüstanın vəziyyəti göz qabağındadır”.

O, Gürcüstan rəhbərliyinin Qərbin ölkəyə Rusiyaya qarşı “ikinci cəbhə” açılması istiqamətində təzyiq göstərdiyinə dair açıqlamalarına da diqqət çəkib.

“Hətta Gürcüstanın indiki prezidenti və baş naziri açıq şəkildə bəyan edir ki, Qərb Gürcüstana təzyiq edir ki, Rusiyanın ikinci cəbhəsini açsınlar. Məqsəd Rusiya ətrafında qaynar ocaqlar yaratmaqdır”, - deyə Məsiyev əlavə edib.

Politoloq Ermənistanın Avropaya inteqrasiyası məsələsinə də toxunub. Onun sözlərinə görə, bu proses gələcəkdə Ermənistanın NATO ilə münasibətlərinin dərinləşməsinə gətirib çıxara bilər.

“Bu gün Paşinyanın bəyan etdiyi kimi, Ermənistan Avropaya inteqrasiya edəcək və Avropaya inteqrasiya etdikdən sonra təbii ki, NATO tərəfinə girmək istəyirlər. Məqsəd Rusiyanın Ermənistanda nüfuzunu zəiflətmək, yəni Qafqazda xaos yaratmaqdır. Yəni Rusiyanın cənub cinahını bağlamaqdır”, - deyə o bildirib.

Azad Məsiyev hesab edir ki, Paşinyanın hazırkı siyasəti Ermənistanın deyil, Qərbin maraqlarına xidmət edir.

“Bu gün Ermənistanın baş naziri erməni xalqının, dövlətinin maraqlarına deyil, Qərbin maraqlarından çıxış edir. Paşinyanın apardığı bütün bəyanatlar, danışıqlar və çıxışları Zelenskinin hardasa 2022-ci ildəki hərəkətləridir. Bu gün Paşinyan Zelenskinin yerişlərini yeriyir, onun davranışlarını həyata keçirir. Nəticə isə göz qabağındadır”.

Azad Məsiyev: Qərb Paşinyanı şirnikləndirir,  necə ki, Zelenskini də həvəsləndirdilər, müharibəyə sürüklədilər

Onun sözlərinə görə, Qərbin sözügedən ölkələrə münasibətdə əsas məqsədi həmin dövlətlərdən Rusiyaya qarşı istifadə etməkdir.

“Qərb istər Gürcüstanda, istər Ukraynada, istərsə də Ermənistanda sözün həqiqi mənasında bu xalqların rifahı üçün çalışmır. Qərb bu xalqlardan Rusiya əleyhinə bir alət kimi istifadə etmək istəyir. Bu illər ərzində bu siyasət həyata keçirilir. Bunun nəticəsində ən böyük ziyanı həmin xalqlar çəkməkdədir”.

Politoloq Paşinyanın hazırkı siyasətinin regionda gərginliyi artırdığını da qeyd edib.

“Bu gün Paşinyan Qərb tərəfindən şirnikləndirilir və həvəsləndirilir, necə ki, Zelenskini həvəsləndirdilər, müharibəyə sürüklədilər. Bu gün də Paşinyan regionda gərginlik yaradır və regionda qlobal güclərin maraqlarını toqquşduraraq regionda xaos yaradır”, - deyə o bildirib.

Müsahibimiz vurğulayıb ki, qlobal güclərin maraqlarının toqquşması regionda gərginliyin yaranmasına səbəb olur. O hesab edir ki, Paşinyan bu reallığı nəzərə almadan Qərbdən aldığı təlimatlar əsasında siyasət həyata keçirir.

“Paşinyan bu reallığı nəzərə almadan aldığı təlimat əsasında siyasət həyata keçirir. Bunun da nəticəsini zaman göstərəcək”.

Zeynəb Rzayeva

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:177
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 17 Sentyabr 2026 16:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see497

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see386

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see381

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see273

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see262

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see259

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see255

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see250

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see243

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see234

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see231

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see227

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see221

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see220

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see208

Baxçalı Bakıya gəlir? AÇIQLAMA

01 Noyabr 2026 03:27see204

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see200

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see190

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see188

Bakıda mağazadan Makadamiya fındığını belə oğurladı

01 Noyabr 2026 09:29see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri