Icma.az
close
up
RU
Parisin yanlış yoldan dönməkliyi

Parisin yanlış yoldan dönməkliyi

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

Cənubi Qafqazda strateji manevr, yaxud Fransa–Azərbaycan münasibətlərində yeni dövr

Cənubi Qafqazın geosiyasi mənzərəsi sürətlə dəyişir və Parisin diqqəti Bakıya yönəlir. Sofi Laqutun yeni səfir olaraq təyinatı Fransa üçün strateji bir siqnaldır, regiondakı nüfuzunu möhkəmləndirmək və Azərbaycanın Avropadakı rolunu önə çıxarmaq məqsədi daşıyır. Buradan həm də görünür ki, Paris Cənubi Qafqazın diplomatik oyun sahəsində fəal iştirak etməyə hazırdır və regiondakı balansı öz xeyrinə yönləndirmək niyyətindədir.

Azərbaycan enerji resursları baxımından Avropanın strateji tərəfdaşı olaraq Cənubi Qafqazın və Xəzər regionunun geosiyasi mərkəzlərindən birinə çevrilib. Xüsusilə, son illər Avropa İttifaqı Rusiyadan enerji asılılığını azaltmaq üçün regiona xüsusi diqqət ayırır. Bakıdan Avropaya yönələn qaz tranziti TANAP və TAP layihələri vasitəsilə həyata keçirilir və bu layihələr Avropanın enerji marşrutlarını diversifikasiya etməsində əsas sütunlardan birinə çevrilib.

Fransanın Bakıya diplomatik fəallığını artırması ilə Paris açıq şəkildə Avropaya siqnal verir: “Biz enerji təhlükəsizliyində, strateji tərəfdaşlıqda və regiondakı balansın qorunmasında daha aktiv rol oynayacağıq”. Azərbaycan nefti və qazının idxalının bərpası Avropanın enerji şəbəkəsində strateji mövqeyin möhkəmləndirilməsi və diversifikasiya siyasətinin real həyatda tətbiqidir.

Fransanın bu addımı, eyni zamanda, Aİ-nin Rusiyaya tətbiq etdiyi sanksiyaların effektivliyini gücləndirir. Əgər Avropa Rusiyadan asılılığı azaldaraq alternativ enerji mənbələrinə yönəlirsə, Azərbaycan burada əsas tədarükçü və tranzit ölkə rolunu oynayır. Fransa üçün isə bu, Avropa siyasətində strateji oyunçu mövqeyini gücləndirmək, regionda nüfuzunu artırmaq və enerji diplomatiyasından siyasi alət kimi istifadə etmək deməkdir.

Burada əsas sual yaranır: Azərbaycan bu strateji mövqeyini maksimum faydaya necə çevirə bilər? Bakı enerji tranzitini həm iqtisadi, həm də diplomatik üstünlük üçün istifadə edərək Avropa siyasətində və qlobal enerji arenasında öz təsirini artırmaq imkanına malikdir. Eyni zamanda, Fransanın fəallığı Azərbaycan üçün digər regional oyunçularla –Rusiya, Türkiyə, Ermənistan – münasibətləri balanslaşdırmaq və diplomatik manevr imkanlarını genişləndirmək üçün əlavə imkanlar yaradır.

Məhz bu baxımdan, Aİ kontekstində Fransa–Azərbaycan əməkdaşlığı yalnız enerji məsələsi ilə məhdudlaşmır; o, həm də geosiyasi strategiya, regional balans və qlobal diplomatik manevr alətidir. Burada görünən mənzərə onu göstərir ki, Bakı yalnız enerji resursları ilə Avropaya xidmət etmir, eyni zamanda, Avropanın strateji maraqlarında aktiv iştirak edərək regional və qlobal təsir imkanlarını genişləndirir.

***

2025-ci il avqustun 8-də Vaşinqtonda Azərbaycan, Ermənistan və ABŞ arasında imzalanan üçtərəfli bəyannamə Cənubi Qafqazın geosiyasi mənzərəsini yenidən tərtib etdi. Sülh sənədinin sürətli paraflanması Tramp administrasiyasının təşəbbüskarlığı sayəsində mümkün oldu və ABŞ-ın regiondakı rolunu gücləndirdi. Eyni zamanda, bu yeni diplomatik dinamika Fransa üçün uzun illər ərzində qoruduğu nüfuzun geriləməsi ilə nəticələndi. ATƏT-in Minsk qrupunun fəaliyyətsizləşməsi Parisin Cənubi Qafqazdakı təsir dairəsinin azaldığını açıq şəkildə göstərdi və Fransa üçün yeni strategiyaların formalaşdırılmasını labüd etdi.

Vəziyyət bir neçə əsas aspekti ortaya qoyur. İlk növbədə, ABŞ-ın vasitəçiliyi ilə sürətlə irəliləyən proses Parisin sülh və danışıqlar üzərindəki əvvəllər mövcud olan üstünlüyünü zəiflətdi. Tramp administrasiyasının sülhə praqmatik yanaşması və sürətli diplomatik manevrləri Fransa üçün regiondakı mövqeyin bərpasını çətinləşdirən bir faktordur. Burada yeni sual yaranır: Fransa ABŞ vasitəçiliyi fonunda öz strateji maraqlarını necə qoruyacaq? Cavab Parisin diplomatik çevikliyindən, regiondakı oyunçularla balanslı münasibətlər qurmaq qabiliyyətindən və Azərbaycanın maraqları ilə sinxron hərəkət etmək bacarığından asılıdır.

Fransa üçün ikinci strateji çağırış Avropa prioritetlərini Cənubi Qafqazda qorumaqdır. Enerji təhlükəsizliyi, ticarət və investisiya imkanları, həmçinin Avropanın regional geosiyasi təsiri Parisin siyasətində əsas elementlər olaraq qalır. Bakı ilə əməkdaşlıq Fransanın Avropadakı mövqeyini gücləndirmək və enerji tranzitini strateji alət kimi istifadə etmək üçün imkanlara yol açır. Bu isə, eyni zamanda, ABŞ-ın təşəbbüskarlığı ilə sinxron hərəkət edərkən Parisin maraqlarını qorumağa xidmət edir.

Regiondakı digər oyunçuların davranışı da strateji təhlilin ayrılmaz hissəsidir. Rusiya üçün bu yeni dinamika diqqətlə izlənilməli bir çağırışdır. Minsk qrupunun fəaliyyətsizliyi və ABŞ-ın vasitəçilik təşəbbüsləri Moskva üçün strateji mənfi təsir yaratdı. Uzun illər boyu Cənubi Qafqazda dominant rola malik olan Rusiya indi Parisin fəallaşmasını və Azərbaycanın Avropa aktorları ilə əməkdaşlıq perspektivlərini ciddi şəkildə qiymətləndirməlidir. Vəziyyət Moskvanın regiondakı diplomatik manevrlərini daha ehtiyatlı və hədəfli etməsini tələb edir. ABŞ-ın vasitəçiliyi, xüsusən də Vaşinqton bəyannaməsi Rusiyanın Qarabağ və regionda təsir dairəsini balanslaşdırmaq imkanlarını məhdudlaşdırdı.

Türkiyə və Azərbaycan arasındakı möhkəm enerji və hərbi əlaqələr Parisin diplomatik planlarını mürəkkəbləşdirsə də, eyni zamanda, Fransa üçün əlavə manevr və strateji əməkdaşlıq imkanları yaradır. Ermənistan isə bu yeni fəallıq fonunda daha həssas vəziyyətlə üzləşir. Fransa uzun illər ərzində tarixi və diaspor təzyiqləri nəticəsində açıq şəkildə ermənipərəst mövqe nümayiş etdirib. Bu isə Azərbaycana qarşı qərəzli siyasətin formalaşmasına səbəb olub. İndi Parisin Bakı ilə diplomatik fəallığı İrəvan üçün əlavə təzyiq və manevr məhdudiyyəti deməkdir. Ermənistanın mövqeyi ABŞ-ın vasitəçiliyi və Fransa–Azərbaycan əməkdaşlığının genişlənməsi fonunda balanssızlaşır ki, bu da diplomatik reaksiyaları daha həssas və strateji planlaşdırmaya bağlı edir.

Məhz bu kontekstdə Fransa üçün əsas strateji hədəf belə formalaşır: ABŞ ilə sinxronlaşaraq regionda nüfuzunu bərpa etmək, Azərbaycanın strateji maraqları ilə uyğun diplomatik platforma qurmaq və regional balansı qoruyaraq hər bir oyunçunun reaksiyasını öz xeyrinə yönləndirmək. Bakı üçün əsas vəzifə Fransanın fəallaşmasından maksimum strateji fayda əldə etmək, enerji tranzitini diplomatik alət kimi istifadə etmək və regional manevr imkanlarını genişləndirməkdir.

Hərtərəfli təhlil göstərir ki, Vaşinqton razılaşması yalnız sülh prosesinin sürətlənməsi ilə deyil, həm də Cənubi Qafqazdakı geosiyasi balansın yenidən qurulması ilə bağlıdır. Əsas sual belə formalaşır: Fransa və Azərbaycan bu yeni diplomatiyanın açdığı imkanları strateji üstünlüyə çevirə, regional təsir dairəsini uzunmüddətli perspektivdə möhkəmləndirə biləcəklərmi? Cavab yalnız diplomatik çevikliyə deyil, həm də uzunmüddətli geosiyasi planlaşdırma və regiondakı dinamikanın dəqiq analizinə bağlıdır.

***

Fransa–Azərbaycan əməkdaşlığının fəallaşması Parisin Avropada enerji təminatındakı mövqeyini gücləndirməklə yanaşı, Azərbaycan üçün də strateji seçimləri genişləndirir. Bakı bu yeni reallıqdan istifadə edərək, Aİ və ABŞ ilə əlaqələrini balanslı şəkildə inkişaf etdirə, enerji tranzitini diplomatik və iqtisadi üstünlük kimi yönləndirə, eləcə də regional rəqiblərin siyasətini nəzərə almaqla çevik manevr edə bilər.

Görünən odur ki, Paris Cənubi Qafqazda aktiv iştirakını artırır və regiondakı maraqlarını yenidən formalaşdırır. Tarixi dönüş həm Paris, həm də Bakı üçün yeni diplomatik oyun meydanı açır. Azərbaycan üçün əsas çağırış bu imkanları yalnız mövcud əməkdaşlıq çərçivəsində deyil, uzunmüddətli strateji baxışla istifadə etməkdir.

Buradan çıxan əsas nəticə belədir: Azərbaycanın diplomatik uğuru enerji və siyasi resurslarını bir–birinə inteqrasiya etməsindən, regional və qlobal aktorların davranışlarını dəqiq proqnozlaşdırmasından və strateji planlaşdırmanı davamlı şəkildə həyata keçirməsindən asılı olacaq. Yaranmış yeni geosiyasi reallıq Bakıya yalnız iqtisadi fayda deyil, həm də regionda dayanıqlı nüfuz və Avropa ilə balanslı, çevik diplomatiya aparmaq imkanı verir.

Şəbnəm ZEYNALOVA,
XQ-nin siyasi analitiki, siyasi elmlər üzrə fəlsəfə doktoru

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 21 Avqust 2025 10:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see449

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see413

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see360

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see222

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see219

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see216

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see206

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see203

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see202

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see190

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see183

Kollec diplom verir: İş yox

09 Oktyabr 2026 18:04see177

Azər Səmədov BU NAZİRLİKDƏ yüksək vəzifəyə təyin olundu

09 Oktyabr 2026 14:45see171

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see163

Nazir Roza Zərgərlini qəbul etdi

09 Oktyabr 2026 16:08see163

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see163

Pensiyaçılara üç aydan bir əlavə 30 manat ödənilir? RƏSMİ AÇIQLAMA

09 Oktyabr 2026 18:31see162

Həkimlərə əməliyyata görə 80 manat ödənilməsinə qurumdan rəsmi cavab

09 Oktyabr 2026 19:18see162

Ukraynada qadınların hərbi qeydiyyatı və səfərbərliyi an məsələsidir

09 Oktyabr 2026 03:05see161

Xəzərdə təhlükə böyüyür: Bakı dünyanı hərəkətə keçməyə çağırır

09 Oktyabr 2026 18:19see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri