Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Tarixi oyunu pozan Bakı: Qərbin Qafqaz planı çökür

Tarixi oyunu pozan Bakı: Qərbin Qafqaz planı çökür

Olke.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“44 günlük Vətən müharibəsindən sonra Cənubi Qafqazda təkcə Azərbaycan torpaqlarının işğalına əsaslanan uzunmüddətli sistem dağılmadı. Belə ki, onilliklər boyu beynəlxalq hüquqdan danışıb, əslində isə öz geosiyasi maraqlarına xidmət edən beynəlxalq vasitəçilik mexanizmlərinin üzərində qurulmuş bütün siyasi konstruksiya da iflasa uğradı. Məhz buna görə bu gün bəzi Qərb siyasətçilərinin və strukturlarının Azərbaycanın formalaşdırdığı yeni regional reallığa qarşı bu qədər əsəbi münasibəti müşahidə olunur”. 

Bunu Ölkə.az-a açıqlamasında Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib.

Deputat bildirib ki, müasir diplomatiya tarixində siyasi riyakarlığın və diplomatik acizliyin ən “parlaq” nümunələrindən biri ATƏT-in Minsk qrupunun fəaliyyəti oldu. Təxminən otuz il ərzində bu mexanizm Ermənistan-Azərbaycan münaqişəsinin əsas həll platforması kimi təqdim edilirdi. Lakin parlaq diplomatik ifadələrin arxasında sadə həqiqət dayanırdı: Minsk qrupu münaqişəni həll etmir, onu donduraraq qoruyurdu. Çünki BMT Təhlükəsizlik Şurasının daimi üzvləri olan ABŞ, Rusiya və Fransa  kimi böyük siyasi və hərbi imkanlara malik dövlətlər həmsədrlər olaraq  faktiki danışıqlar prosesini sonsuz imitasiya mexanizminə çevirmişdilər. Halbuki məhz bu ölkələr Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarından çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurası qətnamələrinin icrasını təmin etməli idilər. Amma işğalçıya təzyiq əvəzinə dünya klassik ikili standart siyasətinin şahidi oldu.

Millət vəkilinin sözlərinə görə, beynəlxalq hüquq böyük dövlətlərin maraqlarına uyğun gələndə onun prinsipləri yüksək tribunalardan müdafiə olunurdu. Söhbət Azərbaycandan gedəndə isə həmin prinsiplər birdən-birə aktuallığını “itirirdi”. Otuz il ərzində Azərbaycan şəhərləri dağıdıldı, məscidlər və qəbiristanlıqlar məhv edildi, mədəni irs silinməyə çalışıldı, işğal olunmuş ərazilərdə qanunsuz məskunlaşma həyata keçirildi. Bütün bunlar beynəlxalq vasitəçilərin gözü qarşısında baş verirdi, lakin heç kim açıq-aşkar həqiqəti görmək və demək istəmirdi. Üstəlik, Minsk qrupunun həmsədrləri davamlı olaraq “münaqişənin hərbi həlli yoxdur” tezisini irəli sürürdülər. Əslində isə Azərbaycana öz torpaqlarının işğalı ilə barışmaq təklif olunurdu. Başqa sözlə, Bakını diplomatik yollarla kapitulyasiyaya məcbur etməyə çalışırdılar. Ən təhlükəli məqamlardan biri isə bəzi Qərb siyasətçilərinin və dairələrinin işğalın nəticələrinin legitimləşdirilməsinə yönəlmiş ritorikanı tədricən dövriyyəyə buraxması idi. Süni siyasi konstruksiyalar yaradılır, təhlükəli terminologiyalar irəli sürülür, Azərbaycan torpaqlarının işğalı isə beynəlxalq hüququn kobud şəkildə pozulması deyil, “mübahisəli məsələ” kimi təqdim edilirdi.

Sevinc Fətəliyeva qeyd edib ki, 44 günlük Vətən müharibəsi bütün bu sxemi dağıtdı: “Azərbaycan təkcə öz torpaqlarını azad etmədi, həm də bütün dünyaya beynəlxalq vasitəçiliyin əsl mahiyyətini göstərdi. Məhz Azərbaycan BMT Təhlükəsizlik Şurasının onilliklər boyu icra olunmayan qətnamələrini özü yerinə yetirdi. Bu, təkcə hərbi deyil, həm də siyasi qələbə idi. Təsadüfi deyil ki, müharibədən sonra Prezident İlham Əliyev Minsk qrupunun həmsədrlərinə açıq şəkildə onların xidmətlərinə artıq ehtiyac olmadığını bildirdi. Əslində bu, illərlə münaqişə ətrafında qurulmuş diplomatik riyakarlıq sisteminə verilmiş siyasi hökm idi”.

Onun fikrincə, bu gün həmin qüvvələr regionda təsirlərini artıq yeni mexanizmlər vasitəsilə saxlamağa çalışırlar. Bu istiqamətdə ən aqressiv xətti isə Fransa aparır. Paris artıq neytral vasitəçi görüntüsü yaratmaq cəhdindən tamamilə imtina edib və açıq şəkildə Ermənistanın tərəfində dayanır. Rusiyanın regiondakı təsir imkanlarının zəiflədiyi bir dövrdə Fransa Ermənistanı öz geosiyasi dayağına çevirməyə çalışır. Burada söhbət artıq sadəcə diplomatik dəstəkdən getmir. Biz Cənubi Qafqazda neokolonial siyasət elementlərinin tətbiqinə şahidlik edirik. Kiçik dövlət xarici maraqların alətinə çevrilir. Bu isə xüsusilə Fransanın Afrikada neokolonial siyasətinə görə ciddi tənqid olunduğu bir dövrdə daha paradoksal görünür. “Emmanuel Makronun Azərbaycanla bağlı siyasəti çoxdan obyektivlik çərçivəsindən çıxıb. Onun bəyanatları getdikcə daha emosional, birtərəfli və regional reallıqlardan uzaq xarakter alır. Belə təəssürat yaranır ki, Paris Cənubi Qafqazdan Fransadakı daxili siyasi problemlər və Makronun sürətlə aşağı düşən reytinqi fonunda siyasi “PR meydanı” kimi istifadə edir.

Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu gün Ermənistanın “xilaskarı” rolunda çıxış etməyə çalışan siyasətçilər 2020-ci ildə də hakimiyyətdə idilər. Əgər onlar həqiqətən Ermənistanı müdafiə etmək istəyirdilərsə, bunu məhz həmin vaxt etməli idilər, illər sonra boş bəyanatlar verməklə deyil”,-deyən deputat əlavə edib ki, Ermənistandakı Avropa İttifaqı missiyası məsələsi də ayrıca diqqət tələb edir. Onun sözlərinə görə, əgər tərəflər sülh danışıqları aparır və sülhə sadiq olduqlarını bəyan edirlərsə, o zaman Azərbaycanın sərhədləri yaxınlığında xarici missiyanın yerləşdirilməsinə nə ehtiyac var? Cavab aydındır. Bu struktur sülhü möhkəmləndirmək üçün deyil, regionda Qərbin yeni siyasi iştirak mexanizmini formalaşdırmaq üçün yaradılıb. Təsadüfi deyil ki, bu missiyanın əsas təşəbbüskarlarından biri yenə Fransadır. Paris Avropanın Ermənistanda mövcudluğunu gücləndirməyə çalışır. Əslində isə bir neçə il əvvəl başlanan və ciddi suallar doğuran “binokl diplomatiyası” davam etdirilir. Bütün bunlara baxmayaraq, regionda real sülhün əsas təşəbbüskarı məhz Azərbaycandır. Müharibədən sonra sülh müqaviləsinin hazırlanması, sərhədlərin delimitasiyası və kommunikasiyaların açılması təşəbbüsü ilə çıxış edən tərəf də Bakı olub. Lakin sülh yalnız ərazi bütövlüyünün tanınması və revanşizmdən imtina əsasında mümkündür.

“Azərbaycanda çox yaxşı anlayırlar ki, Ermənistanda revanşist qüvvələr hələ də mövcuddur. Üstəlik, bəzi xarici dairələr Ermənistan cəmiyyətində müharibənin nəticələrinin dəyişdirilə biləcəyi ilə bağlı təhlükəli illüziyaları qidalandırmaqda davam edirlər. Bu isə regionu yenidən təhlükəli qarşıdurmaya sürükləyə biləcək məsuliyyətsiz siyasətdir. Azərbaycan dəfələrlə sübut edib ki, öz təhlükəsizliyini müstəqil şəkildə təmin etmək gücündədir. Əgər ölkəmizə qarşı yenidən təxribatlar və ya təhdidlər olarsa, cavab sərt və qəti olacaq. Bu gün dünya dərin geosiyasi böhranlar, müharibələr və iqtisadi təlatümlərlə üz-üzədir. Enerji bazarlarında qeyri-sabitlik, ərzaq qiymətlərinin artması, Yaxın Şərqdə gərginliyin yüksəlməsi beynəlxalq sistemi ciddi sınaq qarşısında qoyur. Xüsusilə Hörmüz boğazı ətrafındakı vəziyyət qlobal iqtisadiyyat üçün ciddi risk mənbəyinə çevrilib. Belə bir dövrdə Azərbaycanın sabitliyi və təhlükəsizliyi daha böyük əhəmiyyət qazanır. Ölkəmiz təkcə regionun deyil, daha geniş coğrafiyanın enerji, logistika və siyasi dialoq mərkəzlərindən birinə çevrilir. Məhz buna görə bu gün Azərbaycanın yaratdığı yeni regional reallıq bir çoxlarını ciddi şəkildə narahat edir. Çünki uzun illərdən sonra ilk dəfə Cənubi Qafqazın gündəliyini xarici güclər deyil, məhz Azərbaycan müəyyən edir. Və bu, son illərin ən mühüm siyasi nəticəsidir”,-deyə Sevinc Fətəliyeva vurğulayıb.

Mürtəza

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://olke.az
archiveBu xəbər 15 May 2026 17:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see330

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see269

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see264

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see257

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see256

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see243

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see235

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see235

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see231

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see231

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see225

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see221

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see219

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see214

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see211

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see197

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see196

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see191

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see184

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri