Icma.az
close
up
RU
Qərbin Türkiyəyə qarşı planı belə bir tanınmanın qarşısinı alır

Qərbin Türkiyəyə qarşı planı belə bir tanınmanın qarşısinı alır

Icma.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.

"Qərb Mərkəzi Asiyanın təhlükəsizliyinin təminatçısı ola bilməz. Mərkəzi Asiya Türk ölkələrinin Yunan Kiprdə səfirlik açması Türk Dövlətləri Təşkilatının parçalanmasına gətirib çıxarmayacaq. Mərkəzi Asiya ölkələrinin Yunan Kiprdə səfirlik açması, Türk birliyinə zərbə kimi qiymətləndirilir. Amma, Yunan Kipri BMT tərəfindən müstəqil dövlət kimi tanınır".

Redaktor.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib. O, deyib ki, Şimali Kipr Türk Respublikasının da müstəqil dövlət kimi tanınması orada yaşayan türklərin təməl haqqıdır:

"Vaxtı ilə Kiprin birləşdirilməsini nəzərdə tutan "Kofi-Annan" plananın uyğun olaraq keçirilən referendumda yunanlar birləşmənin əleyhinə səs vermişdilər. Bundan sonra, BMT Şimali Kipri müstəqil dövlət kimi tanimali idi. Amma, Qərbin Türkiyəyə qarşı planı belə bir tanınmanın qarşısinı alır. Hazırda Avropa İttifaqı yenidən BMT-də Kiprlə bağli qətnaməni gündəmə gətirib. Məqsəd Türkiyəyə təzyiqləri artırmaqdır.

Son bir ildə Fransa prezidenti və Almaniya kansleri Mərkəzi Asiyaya səfər edib. Bir müddət əvvəl, Özbəkistan prezidenti Fransada səfərdə oldu. Artıq Avropa İttifaqı da regiona siyasi və iqtisadi maraqlarının təmin edilməsi istiqamətində yeni strategiya ortaya qoyub. Fransa regionun uran ehtiyatlarina çıxış əldə etməyə çalışır. Afrikadan çıxan Fransa Mərkəzi Asiyada geosiyasi mövqelərini gücləndirir.

Fransa və Almaniya Mərkəzi Asiyanın təbii sərvətlərini işlənməsi və Avropaya daşınmasıni planlaşdırır. Regionun təbii sərvətlərini Avropaya daşınmasına gəldikdə, Rusiya və İran üzərindən yolun rentabelliyi yoxdur. Azərbaycan üzərindən "Orta dəhliz" daha yaxın və təhlükəsizliyi cəlbedicidir. Qərb ölkələrinin məhz Azərbaycana üzərindən bu marşrutdan istifadə etməsi gözlənilir.

Türkiyənin Mərkəzi Asiya siyasətinə qarşı Fransa və Almaniyanın müdaxiləsi İran -Rusiya tandemi tərəfindən məmnunluqla qarşılanır. Çünki, Turkiyənin türk dövlətlərini bir çətirdə birləşdirməsi Tehran və Moskvanı narahat edir.

Xüsusilə, Mərkəzi Asiya ölkələrinin təhlükəsizliyi Qərbdə deyil. Türkiyə ilə sıx eyni təşkilat daxilində birləşməklə region ölkələri öz təhlükəsizliyini təmin edə bilər.

Mərkəzi Asiya ölkələrinin Rusiya və Çinlə rəqabətdə Avropa ölkələri ilə əməkdaşlığı iqtisadi inkişafa töhfə verəcək. Amma, bu proses təhlükəsizlik təminatı verməyəcək.

Əgər, Rusiya Qazaxıstan və Özbəkistana müdaxilə edərsə, Qərb səssiz qalacaq. Türkiyə regional bağlı təhlükəsizlik siyasi və iqtisadi strategiya malikdir. Bu da regionun təhlükəsizliyini və müstəqilliyini möhkəmləndirilməsinə gətirib çıxara bilər.

Hazırda Avropa ölkələri ilə əməkdaşlıq Mərkəzi Asiya ölkələri üçün müsbət təhlükəsizlik perspektivi vəd etmir.

Türkiyə aktiv şəkildə Türk dövlətləri ilə işləməli, Azərbaycanda prosesə.ciddi dəstək verməlidir. Yeni dünya siyasi nizamı quruculuğunda Ankaranın Mərkəzi Asiya siyasətinin fiaskoya uğraması gözlənilmir".

Vasif ƏLİHÜSEYN

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:151
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 17 Aprel 2025 10:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri