Icma.az
close
up
RU
QƏRBIN UKRAYNAYA AÇIQ, RUSİYAYA GİZLI DƏSTƏYİ... Putini arxayın salan nədir?

QƏRBIN UKRAYNAYA AÇIQ, RUSİYAYA GİZLI DƏSTƏYİ... Putini arxayın salan nədir?

Azpolitika.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Döyüş meydanında istədiyi nailiyyəti əldə edə bilməyən Rusiya Ukraynanın enerji sektoruna, dinc insanlarına, taxıl daşıyan yük avtomobillərinə qarşı dron və raket hücumlarını getdikcə intensivləşdirir. Ukrayna Hava Hücumundan Müdafiə Sistemləri öz işinin öhdəsindən əsasən səviyyədə gəlsə də, sözsüz ki, zərbələrin hamısını dəf etmək mümükün olmur.

Texnoloji cəhətdən geri qalmış Rusiyanın müasir dövrün yeni silah növü sayılan və özündə çoxsaylı mürəkkəb mikroelektronika komponentləri cəmləşdirən zərbə dronlarını kütləvi şəkildə istehsal etməsi haqlı sual meydana gətirir: Görəsən, Rusiya hərbi sənayesi qısa müddətdə buna necə nail olub?

Bəli, müharibənin görünməyən tərəflərinə, daha doğrusu, Rusiyanın dron istehsalının pərdə arxasındakı gizlinlərə baxmağa böyük ehtiyac var. Şühəsiz ki, Rusiyanın istehsal etdiyi dronlar və raketlər Qərbin elektronika sənayesinin məhsulları sayəsində ərsəyə gətirilir və bunu gizlətmək artıq mümükün deyil.


Bu yaxınlarda öz müsahibəsində “Rosskosmos”un keçmiş rəhbəri Dmitri Roqozin deyib ki, istədikləri səviyyədə dron istehsal edə bilməmələrinin başlıca səbəbi komponent çatışmazlığıyla bağlıdır. O, həmçinin bu komponentlərin xaricdən gətirildiyini də etiraf etmişdi.

Onu da xatırlatmaq lazımdır ki, hələ “Şahed” PUA-larının Ukraynaya ilk zərbələri zamanı məhv edilən dronları incələyən ukraynalı mütəxəssislər onların əksər komponentlərinin Qərb istehsalı olmasını aşkarlamışdılar. Artıq dörd ilə yaxındır ki, müharibə gedir, Avropa Biriliyi 19-cu sanksiya zərfini açıqlayıb, amma nədənsə Rusiya mürəkkəb mikroprosessorlarla və avadanlıqlarla təchiz edilmiş dron və raketlərin uçuşunu getdikcə artırmağa müəssər olur. Rusiyanın Lvov şəhərinə etdiyi raket/dron hücumundan sonra Ukrayna Prezidenti Volodimir Zelenski bu məsələ ilə bağlı açıqlama verib. 

O deyib ki, Rusiya 5 oktyabr gecəsi Ukraynaya qarşı 549 hücum vasitəsindən istifadə edib və bu raketlərin, PUA-ların tərkibində ABŞ, Çin, Tayvan, B.Britaniya, Almaniya, İsveçrə, Yaponiya, Niderland, Cənubi Koreya istehsalı olan çoxsaylı komponententlər var. O qeyd edib ki, ”İskander” ballistik raketində 1500, ”Kinjal” raketində 192, ”Kalibr” qanadlı raketində isə xarici istehsal olan 405 ədəd kopmonent yer alır. Zelenskinin sözlərinə görə, ABŞ Rusiyanın “X-101” raketləri və “Şahed/Geran” tipli dronları üçün mikroelektron hissələr istehsal edir.

Bəs bu nə ilə izah edilə bilər? Çindən alınan komponentlər barəsində bir söz demək olmaz. Bəllidir ki, Rusiyanın müharibədə iştirakı geostrteji baxımdan Çinə laızmdır. Çünki Pekin böyük qonşusunu müharibədə saxlamqla, onun tam taqətdən düşməsini istəyir və həmin səbəbdən də, ara-sıra ona yardım göstərmək məcburiyyətindədir. Yaxşı, bəs, Qərbin inkişaf etmiş ölkələri Rusiyanı niyə elektron sənayesinin ən müasir məhsulları ilə təchiz edirlər?

Əlbəttə, deyilə bilər ki, ruslar bunu birbaşa yox, dolayı yolla ikinci ölkələrdən alıblar. Sözsüz ki, bu mümkündür, lakin ABŞ başda olmaqla Qərbin istəyindən kənar belə bir şəbəkə ən yaxşı halda bir neçə ay işləyə bilərdi. Qətiyyən başa düşülən deyil, necə ola bilər ki, uzun müddət ərzində Rusiyanın bu məhsulları əldə etməsini əngəlləyə bilməyiblər. Bütün bunları yoxlamaq və təchizat sxemini tapmaq yəqin ki, elə də müşkül problem deyil, sadəcə, hər şeyə qəsdən göz yumulduğu görünür.

Vladimir Putinin cəsarətlənməsi şübhəsiz ki, səbəbsiz deyil. Putin ölkəsinin texniki imknalarını yaxşı anlayır. O bilir ki, raketlərinin, dronlarının, digər hərbi texnikalarının elektronika hissələri haradan gəlir və bunlar olmadan tamamilə iflic vəziyyətə düşərlər.


Belə görünür ki, Putinin Valday çıxışındakı arxayınlığı və hətta Avropaya rişxənd etməsinin səbəbi Qərbin onu naəlac qoymayacağına əminliyindən qaynaqlanır. Putinin bu forumda Rusiyanın təkcə Ukrayna ilə deyil, bütövlükdə NATO bloku ilə döyüşdüyünü söyləməsi, bir daha onun heç nədən utanmadığını göstərdi. 

Ukraynaya qalib gələ bilmədiyinə bəraət qazandırmaq üçün mənasız söz yığını ilə janqlyorluq edən Putin bu cür yalanların ümidinə qalıb. Fikir verirsinizsə, Putindən sonra həmişə dövriyyəyə öz rəhbərindən birbaşa təlimat alan marionetka Dmitri Medvedev qoşulur. Onun isterikası nə qədər gülünc görünsə də, nəzərə alınmalıdır ki, hər halda bu adam Rusiya Təhlükəsilzik Şurası sədrinin müavinidir. Taleyin kinayəsinə baxın ki, o, hələ nə vaxtsa böyük bir ölkənin prezidenti də olub. Medvedevin son dedikləri Avropa aeroportlarına buraxılan dronlarda rusların barmağı olmasını sübut edir.

İstər Putinin, istərsə Medvedevin və istərsə də onların Mardan və Solovyov kimi təbliğatçı tulalarının sözlərindən aydın olur ki, həqəqitən də Rusiyanı “sakitləşdirməyin” vaxtıdır. Avropa acizlik nümayiş etdirmək əvəzinə təcili surətdə Danimarkadakı boğazları Rusiyadan neft daşıyan tankerlərin üzünə qapatmalıdır. Qərbdə səslənən “Rusiya ilə gərginliyi artırmaq istəmirik” kimi səfeh tezislər Putini və əlaltılarını ürəkləndirir və nəticədə Avropa reallıqda “kağız pələng” olan Rusiya qarşısında aciz duruma düşür.


Bəs Avropa niyə belə qətiyyətsiz davarnır? Görünür ki, Qərb Rusiyanın müharibdən çəkilməsini üzdə istəsə də, əsl həqiqətdə öz geostrateji maraqları naminə tamamilə başqa niyyət güdür.

Əlbəttə, “Qərb müharibənin uzanmasında maraqlıdır” deyəndə, konkret şəklidə bunu ABŞ-nin və ya Avropanın Rusiyanın qələbə qazanmasını istəməsi kimi başa düşməməliyik. Təsəvvür edin ki, əgər ABŞ və Avropa Rusiyanın müasir texnologiya, avadanlıq və mikroprosessorlara yiyələnməsinə imkan verməsəydi, onun neftini daşıyan bütün tankerlərin sığortasını ləğv etsəydi və onların Baltik dənizindən keçməsini əngəlləsəydi, Putin müharibəyə pulu haradan tapa bilərdi? O zaman Rusiya müharibə apara bilməyəcəkdi. Məlumdur ki, Ukrayna da Qərbin madii-texniki və hərbi yardımı hesabına döyüşə bilir, lakin həmin kömək gizlədilmir, hər şey aşkarda baş verir.

Yeri gəlmişkən, Rusiyada elə düşünməsinlər ki, ABŞ və Avropa onları rahat buraxacaq. Xeyr, elə məhz Ukraynanın əli ilə hələ Rusiyaya böyük müsibətlər yaşadacaqlar. Ukrayna dronlarının Tümendəki Neft Emalı Zavoduna qədər gedib çıxması və bundan sonrakı mərhələdə Ukrayna ordusunun uzaqmənzilli raketlərinin də işə qoşulması böyük Yanacaq Doldurma Məntəqəsi olan Rusiyanı gec-tez hər növ yanacağa möhtac qoyacaq.

Vaqif Nəsibov

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:35
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 07 Oktyabr 2025 17:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see427

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see211

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see201

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see167

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see166

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see161

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

05 Yanvar 2026 22:54see161

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see159

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see159

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see155

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see154

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see153

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see151

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see146

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see144

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

05 Yanvar 2026 23:13see144

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see141

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see138

Maduronun xanımı özünün tam günahsız olduğunu bildirib

05 Yanvar 2026 22:29see131

44 günlük müharibədə müəyyən dairələr ermənilərlə... Ərdoğan

06 Yanvar 2026 01:30see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri