Icma.az
close
up
RU
Qərblə Çinin Afrika rəqabəti COPa da daşındı Çin və Hindistan kasıb ölkələr sayılmamalıdır

Qərblə Çinin Afrika rəqabəti COPa da daşındı Çin və Hindistan kasıb ölkələr sayılmamalıdır

Icma.az, Bizimyol portalına istinadən məlumat yayır.

"Çin və Hindistan kasıb ölkələr sayılmamalıdır, çünki 1992-ci il təsnifatı artıq köhnəlib".

Bizimyol.info xəbər verir ki, bir neçə kasıb ölkənin COP29-da iştirak edən nümayəndəsi "The Guardian" qəzetinin qlobal iqlim konfransında akkreditə olunmuş müxbirlərinə belə deyib. Onlar deyib ki, Çin və Hindistan "kasıb Afrika ölkələri ilə bir səviyyədə tutulur, bu, doğru deyil".

Həmin nümayəndələr deyiblər ki, 32 il əvvəl BMT iqlim dəyişmələri üzrə çərçivə Konvensiyasını qəbul edəndə Çin və Hindistan inkişaf etməkdə olan ölkələr idilər, indi isə artıq inkişaf etmiş ölkələr səviyyəsinə çatıblar.

Nigeriyanın ətraf mühit naziri Balarabe Abbas Lawal deyib: "Əslində köməyə ehtiyacı olanlar dağıdıcı iqlim dəyişikliyi ilə üzləşmiş Afrika ölkələri, kasıb Asiya ölkələri və kiçik ada dövlətləridir"

Afrikadan olan iki nümayəndə də bu fikirlərə qoşulub. Afrikalı müzakirəçilərdən biri belə deyib: “Çin, Hindistan, Cənubi Afrika, Misir: bu ölkələr inkişaf etməkdə olan ölkələr siyahısında olmamalıdır. Onlar öz töhfələrini verməlidirlər”.

Afrikalı təmsilçilər deyib ki, Çin dünyada ən çox karbon emissiyasına yol verən və dünyanın ikinci iqtisadiyyatına sahib olan dövlətdir. Ancaq BMT-nin 32 il əvvəl qəbul etdiyi meyarlara görə, hələ d ən kasıb ölkələr siyahısındadır, sanki yardıma ehtiyacı olan ölkədir. Afrikalılar düşünür ki, əksinə Çin kasıb ölkələrə dəstək verməyə borcludur.

Asiya Cəmiyyəti Siyasəti İnstitutunun Çin İqlim Mərkəzinin direktoru Li Şuo isə buna cavab olaraq bildirib ki, hər hansı bir ölkənin inkişaf etmiş ölkələrlə eyni əsasda Çini iqlim maliyyəsinə töhfə verməyə sövq etmək cəhdləri əks nəticə verə bilər. Li Şuo bununla Nigeriyalı naziri və bəzi Afrikalı nümayəndələri ABŞ-ın və aparıcı Qərbi Avropa ölkələrinin tezisləri ilə danışdığına və bunun Afrikada Çinə qarşı etimadsızlıq yaratmağa yönəldiyinə işarə edib.

"Bizə lazım olan birlikdir və bu danışıqlarda birlik yaranmağa başlayır",-deyə cənab Li bildirib.

Məlum olduğu kimi, Çin və Rusiya son illər Afrika kontinentində ABŞ, Böyük Britaniya, Fransa kimi ölkələrlə toqquşur. Fransa, eləcə də, ABŞ Afrikanın bəzi ölkələrindən sıxışdırılıb çıxarılıb. Əsasən qərbi və cənub-qərbi Afrikada Çinlə Böyük Britaniya arasında, Mərkəzi Afrikada Rusiya ilə ABŞ, Fransa və Böyük Britaniya arasında, Şimali və Şərqi Afrikada ABŞ, Fransa, İtaliya, İsrail və Rusiya ilə Türkiyə arasında ciddi rəqabət var. Üstəlik, Hindistan bu qitəyə maraq göstərir. Ənənəvi olaraq Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Misir özü Afrikanınn dərinliklərinə nüfuz etməyə çalışır. Cənubi Afrika Respublikası da öz avantajından yararlanmaq istəyir. Beləliklə, Qara Kontinent uğrunda mübarizə ildən-ilə kəskinləşir. Odur ki, bu, iqlim konfransına da sirayət edir. Belə görünür ki, Nigeriya kimi əhalisi çox olan, ABŞ və Böyük Britaniya kimi dövlətlərin təsiri altında olan iri ölkə Çinə qarşı Qərbin iddialarını COP29-a daşıyıb.

Seyid Əhmədli, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 20 Noyabr 2024 12:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see252

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see231

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see215

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see213

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see210

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see205

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see184

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see181

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see176

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see166

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see166

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see165

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see156

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see151

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see149

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see148

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see146

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see144

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see143

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri