Icma.az
close
up
RU
Qərblə Moskvanın toqquşması və ya Moldovadakı seçkinin görünməyən tərəfləri

Qərblə Moskvanın toqquşması və ya Moldovadakı seçkinin görünməyən tərəfləri

Icma.az, Mia.az portalına istinadən məlumat verir.

Şahin Cəfərli

***

Moldovada keçirilən parlament seçkilərində prezident Maya Sandunun partiyası PAS 50% səs alaraq parlament çoxluğunu qorudu.

PAS 101 millət vəkilindən ibarət parlamentdə 55 mandata sahib olacaq və yeni hökuməti təkbaşına formalaşdıracaq.

Rusiyanın yaratdığı, keçmiş prezidentlər Voronin və Dodonun, eləcə də qaqauzların sabiq lideri İrina Vlahın rəhbərlik etdiyi Sosialistlərin, Kommunistlərin Vətənpərvər Seçki Bloku cəmi 24% səs toplayaraq Kremlin ona bağladığı ümidləri doğrultmadı.

Bu nəticələr şübhəsiz ki, M.Sandunun aqressiv rus imperializmi üzərində zəfəridir. Bu zərif və sadə qadın son illər, xüsusən qonşu Ukraynada müharibə başladıqdan sonra Rusiyanın aramsız təzyiqlərinə, hibrid savaş taktikalarına sinə gərib, bütün təxribatları boşa çıxarmağı bacara bildi. Nədən ibarət idi bu təzyiqlər və təxribatlar? Enerji şantajı, ənənəvi Dnestr və qaqauz separatizmi, sosial-iqtisadi çətinliklər bəhanə edilərək davamlı etiraz aksiyalarının təşkili və ölkədə xaos yaratma cəhdləri, bank oğrusu (məşhur 1 milyard dollarlıq oğurluğun müəllifi), iş adamı, İsrail tərəfindən də himayə olunan mühacir siyasətçi İlon Şor vasitəsilə seçicilərin pulla ələ alınması üçün şəbəkələr qurulması, Serbiyada təlim görmüş təxribatçı dəstələrin Moldovaya göndərilməsi və s...

Avropa liderləri də başları daşdan daşa dəydikdən sonra nəhayət ki, kreslolarından qalxıb real iş görməyə özlərində güc taparaq Maya Sanduya dəstək verdilər. Çünki Moldova məsələsi artıq Avropanın təhlükəsizliyinə təsir edən bir faktora çevrilmişdi. Rusiyanın adamları hakimiyyətə qayıtsa, Moldova ərazisindən Ukraynaya qarşı - özü də strateji əhəmiyyəti misilsiz olan Odessa istiqamətində - yeni bir cəbhə açıla bilərdi. Seçki ərəfəsində iki dəfə Moldovaya səfər edən Avropa Birliyi rəhbərliyi, Fransa və Almaniya liderləri Moldovanın Avropa Birliyinə qəbul olunacağına dair aydın və birmənalı mesaj verdilər. Əhali də gördü ki, Sandunun onlara təqdim etdiyi Avropa vizyonu illüzor bir perspektiv yox, gerçəklikdir. Nəticədə xalq ölkəni keçmişin qaranlığına qaytarmaq istəyənlərə yox, işıqlı gələcəyə aparmaq vədi verənlərə dəstək oldu.

Şübhəsiz ki, burada Moldova diasporasının rolunu ayrıca qeyd etmək lazımdır. Avropada yaşayan və çalışan moldovalılar növbəti dəfə ölkələrinə sahib çıxaraq seçkinin nəticəsinə ciddi təsir göstərdilər. Diasporanın səsləri olmasaydı, PAS ölkə içərisində 1-ci olsa belə, parlamentdə çoxluq yarada bilməyəcəkdi.

Yeni dönəmdə M.Sandunun prioritet vəzifələri dövlət quruculuğunu və AB-yə inteqrasiyanı uğurla başa çatdırmaq (Sandudan əvvəl Moldova dövlətçiliyi sadəcə kağız üzərində idi); ölkənin enerji müstəqilliyini tam təmin etmək; yoxsulluğu aradan qaldırmaq; Dnestr və qaqauz separatizmini bitirməyə çalışmaq olacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://mia.az
archiveBu xəbər 29 Sentyabr 2025 14:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see210

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see199

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see185

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see182

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see178

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see151

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see151

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see147

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see144

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see142

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see140

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see139

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see138

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see138

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see133

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see132

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see132

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see131

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see130

Xankəndi teatrı bərpa edilir 8 milyon sərf olunacaq

27 Dekabr 2025 19:29see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri