Icma.az
close
up
RU
Azərbaycan idmanı yüksələn xətlə inkişaf edir Millət vəkili

Azərbaycan idmanı yüksələn xətlə inkişaf edir Millət vəkili

Icma.az bildirir, 525.az portalına istinadən.

"2025-ci ilin idman yekunlarına həsr olunmuş mərasimdə Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər bir daha sübut etdi ki, ölkəmizdə idman sadəcə yarış və nəticələr toplusu deyil, strateji dövlət siyasətinin ayrılmaz tərkib hissəsidir. Bu gün qürurla deyə bilərik ki, Azərbaycan idmanı tarixi nailiyyətlər mərhələsini yaşayır. 2025-ci ildə idmançılarımızın beynəlxalq arenalarda 2000-dən artıq medal, o cümlədən 600-dən çox qızıl medal qazanması rekord göstəricidir. Bu nəticələr ardıcıl və düşünülmüş dövlət siyasətinin, idmana göstərilən sistemli qayğının məntiqi nəticəsidir".

Bunu 525.az-a millət vəkili Fatma Yıldırım deyib. O bildirib ki, Ölkə başçısının vurğuladığı kimi, idman infrastrukturunun demək olar ki, sıfırdan qurulması, regionlarda Olimpiya İdman Komplekslərinin sayının 46-ya çatdırılması Azərbaycanın hər bir bölgəsində gənclər üçün bərabər imkanların yaradıldığını göstərir. Gəncə və Yevlaxda yeni komplekslərin istifadəyə verilməsi regionların sosial-iqtisadi inkişafına da mühüm töhfədir:

"Sağlam gənc nəsil güclü dövlətin təməlidir. Prezident İlham Əliyevin xüsusi olaraq qeyd etdiyi bu məqam bizim üçün prinsipial əhəmiyyət daşıyır. Fiziki cəhətdən sağlam, mənəvi baxımdan saf, vətənpərvərlik ruhunda böyüyən gənclik Azərbaycanın sabahıdır. İdman bu tərbiyə prosesində əvəzsiz rol oynayır və gənclərdə həm məsuliyyət, həm də Vətənə bağlılıq hissini gücləndirir. İdmançılarımızın beynəlxalq arenalarda üçrəngli bayrağımızı yüksəltməsi hər bir azərbaycanlı üçün qürur mənbəyidir. Xüsusilə son beş ildə əldə etdiyimiz şanlı Qələbədən sonra idmançılarımız artıq müzəffər xalqın nümayəndələri kimi çıxış edir və bu, onların məsuliyyətini daha da artırır.

MDB ölkələrinin III Oyunlarının yüksək səviyyədə, bir neçə şəhəri, o cümlədən, Gəncə və Xankəndini əhatə etməklə keçirilməsi, eləcə də ilk dəfə Bakıda təşkil olunan UFC turniri və ənənəvi Formula 1 yarışları Azərbaycanın artan beynəlxalq nüfuzunun bariz nümunəsidir. Bu tədbirlər təkcə idman yox, eyni zamanda ölkəmizin turizm, mədəniyyət və iqtisadi potensialının dünyaya təqdimatıdır. Bakı şəhərinin “Dünyanın İdman Paytaxtı” seçilməsi isə görülən işlərə verilən beynəlxalq qiymətin təzahürüdür. Bu, həm böyük şərəf, həm də böyük məsuliyyətdir.

Sonda qeyd etmək istəyirəm ki, idmançılarımızın və idman mütəxəssislərimizin əməyinin dövlət tərəfindən qiymətləndirilməsi ədalətli və davamlı ənənədir. Azərbaycan idmanının şöhrətini ucaldan hər bir vətəndaşın zəhməti daim diqqət və ehtiramla qarşılanmalıdır. Azərbaycan idmanı yüksələn xətlə inkişaf edir və bu yolun əsas memarı möhtərəm Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsidir. Bu uğurlar hər birimizin qürurudur".

Sevinc Qarayeva 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:172
embedMənbə:https://525.az
archiveBu xəbər 29 Dekabr 2025 09:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see328

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see295

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see287

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see282

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see277

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see273

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see271

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see258

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see251

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see246

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see233

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see232

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see230

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see229

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see228

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see224

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see220

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see210

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see202

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri