Icma.az
close
up
RU
Qərblə Şərq əks qütblər olmamalıdır Telman Orucov yazır

Qərblə Şərq əks qütblər olmamalıdır Telman Orucov yazır

Icma.az, 525.az portalına istinadən məlumat yayır.

Telman ORUCOV

(Əvvəli ötən cümə sayımızda)

Kremlin siyasi məsləhətçisi rolunda çıxış edən, rus şovinizminin təbliğində filosof İvan İlyinin davamçısı sayılan Aleksandr Duqin isə həyasızlıqda ondan geri qalmır, digər postsovet ölkələri ilə birlikdə, müstəqil Azərbaycanın da suverenliyinə son qoymaq kimi səfeh bir bəyanatla çıxış edir. Ümumiyyətlə, Rusiya rəhbərliyi qonşu ölkələrə münasibətdə Almaniya kansleri Bismarkın Realpolitikinə üstünlük verir, təəssüf ki, həmin siyasətçinin "Siyasət mümkünə nail olmaq sənətidir" kimi daha faydalı məsləhətini qulaq ardına vurmaqla, yaddan çıxarır. Kreml postsovet dövlətlərinə əvvəlki tək tabeliyində olan sovet respublikalarına olan "atalıq" münasibətini davam etdirmək istəyir, yaddan çıxarır ki, zaman qatarı artıq çox uzaqlaşmışdır.

Birləşmiş Ştatların özündə də hər şeyin yaxşı, uğurlu getdiyini təsdiq etmək də çətindir. Ölkədəki iki aparıcı partiya arasında münasibət xeyli gərginləşmişdir. Respublika partiyasının son dövrlərdəki fəaliyyəti ilə ölkə əhalisi siyasi cəhətdən iki yerə bölünmüşdür və siyasi rəqabət az qala toqquşma halına yaxınlaşmışdır.

ABŞ-ın ilk prezidenti Corc Vaşinqton öz vəzifəsindən getməyə hazırlaşarkən, 1787-ci ildə amerikanlara "Vida məktubu" ilə müraciət etdikdə, partiyaların xalqı parçaladığını əsas götürərək, onları  yaratmaqdan adamları çəkindirməyə çalışmışdı. Onun yaxın silahdaşı, gələcək prezident Tomas Cefferson qızğın demokrat olduğundan, bu ideyanın tərədarlarını birləşdirməyə çalışırdı. Onun ölümündən iki il sonra, 1828-ci ildə ABŞ-da Demokrat partiyası yarandı. Özü də bu partiya əvvəllər quldar Cənub plantatorlarının marağını təmsil edirdi.

1854-cü ildə isə Respublikaçılar partiyası yarandı və onun formalaşmasında gələcək prezident Abraham Linkoln yaxından iştirak etdi. Partiyanın əsas məqsədi ölkənin siyasi və ərazi bütövlüyünü qoruyub saxlamaq idi. 1865-ci ildə dörd il əvvəl başlanan Vətəndaş müharibəsi Şimalın qələbəsi, Cənub Konfederatının məğlubiyyəti ilə nəticələndi. Həm ölkənin birliyi qorunub saxlandı, həm də quldarlığın ləğv olunması ilə, bu təhlükəli problem də birdəfəlik həll olundu.

Hər iki partiya prezident seçkilərində qalib gəlməklə, hakimiyyətə yiyələnir və bir qədər fərqli siyasət aprır. Seçki kampaniyasında respublikaçı prezident Niksonun dövründə "Uotergeyt hadisəsi" kimi  xoşagəlməz hal da baş vermişdi. 2020-ci il seçkilərində məğlub olan respublikaçı namizəd, rəqibini  seçkilərdə təsdiqini tapmayan saxtakarlıqda ittiham etdi və onun tərəfdarları olan narazı kütlə Konqressin iqamətgahı olan Kapitoliyə hücum etdi.  Məğlubiyyəti ilə razılaşmayan Donald Trampın 2024-cü il  seçkilərində qalib gəlməsi ilə, əks partiyaya qarşı daha kəskin ittihamlar səsiləndirildi və iki partiya arasındakı rəqabətin dərinliyi xeyli böyüdü. Vacib ümumi ideyalardan və dəyərlərdən imtina edilməsi heç də yaxşı nəticə vermir.

Vaxtilə, az qala iki əsr əvvəl ölkənin birliyi naminə yaranan bir partiya, öz tarazlaşdırılmayan  siyasəti ilə XXI əsrin ilk rübündə xalqın bir-birini qəbul etməyən iki hissəyə bölünməsinə gətirib çıxardı. Xalqın parçalanması isə dövlət üçün böyük təhlükə hesab olunur. XVII əsrdə müəyyən fasilə ilə 86 il davam edən Styuartların qanlı epoxasında İngiltərədə əhalinin dini cəhətdən parçalanması - protestantlara və katoliklərə bölünməsi olduqca böyük bədbəxtliklərə səbəb oldu, bu dövrdə qanlı Vətəndaş müharibəsi və kral I Karlın başının vurulması da baş verdi. Ondan əvvəlki, XVI əsrdə isə Fransa da iki hissəyə - katoliklərə və huqenotlara bölünmüşdü, 1572-ci ilin 24 avqustunda (Barfolomey gecəsində) Parisdə huqenotların kütləvi qırğını baş vermişdi. Fasilə verməyən vətəndaş müharibəsi ölkəni viran qoyurdu.

Tarixin ibrətamiz dərslərindən nəticə çıxarmamaq ancaq bədbəxtliklərə səbəb olur. Siyasi parçalanma da, dini düşmənçilik kimi heç də müsbət sayılan bir şeyi vəd etmir.

Bolşevik Rusiyasına və sonrakı yaradılan SSRİ-yə gəldikdə, onlar özündən əvvəlki imperiyanın ərazilərinə sahib oldu. 1918-ci ildə almanların təcavüzünə görə Brest-Litovsk sülh müqaviləsi ilə Şərqi Polşadan, Ukraynadan, Finlandiyadan və Baltikyanı əyalətlərdən imtina etməli oldu. Almaniyadakı inqilab Rusiyaya xeyir gətirdi. Həmin itkilərdən Ukrayna qaytarıldı, başqalarını özününkü etmək isə baş tutmadı. II Dünya müharibəsindən əvvəl guya xalqların istəyi ilə üç Pribaltika respublikası Sovetlərin tərkibinə daxil oldu.

1919-cu il Paris sülh konfransının qərarına əsasən Almaniya və bolşevik Rusiyasının torpaqları hesabına Şərqi Avropa dövlətləri olan Polşa, Çexoslovakiya və Rumıniyanın əraziləri genişlənmişdi. Lakin II Dünya müharibəsindən sonra qalib ölkə kimi SSRİ qərbdə Şərqi Avropa əraziləri, şərqdə isə Yaponiya hesabına öz sərhədlərini əvvəlkindən uzaqlaşdıra bilmişdi. 1944-cü ildə sovet qoşunlarının məğlub etdiyi Finlandiyanın cənub torpaqlarında Karel-Fin müttəfiq respublikası yaradılmışdı.

Rusiya Federasiyası müstəqil dövlətə çevrildikdən sonra, özünü ləğv olunmuş SSRİ-nin hüquqi varisi elan etdi. Lakin iqtisadi və hərbi gücsüzlüyünə görə yalnız öz ərazisini qoruyub saxlamağa çalışdı. Fedrasiyanın tərkibindən çıxmaq istəyən çeçenlərlə qanlı müharibələr apardı.

Rusiya rəhbərliyi, SSRİ-nin dağılmasını XX əsrin ən böyük geopolitik faciəsi adlandırmaqla, imperiyanın bərpa edilməsi niyyətlərini də yaddan çıxarmır. 2014-cü ildə müstəqil Ukrayna dövlətinin ərazisi olan Krım vilayətini anneksiya etdi, bu hadisə, 1938-ci ilin martında Hitler Almaniyasının böyük tarixə malik olan Avstriyanı anşlyus etməsini yada salır. Çünki hər iki dəfə oxşar motivlər, guya müdafiəsi vacib olan vahid xalqa mənsubluq, uydurulmuş səbəb kimi irəli sürülmüşdü. 2022-ci ilin 24 fevralında isə rus qoşunları Donbasa və digər vilayətlərə hücum edib, xeyli ərazi işğal etdi və şəhərləri xarabazara döndərdi. Rusiya öz Konstitusiyasında dəyişiklik edib, hətta torpaqları bütünlüklə işğal edilməmiş dörd vilayəti özünün ərazisi elan etdi. Artıq Böyük Vətən müharibəsinin davam etdiyi müddət - 1418 gün arxada qalmışdır. Alman qoşunları 1943-cü ilin əvvəlində Avropanın şərq qurtaracağındakı Volqa çayına çatmışdılar. Sovet ordusu onları geri, öz ölkələrindəki Oder çayına qədər qovdu, Berlini işğal etdi, Müttəfiqlərin silahlı qüvvələri ilə birlikdə Hitler qoşunlarını darmadağın etdi. SSRİ-ni məhv etməyə çalışan Hitler Almaniyasının özü acı məğlubiyyətlə üzləşdi.

Rusiya rəhbərliyi "Xüsusi hərbi əməliyyat" adlandırdığı müharibəni üç günə qələbə ilə qurtarmaqla, Kiyevdə hərbi parad keçirməyi vəd edirdi. Silahlı toqquşma isə artıq dörd ildir ki, davam edir. "Hərbisizləşdirmək və nasizmi ləğv etmək" - "demilitarizaüiə i  denaüifikaüiə" şüarları məqsəd kimi seçilsə də, az sonra mənasız sözlərə çevrildi. Rusiya özünün heç bir strateji məqsədini həyata keçirə bilmədi, müharibə yalnız müharibə naminə olan bir sərsəm fazaya keçdi. Ukrayna əzələ nümayişindən qorxmadı, sarsılmaz iradə hesabına güclü müqavimət göstərə bildi. Öz iqtisadi və hərbi gücü, böyük üstünlüyü ilə öyünən Rusiya isə müharibənin uzun müddət davam etməsi ilə hərtərəfli qaydada taqətdən düşməyə başladı. 

Rusiya Ukrayna ilə bacarmadığı halda, dünyanı nüvə silahı adlanan yeni çomağı ilə qorxutmaq istəyir, Avropanı da hədələməyi yaddan çıxarmır. Real təcavüz və həddi aşan iddialar dünyanı yeni müharibə tonqalına sürükləyə bilər. Bütün bunlar göstərir ki, Rusiya rəhbərliyi irəliyə baxmaq yolunu seçmək istəmir, bunu, köhnə tarixi geri qaytarmaq, keçmişi mümkün qədər konsevləşdirmək cəhdi ilə əvəz edir.

Təəssüf ki, daim imperializmə nifrət bəslədiyini elan edən xalq və onun rəhbərliyi eyni xülyalarla yaşamağa başladı və qismən işğal etdiyi əraziləri nəzərə alaraq, Ukraynanın 4 vilayətini bütünlüklə Konstitusiyada təfsir etməklə, Rusiyanın ərazisinə daxil etdi. Rusiyada artıq Avropaya qarşı da müharibə çağırışları dilə gətirilir.

Son dövrlərdə ümumilikdə imperiya meyilləri zəifləsə də, onun bəzi işartıları özünü büruzə verir. Bunu həyata keçirmək üçün müxtəlifi səbəblər də tapılır, ya nadir torpaq elementlərinə sahib olmaq iştahı, gah narkoticarəti məhv etmək motivi yada düşür. Rusiya, dörd ilə bərabər müddətdə hər iki tərəfdən böyük itkilərə səbəb olan və ölkənin böyük ərazisi dağıntılara məruz qaldığı Ukraynaya təcavüzü ilə kifayətlənməyib, SSRİ-ni bərpa etmək ideyalarını da dilə gətirir. Dünyanı da nüvə silahını işə salmaqla şantaj etməyə çalışır.

Bəzi tarixi misallara əsaslansaq, imperializm həqiqətən müəyyən dövrlərdə beynəlxalq ticarətə böyük təkan vermişdi. Çingiz xan imperiyası hesabına Asiya ilə Avropa arasında məşhur quru yollar salınmışdı. Vaxtilə, qədim Romada b.e.ə. III əsrdə yarımadanın cənubuna gedən Appi yolu çəkildikdən sonra, şimal sərhədlərinə doğru, daha sonra isə Avropadakı ərazilərinə quru yolları çəkməyə başlamışdı. Belə yolların çoxluğu "Bütün yollar Romaya aparır" zərb-məsələsinin yaranmasına səbəb olmuşdu. Qədim romalılar hesabına, Avropanı kəsib dolaşan böyük yol şəbəkəsi qitənin müasir yolları üçün də bünövrə rolunu oynamışdır.

(Ardı var)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:153
embedMənbə:https://525.az
archiveBu xəbər 01 May 2026 19:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see288

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see283

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see279

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see267

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see266

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see250

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see244

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see240

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see220

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see207

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see201

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see200

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see199

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see197

Hər şeyi qazanmaq və ən yaxşı olmaq istəyirəm Barselona nın futbolçusu

02 Noyabr 2026 23:34see195

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see191

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see180

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see178

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see176

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri