Icma.az
close
up
RU
Qərblə Şərq əks qütblər olmamalıdır Telman Orucov yazır

Qərblə Şərq əks qütblər olmamalıdır Telman Orucov yazır

Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq.

Telman ORUCOV

(Əvvəli ötən cümə sayımızda)

Lakin indi inkişaf etmiş ölkələrdə, xüsusən ABŞ-da yaranan transmilli şirkətlər hansısa müstəmləkənin verdiyi mənfəətdən, bu dövlətlərə dəfələrlə artıq xeyir verir. Kaliforniyadakı Silikon vadisində yüksək texnologiyaları tətbiq edən şirkətlər Afrikadakı müstəmləkələrdən arzulanan gəlirlərdən on dəfələrlə çox mənfəət qazanır. Lakin ABŞ hələ də imperialist məqsədləri həyata keçirməkdən uzaqlaşmaq istəmir. ABŞ İraqda, Liviyada mövcud hakimiyyətləri devirmək üçün onlara hücum etmiş və onillər keçsə də, həmin ölkələr aldıqları ağır yaraları sağalda bilmir.

ABŞ prezidenti Donald Tramp dünyanın müxtəlif guşələrində müharibələri dayandırır və ya onların genişlənməməsi üçün iqtisadi hədələrdən geniş istifadə edir. Lakin o, Rusiyanın Ukraynaya qarşı təcavüzünü dayandırmağa çoxlu cəhdlər etsə də, bunlar uğurla nəticələnmir və əslində Avropa üçün də bu böyük təhlükə mənbəyi öz mövcudluğunu davam etdirir.

 Makedoniyalı Aleksandr Persiya imperiyasını işğal edib, tarixdən siləndə, işğal etdiyi xalqın mədəniyyəti ilə yaxından tanış olduqdan sonra, Qərblə Şərqin birləşdirilməsi kimi nəcib bir ideyanı həyata keçirməyə çalışırdı. O, bunun reallaşması üçün o qədər də böyük nəticəsi olmayan tədbirlərə də əl atmışdı. Lakin bu tədbirlər müsbət dəyişikliklər üçün elə bir ciddi xarakter daşımırdı. Onun işğal etdiyi ərazilərdə isə Avropa təsiri, ellinizm geniş yayılmağa başladı. Bu, həm də Qərbin Şərqdən üstünlüyünü ifadə edən bir işarə idi. Onun ölümündən sonra yaranan dövlətlər ən çoxu üç əsr ömür sürdü və sonra digər qüdrətli imperiyanın, Qədim Romanın tabeliyinə keçdi.

Qədim Roma imperiyası da bizim eranın V əsrində, 476-cı ildə öz sonluğuna yetişdi. VIII əsrdə yaranan Qərb imperiyası da uzun ömür sürmədi. İmperator Böyük Karl İslam xəlifəsi Harun ər-Rəşidlə yaxşı əlaqələr yaratmışdı, lakin bu tarixi epizod olmaqdan uzağa gedə bilmədi, imperatorun ölümündən sonra isə imperiya da dağıldı.

Yalnız İslam sivilizasiyası Şərqlə Qərbin birləşməsi sahəsində, bunu özü üçün məqsəd hesab etməsə də, xeyli irəliləyişlərə nail oldu. İslamın yayılmasında hərbi gücdən istifadə inkar edilməsə də, Qərblə münasibətdə digər amillər daha böyük rol oynadı. Bu da ərəblərin elmi, fəlsəfi bilikləri, urbanizasiyanı yaymaq sahəsindəki böyük fəaliyyətləri ilə əlaqədardır. İslam Xilafəti sivilizasiyanın inkişafında, elmdə, incəsənətdə, təbabətdə qazandıqlarını gizlətmirdi, bu sahədəki nailiyyətlərini müsəlman İspaniyası vasitəsilə Avropaya da ötürürdü və bu tədbirlər olduqca müsbət nəticələr verirdi. Avropadakı Əməvi xilafətinin paytaxtı Kordoba qitədə elmi və mədəniyyəti yayan mühüm mərkəzə, əsl Akademiyaya çevrilmişdi. Bunları qeyd etməklə yanaşı, bir həqiqəti də unutmaq olmaz ki, böyük miqyasda Şərqlə Qərbin birləşməsi prosesi getmirdi və əslində, bu iş heç məqsəd səviyyəsinə də yüksəlməmişdi.

Çingiz xanın imperiyası işğal hesabına Çin və İslam xilafəti, Mərkəzi Asiya daxil olmaqla bu qitənin böyük hissəsini, Rusiyanın həm də Avropa hissəsini və Şərqi Avropa ölkələri ərazisini birləşdirsə də, ümumilikdə bu vaxt Şərqlə Qərbin yaxınlaşması anlayışı mövcud deyildi. Çingiz xan və varisləri ərazilər tutmaqla yalnız imperiyanı genişləndirməyə çalışırdı. Çöllü xalq olan monqollar hərbi güc hesabına o vaxtkı dünyanın böyük hissəsinə sahib ola bilərdi, lakin onun iqtisadi və siyasi həyatına uzun müddət ərzində nəzarət edə bilməzdi. Ondan nişan qalmış Qızıl Orda dövləti də işğal hesabına məhv oldu, ondan kiçik xatirə kimi Krım yarımadasındakı tatar xanlığı qaldı və 1783-cü ildə onu da Rusiya öz tərkibinə daxil etdi. Monqol imperiyasının Avropanı idarə etməsini gözləmək də o qədər düzgün olmazdı, çünki avropalılar onlara tanış deyildilər.

Belə nəticəyə gəlmək olur ki, yeganə imperialist dövlət başçısı Böyük Aleksandr idi ki, Persiyanın  inkişaf etmiş ölkə olduğunu görüb, Qərblə Şərqi birləşdirmək kimi bir ideya barədə düşünməyə başlamışdı. Digər imperiya banilərini bu məsələ heç düşündürmürdü də, maraqlandırmırdı da. Onlar, işğal etdikləri ölkələri öz ağalıqları altında birləşdirməkdən uzağa getmirdilər. Ona görə də Qərblə Şərqi, yaxud Şərqlə Qərbi birləşdirmək ideyası bir düşüncə tərzi, bir ideya kimi onlara tam yad idi. Böyük Aleksandrın ideyası da pöhrə vermədən, rüşeym şəklində məhv oldu, bir daha heç kəsi maraqlandırmadı.

Dövlətlər arasında rəqabət və düşmənçilik yaymaq, beynəlxalq münasibətlərdə xaos meyli aparıcı siyasətə çevrildi və onun nəticələri bəşəriyyətə, dünyaya böyük bədbəxtliklər bəxş etdi.

Böyük ingilis yazıçısı, uzun müddət Hindistanda yaşamış və oradakı xalqlara yaxşı tanış olan Redyard Kiplinq bu məsələ barədə tam mənfi rəyə malik idi. Axı o, Böyük Britaniya imperializminin olduqca güclü təbliğatçısı idi və Şərqə, tabelikdə yaşamağa layiq olan bir ərazi kimi baxırdı. Redyard Kiplinq yazırdı ki, Göy Yer üzü ilə birləşə bilər, ancaq Qərblə Şərqin birləşməsi mümkün deyildir. O, fantastik və ağla batmayan bir hadisəni proqnozlaşdırdığı halda, Qərblə Şərqin çox hallarda örtülü, bəzən isə açıq münaqişələrini əsas götürərək, belə vəziyyəti əslində müdafiə etdiyini göstərirdi.

Şərq Qərbə görə öz hərbi zəifliyini hiss etdiyindən, eybəcər bir yola, terrorizmə də əl atdı və bu ağılsız müdafiə vasitəsi, onun nüfuzunu aşağı salmaqdan başqa heç bir fayda vermədi. Üsəma ben Ladenin 2001-ci ilin 11 sentyabrında Nyu-Yorkda törətdiyi vəhşilik, iki ədəd yüz mərtəbəli binanın dağılmasına səbəb oldusa, bu hadisə Şərqin nüfuzunun eroziyasına daha böyük təsir göstərdi. Terrorizm Qərblə Şərqin bir-birindən uzaqlaşmasını daha da artırdı və onların birləşməsi barədəki düşüncə daha çox illüziya xarakteri aldı.

İmperializm məntiqində heç vaxt xeyriyyəçiliyin hətta elementi də olmur. Həmin dövlətlər xeyriyyəçiliyə rəvac versəydi, öz vətəndaşlarının, təbəələrinin sosial həyatını daha da yaxşılaşdırardı. Təəssüf ki, onların başlıca məqsədi başqadır, mənfəət güdməkdir, gücü çatdığı qədər müstəmləkə xalqını istismar etməkdir. Müstəmləkə,  xalqı yalnız əsarətdə saxlamağa xidmət edir, ona imperialistlər öz məqsədlərinə çatmaq üçün sadə bir vasitə kimi baxırlar. Ona görə də azadlıq uğrunda mübarizə aparanları təqib edir, zindanlarda çürüdür. Müstəmləkə, imperiya üçün idarəetmə obyektidir, belə ölkələr yalnız müstəqillik qazandıqdan sonra öz taleyini həll etməyə çalışan subyektə çevrilir. Müstəqillik də heç də tezliklə arzu olunan kimi bəhrə vermir, ictimai həyatda təcrübəsi olmayanların, cəmiyyəti yeni qaydada təşkil etməsi çətin bir proses xarakteri daşıyır. Yalnız düzgün strategiya seçimi onun inkişafına əlverişli şərait yaradır. Vaxtilə olduqca geridə qalan Çin Xalq Respublikasının son üç onillikdə bütün sahələrdə qazandığı nailiyyətlər, xüsusən yoxsulluğa son qoyması ölkənin düzgün idarə edilməsi həqiqətini bütün dünyaya çatdırır.

Yaponiya keçən əsrdə olduğu kimi, yenə də iqtisadi cəhətdən qüdrətli dövlət olaraq qalır. Sinqapur, Malayziya gələcəyin dövləti timsalında inkişaf etməklə, təəccüb obyektinə çevrilmişdir. Cənubi Koreya öz sənaye inkişafı ilə böyük səviyyələr fəth edə bilmişdir. XX əsrin ikinci yarısında uzun müddət təcavüzə məruz qalmış Vyetnam iqtisadi inkişaf yolu ilə irəliləməkdə davam edir. Bu misallar göstərir ki, Şərq nəinki iqtisadi gerilikdən çıxmağı, hətta Avropa ölkələri və ABŞ-la rəqabət aparmağı bacarır və belə vəziyyət Şərq barədə Qərbin öz rəyini dəyişdirməyə məcbur etməlidir və hərbi cəhətdən üstünlüyünü saxlayan dövlətlər də Şərqə qarşı ekspansiya xülyalarından əl çəkməlidir.

XVIII əsrdə Avropa müharibələrə son qoymaq üçün dövlətlər arasında tarazlıq yaratmaq siyasətini seçmişdi. İndi bütün dünyanın buna ehtiyacı vardır. Qərblə Şərq heç də əks qütblər olmayıb, coğrafi anlayış kimi dünyanın yaxın qonşuluqda olan hissələridir. Dünya vahid varlıqdırsa, onu parçalamaq deyil, ictimai quruluşları nəzərə almadan birləşdirilməyə çalışılmalıdır. Düşmənçilik hisslərini qızışdırmaq əvəzinə, xalqların və ölkələrin birgə yaşayışı prinsipi bütünlüklə etiraf və qəbul edilməlidir.

      Qərb də, Şərq də kor nifrətə birdəfəlik yox deməlidir, bu hissi həyatda yalnız öz mahiyyətinə uyğun olaraq ifadə etməlidir. Onlar, bir-birinə xoş məramla, hərtərəfli nüfuz etməklə, yaxınlaşmalı, doğmalaşmalıdırlar. Bu vaxt onlar mövcud fərqləri vurğulamağa son qoyacaq, bəşəriyyət adlanan vahidin bərabər və tam hüquqlu hissələri olduqlarına özlüyündə yəqinlik tapacaq, bu isə, heç şübhəsiz, Yer üzündəki bütün xalqların xoşbəxt gələcəyi yoluna daş döşənməsi kimi, xeyirxah bir ümidə inam  yaradacaqdır.

     Onsuz da dünyamızın, bəşəriyyətin gələcəyi barədə pessimist proqnozlar da az deyildir. Yer kürəsinin məhv olmasını meydana gətirəcək çox sayda səbəblər irəli sürülür. Öz elmi kəşfləri və texnoloji ixtiraları ilə dahilik səviyyəsinə yüksəlmiş İlon Mask bəşər nəslini xilas etmək üçün iqlim və yaşayış üçün sərt şəraiti ilə fərqlənən Qırmızı planetə insan qrupunun köçürülməsini təklif edir. Marsda insan yaşamamışdır, ona görə də ideya fantastik xarakter daşıyır. Lakin bəşəriyyətin və Yer kürəsinin məhvi ehtimalı yarandıqda, insan nəslini qoruyub saxlamaq üçün hər cür riskə gedilməsi məqbul sayılmalıdır. Ona qədər isə nüvə silahını işə salmaq hesabına bəşəriyyətin özünü intihar etməsinə yol verilməməlidir. Onda dünyanın dağılması ehtimalı da xeyli azalar. İnsanlar, dövlət rəhbərləri öz ambisiyaları hesabına Yer üzünü fəlakət məkanına çevirməməlidirlər. Bu kainat faciəsi baş verməsə, bəşəriyyət xilas olacaqdır və daha sürətlə inkişaf edəcəkdir.

SON

19.03.2026-cı il

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:106
embedMənbə:https://525.az
archiveBu xəbər 15 May 2026 17:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see379

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see364

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see323

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see290

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see282

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see236

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see229

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see228

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see224

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see204

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see204

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see192

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see192

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see190

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see189

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see184

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see184

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see184

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see175

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri