Qətər: ABŞ İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq
Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bakı, 29 sentyabr, AZƏRTAC
Qətər Xarici İşlər Nazirliyinin sözçüsü Məcid əl-Ənsari ABŞ ilə İran arasında danışıqların davam etdiyini və Doha administrasiyasının tərəflər arasındakı fikir ayrılıqlarını həll etmək üçün vasitəçilik səylərini artırdığını bildirib.
AZƏRTAC QNA informasiya agentliyinə istinadla xəbər verir ki, Ənsari Qətərin paytaxtı Dohada keçirilən mətbuat konfransında ölkəsinin ABŞ-İran gərginliyində vasitəçilik səyləri, Hörmüz boğazındakı vəziyyət, Qəzza və Şərqi Qüdsdəki hadisələr barədə şərh verib.
ABŞ ilə İran arasında danışıqların davam etdiyini bildirən Ənsari deyib: “Səylər hazırda ABŞ və İran tərəfləri arasında ortaq bir zəmin yaratmağa yönəlib. O, tərəflər arasında təmasların davam etdiyini qeyd edərək əlavə edib: “Görüşlər davam edir və iki tərəf arasında mesajların çatdırılması çərçivəsində çalışırıq”.
Ənsari bildirib ki, Qətərin bölgədəki gərginliyin azaldılmasında prioritetlərindən biri Hörmüz boğazında naviqasiya azadlığının bərpasıdır. O əlavə edib: “Biz Hörmüz boğazında naviqasiya azadlığının bərpasına və region ölkələrinin təhlükəsizlik narahatlıqlarının həllinə diqqət yetiririk”. Mövcud böhran sadəcə İran və Körfəz ölkələri arasında ayrıca bir mübahisə hesab edilməməlidir. Ölkələrimiz ilə İran arasında ayrıca bir həll tələb edən müstəqil bir münaqişənin olduğuna inanmırıq”.
İranın regiondakı ölkələri müharibədən kənarda saxlamalı olduğunu qeyd edən Ənsari vurğulayıb ki, Tehran qonşularına hücum etməmək barədə aydın mövqe tutmalıdır. O, böhranın həllinin regional dialoqa aid olduğunu deyib. Qətər XİN-in sözçüsü qeyd edib ki, bu dialoq birgəyaşayış prinsipinə əsaslanan təhlükəsizlik sisteminə çevrilməlidir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:139
Bu xəbər 29 Sentyabr 2026 17:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















