Icma.az
close
up
RU
Qətər Suriya üçün hərəkətə keçdi Sanksiyalarla bağlı gizli plan üzə çıxdı

Qətər Suriya üçün hərəkətə keçdi Sanksiyalarla bağlı gizli plan üzə çıxdı

Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Qətər ABŞ Prezidenti Donald Trampın Dohaya planlaşdırılan səfəri zamanı Vaşinqtonla Suriya keçid hökumətinə qarşı tətbiq olunan sanksiyaların aradan qaldırılması məsələsində qarşılıqlı anlaşma əldə etməyə çalışacaq.

Globalinfo.az xəbər verir ki, bu barədə Qətərin Baş naziri və xarici işlər naziri Məhəmməd bin Əbdülrəhman Al Tani “The Washington Post” qəzetinə müsahibəsində bildirib.

O qeyd edib ki, əsas məqsəd ABŞ-la yeni Suriya rəhbərliyinə qarşı sanksiyaların ləğvi ilə bağlı ortaq mövqeyə gəlməkdir. Baş nazir vurğulayıb ki, Dəməşqdəki yeni hökumətin faktiki addımları və gələcək fəaliyyəti hələ də qeyri-müəyyəndir.

“Onların irəliləmək imkanları sanksiyalarla ciddi şəkildə məhdudlaşıb”, – o bildirib.

Qeyd edək ki, aprelin 24-də ABŞ Dövlət Departamentinin Yaxın Şərq üzrə yüksək vəzifəli diplomatı Tim Linderkinq bildirmişdi ki, Vaşinqton Suriyaya qarşı birtərəfli sanksiyaların aradan qaldırılması ilə bağlı tələsməyəcək. Onun sözlərinə görə, yalnız Dəməşqin konkret addımlar atacağı təqdirdə sanksiyaların yumşaldılması nəzərdən keçirilə bilər.

Aprelin sonunda Qətər və Səudiyyə Ərəbistanı Suriyanın Dünya Bankına olan təxminən 15 milyon dollarlıq borcunu ödəməyi öhdələrinə götürüblər. Bundan əlavə, mayın 8-də keçid hökumətinin maliyyə naziri Məhəmməd Yasir Barniyə açıqlayıb ki, Qətər üç ay ərzində Suriyaya hər ay 29 milyon dollar maaş fondu üçün vəsait ayıracaq və bu müddət daha sonra uzadıla bilər. Bu qrant ABŞ sanksiyalarından azad edilib və səhiyyə, təhsil, sosial xidmətlər sahəsində çalışan işçilərin maaşlarının, eləcə də hərbi xidmətdə olmayan şəxslərin pensiyalarının ödənilməsi üçün istifadə ediləcək.

Xatırladaq ki, Tramp 13–16 may tarixlərində Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirliklərini əhatə edən Yaxın Şərq səfərinə çıxacaq. Bu, 20 yanvarda prezident vəzifəsinə başladıqdan sonra onun ilk genişmiqyaslı xarici turudur.

Aysel Əliyeva
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:160
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 12 May 2025 23:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri