Qətərdə dünyanın ən böyük mavi ammonyak zavodu tikilir
Icma.az, Gununsesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Qətər dünyanın ən böyük mavi ammonyak zavodunu tikir.
Gununsesi.info xəbər verir ki, bu barədə “QatarEnergy” saytında məlumat verilib.
Qətər əmiri Təmim bin Həməd Al Taninin iştirakı ilə sənaye şəhəri Mesaiddə zavodun təməli qoyulub. Zavodun tikintisi “QatarEnergy”nin ən iddialı layihələrindən biri kimi təsvir edilib.
Zavod ildə 1,2 milyon ton ammonyak istehsal edəcək və 1,5 milyon ton tutumu olan CO2 anbarı ilə təchiz ediləcək. Yeni stansiya 35 MVt gücündə günəş elektrik stansiyasından enerji alacaq.
Mavi ammonyak təbii qaz və kömürdən istifadə etməklə istehsal olunan ammonyakdır, lakin yandırıldıqda təmiz təbii qazdan daha az karbon qazı əmələ gətirir. Onun ənənəvi yanacağın “yaşıl” əvəzedicisi ola biləcəyinə inanılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:133
Bu xəbər 27 Noyabr 2024 08:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















