O Sallivan Aİ nin sanksiyalar üzrə xüsusi elçisi postunu tərk edir
Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Avropa İttifaqının (Aİ) sanksiyalar üzrə xüsusi elçisi Devid O'Sallivan dörd illik fəaliyyətindən sonra öz postunu tərk etdiyini bildirib.
"Report" xəbər verir ki, bu barədə o, İrlandiyanın RTÉ teleradio şirkətinə məlumat verib.
"Mən bu postu tərk edirəm, çünki dörd il işləmişəm və hesab edirəm ki, onu başqasına təhvil verməyin vaxtı çatıb", - O'Sallivan bildirib.
RTÉ-nin məlumatına görə, Avropa Komissiyası artıq onun xələfini axtarır.
O'Sallivan bu vəzifəyə 2022-ci ilin dekabrında təyin edilmişdi. O, Rusiyaya qarşı Aİ sanksiyalarından yayınma hallarının qarşısının alınması məsələləri üzrə üçüncü ölkələrin hökumətləri ilə danışıqlar aparırdı.
Əvvəllər diplomat Aİ-nin ABŞ-dəki səfiri, Avropa Xarici Əlaqələr Xidmətinin baş əməliyyat direktoru və Avropa Komissiyasının baş katibi vəzifələrində çalışıb.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:64
Bu xəbər 17 Noyabr 2026 13:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















