Qətərdə sabiq əmirin vəfatı ilə əlaqədar dördgünlük matəm elan edildi
Moderator.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Qətər əmirinin dəftərxanası dövlətin keçmiş başçısı şeyx Həməd bin Xəlifə Əl Taninin vəfatı ilə əlaqədar ölkədə dördgünlük ümummilli matəm elan edib.
Moderator.az TASS agentliyinə istinadən xəbər verir ki, matəm bu gün, iyulun 12-dən başlayır.
Dörd gün ərzində ölkənin bütün ərazisində dövlət bayraqları endiriləcək. Bundan əlavə, iyulun 13-dən nazirliklərin, hökumət idarələrinin və digər dövlət müəssisələrinin fəaliyyəti dayandırılır. Dövlət qulluqçuları iş başına iyulun 19-da qayıdacaqlar.
Keçmiş monarx üçün cənazə namazı iyulun 12-si axşam saatlarında Dohadakı İmam Məhəmməd bin Əbdül Vəhhab məscidində qılınacaq, daha sonra o, Lusaildəki qəbiristanlıqda dəfn olunacaq. Qətər Əmiri şeyx Təmim bin Həməd Əl Tani iyulun 13-dən 15-dək dövlət başçılarından, hakim ailənin üzvlərindən və ölkə vətəndaşlarından başsağlıqlarını qəbul edəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:146
Bu xəbər 12 İyul 2026 14:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















