Icma.az
close
up
RU
Qətərin paytaxtı Dohada BMT nin İkinci Dünya Sosial Sammiti keçirilir

Qətərin paytaxtı Dohada BMT nin İkinci Dünya Sosial Sammiti keçirilir

Xalqcebhesi portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Noyabrın 4-də Qətərin paytaxtı Doha şəhərində BMT-nin İkinci Dünya Sosial Sammiti öz işinə başlayıb.

Sammitdə 8 mindən çox qonaq, o cümlədən dövlət və hökumət başçıları, nazirlər, alimlər, Birləşmiş Millətlər Təşkilatının təmsilçiləri, vətəndaş cəmiyyəti və özəl sektorun, gənclər təşkilatlarının nümayəndələri iştirak edir.

Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə Sammitdə ölkəmizi Baş nazirinin müavini Samir Şərifovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.

Nümayəndə heyətinə Azərbaycan Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini, Dövlət Səhərsalma və Arxitektura Komitəsinin sədri, Qətər Dövlətindəki səfir, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının katibi, Nazirlər Kabineti, və Xarici işlər nazirliyinin məsul vəzifəli şəxsləri daxildir.

2030 Dayanaqlı İnkişaf Gündəliyinin reallaşdırılmasına, xüsusilə də sosial inkişaf gündəliyinin təşviqinə həsr olunan Sammitin ilk günündə “Doha Siyasi Bəyannaməsi” qəbul edilib.

Baş nazirinin müavini S. Şərifov Dünya Sosial Sammitinin plenar iclasında çıxış edib. Çıxışda o, Azərbaycanda Kopenhagen Bəyannaməsi üzrə sosial sahədə nəzərdə tutulan öhdəliklərin icrası barədə məlumat vermiş və sosial inkişaf məsələləri üzrə beynəlxalq əməkdaşlığa yaxından qoşulduğunu və bir çox inkişafda olan ölkələrə təhsil, səhiyyə, və humanitar sahədə yardım göstrədiyini bildirmişdir.

O, həmçinin bu ölkələrlə sosial və dövlət xidmətlərinin xüsusi yaradılmış mərkəzlər vasitəsilə əhaliyə effektiv göstərilməsində Azərbaycanın uğurlu təcrübəsini bölüşdüyünü, bu istiqamətdə əməkdaşlığın genişləndirilməsinə və həmin ölkələrə yardım göstərilməsini davam etdirməyə hazır olduğunu bəyan etmişdir.

Eyni zamanda, 2024-cü ildə Bakıda keçirilmiş Qlobal İqlim Konfransı (COP29) çərçivəsində İqlim Davamlılığı üçün İnsan İnkişafına dair Bakı Rəhbər Prinsiplərinin qəbul edildiyini qeyd edərək 2026-cı ildə Bakıda həmin prinsiplərin gercəkləşdirilməsi məqsədilə 13-cü Ümumdünya Şəhərsalma Forumunun və BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının növbəti illik sessiyasının keçirilməsinə Azərbaycanın ev sahibliyi edəcəyini bildirmişdir.

Sonda S. Şərifov Azərbaycan Respublikasının yenicə qəbul edilmiş Doha Siyasi Bəyannaməsinin və cari ilin iyulunda qəbul edilmiş İnkişaf üçün Maliyyələşdirmə üzrə Sevilya Bəyannaməsindən irəli gələn öhdəliklərin beynəlxalq əməkdaşlıq çərçivəsində icra edilməsinə Azərbaycanın sadiqliyini, ona müvafiq dəstəyin göstərilməsini davam edəcəyini bir daha təsdiqləmişdir.

Azərbaycan nümayəndə heyəti Sammit çərçivəsində keçirilmiş “Aclıq və Yoxsulluğa qarşı Qlobal Alyansı”ın birinci iclasında, “Sosial inkişafın üç sütununun gücləndirilməsi: yoxsulluğun aradan qaldırılması, tam və məhsuldar məşğulluq və hamı üçün layiqli əmək və sosial inteqrasiya” mövzusunda təşkil olunan dəyirmi masada, eləcə də bir sıra ikitərəfli görüşlərdə iştirak etmişdir.

İkinci Dünya Sosial Sammiti noyabrın 6-dək davam edəcək.

İlk Dünya Sosial Sammiti 30 il əvvəl Danimarkanın paytaxtı Kopenhagendə keçirilib və Sosial İnkişaf üzrə Kopenhagen Bəyannaməsinin qəbul edilməsi ilə yekunlaşmışdı.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:150
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 04 Noyabr 2025 20:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see355

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see353

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see314

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see304

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see304

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see302

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see287

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see286

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see275

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see241

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see239

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see235

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see230

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see227

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see217

İlkin tibbi yardım üçün ən yaxın səhiyyə müəssisəsinə müraciət edilməlidir Həkim

21 Oktyabr 2026 17:48see208

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see203

İldırım vuran sevgilisini iki dəfə “diriltdi”

21 Oktyabr 2026 21:17see183

2027 ci ildə zamanın hesablanması dəyişəcək Saatlar necə olacaq?

21 Oktyabr 2026 20:32see181

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri