Qətərin qolu səbəbindən 15 milyonunu itirdi
Olke.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bir mərc oyunçusu 2026-cı il dünya çempionatının ilk turu çərçivəsində keçirilən Qətər-İsveçrə matçının nəticəsinə görə 15 milyon rublunu itirib.
"Ölkə.az" xəbər verir ki, bu barədə "Reytinq Bukmekerov" məlumat yayıb.
Bildirilib ki, oyunçu bütün məbləği 1,20 əmsalı ilə mütləq favorit sayılan İsveçrə yığmasının qələbəsinə qoyub. Lakin görüş 1:1 hesabı ilə heç-heçə başa çatıb.
Avropa komandasının hücumçusu Breel Embolo 17-ci dəqiqədə penaltini dəqiq yerinə yetirərək hesabı açıb. İkinci hissəyə əlavə olunmuş dördüncü dəqiqədə isə Qətər yığmasının müdafiəçisi Bualem Huhi heç-heçəni rəsmiləşdirib.
Bununla da, B qrupunun turnir cədvəlində hər dörd komanda bir xal toplayıb. Bosniya və Herseqovina ilə Kanada yığmaları isə iyunun 12-də heç-heçə oynamışdılar.
Baxış sayı:99
Bu xəbər 15 İyun 2026 05:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















