Icma.az
close
up
RU
Qətiyyətli siyasi iradə

Qətiyyətli siyasi iradə

Ses qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycanın son 20 ili nə sadəcə xronologiyadır, nə də rəsmi sənədlərin quru göstəriciləri. Bu illər xalqın taleyinə yazılmış bir yüksəliş dastanıdır. Bu dastanın baş qəhrəmanı isə bir şəxsdir – Prezident İlham Əliyev. Onun rəhbərliyi altında Azərbaycan təkcə dəyişmədi, həm də özünü yenidən yaratdı. Bu gün hər sahədə gördüyümüz uğurun arxasında bir liderin dəmir məntiqi, uzaqgörənliyi və xalqına arxalanan iradəsi dayanır. Aparılan genişmiqyaslı siyasətin mərkəzində elmi dərinlik, diplomatiyanın strateji xətti və dövlətçilik ideyasının pafoslu ruhu dayanır. “Azərbaycan dövlətinin inkişaf fəlsəfəsi milli gücə, müstəqil siyasətə və xalqın rifahına əsaslanır.” Bu sadə görünən cümlə əslində böyük dövlətin uğur resurslarını açıqlayır. Bunu gündəlik həyatda necə görürük? Yol çəkilir – o, təkcə asfalt deyil, bu ölkənin sabahına atılan addımdır. Şəhər qurulur – bu, sadəcə bina deyil, xalqın öz torpağına dönüşünün bir abidəsidir. Fabrik açılır – bu, iqtisadiyyatın yeni nəfəsidir. Diplomatik addım atılır, bu, Azərbaycanın sözünün dünya miqyasında çəkisinin artmasıdır. Prezident İlham Əliyev siyasətini elə bu sadə həqiqətlərin üzərində qurur: xalq güclənməlidir ki, dövlət yüksəlsin; dövlət yüksəlməlidir ki, xalq daha xoşbəxt yaşasın.2020-ci ilin Zəfəri təkcə torpaqların azad olunması deyildi. Bu Zəfər Azərbaycanın gücünü, xalqın birliyini və cənab Prezidentin qətiyyətini dünyaya göstərdi. Bu il həmin tarixi qələbənin 5-ci ildönümüdür. Beş il əvvəl Azərbaycanın ordusu düşmən üzərində qələbə qazandısa, son beş ildə Azərbaycan dövləti də Qarabağ üzərində quruculuq mübarizəsinin qalibi oldu. Füzuli hava limanı açıldı, Zəngilan iqtisadi mərkəzə çevrilir, Şuşa mədəniyyət paytaxtına qayıtdı, Böyük Qayıdış başlayıb, artıq həyat geri dönür. Bu beş il göstərdi ki, Azərbaycan yalnız müharibəni yox, sülh və quruculuq dövrünü də qələbə ilə idarə edə bilir. Və bütün bunlar bir liderin, cənab Prezident İlham Əliyevin iradəsi ilə strategiyaya çevrilib. Bu gün Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır. ABŞ-da gözlənilən sülh müqaviləsi əldə edilən razılaşma da həmin reallığın mühüm hissəsidir. Bu müqavilənin mahiyyəti sadə dildə belədir. Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyır, region sabitliyə qovuşur, Yeni iqtisadi dəhlizlər açılır, Müharibələr dövrü bitir, Qafqazda yeni sistem formalaşır. Bu sənəd həm diplomatik qələbədir, həm də Azərbaycanın gücünün dünyada qəbul edilməsinin göstəricisidir. Diplomatiyada heç nə təsadüfən baş vermir. Bu proseslərin arxasında Azərbaycan Prezidentinin çoxillik siyasi xətti, qətiyyəti və dəqiq dəyərləndirmələri dayanır. Bu gün Azərbaycan göz qabağındadır. Bu görünən işlərin hamısı bir böyük ideyaya söykənir: “Azərbaycan müstəqil və güclü olmalıdır.” Prezdent İlham Əliyev dövrünün mahiyyəti sadəcə inkişaf deyil. Bu dövr dövlətin xarakterinin sərtləşməsi, siyasətin prinsipiallaşması, diplomatiyanın güclənməsi, iqtisadiyyatın genişlənməsi, ordunun yenilənməsi, xalqın özünə inamının yüksəlməsidir. Bu model dünyanın bir çox ölkəsinə nümunə ola biləcək bir idarəçilik sistemidir: həm iradəli, həm humanist, həm realist, həm də uzaqgörən. Cənab Prezident İlham Əliyevin fəaliyyətinə baxanda belə görünür: O, xalqın gücünə güvənən, öz sözünü kimsədən çəkinmədən deyən, millətin maraqlarını hər şeydən üstün tutan bir Prezidentdir. Siyasi baxışla yanaşanda isə beynəlxalq aləmdə güc balansını hiss edən, regionda yeni reallıqlar yaradan, böyük güclərlə bərabər statuslu danışıqlar aparan, diplomatiyada yeni xətt formalaşdıran strateqdir. Bu isə böyük dövlətçilik fəlsəfəsidir və Azərbaycanı bu gün regionun, sabah isə daha geniş coğrafiyanın aparıcı güclərindən birinə çevirir. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında 2021-ci il iyunun 15-də Şuşada imzalanmış Bəyannamə iki ölkə və onun xalqları arasındakı dostluq və qardaşlıqdan çıxış edərək Azərbaycan Respublikası və Türkiyə Respublikası arasındakı münasibətləri keyfiyyətcə yeni, müttəfiqlik səviyyəsinə qaldırmışdır. Bəyannaməyə əsasən tərəflər xarici siyasət sahəsində əlaqələndirməni və müntəzəm ikitərəfli siyasi məsləhətləşmələri həyata keçirir, həmçinin bu istiqamətdə Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası çərçivəsində birgə fəaliyyət göstərir. Tərəflər aktual xarakter kəsb edən, qarşılıqlı maraq doğuran beynəlxalq məsələlər üzrə həmrəylik və qarşılıqlı dəstək nümayiş etdirərək yaxın və ya üst-üstə düşən mövqedən çıxış etməklə ikitərəfli əməkdaşlığı dərinləşdirəcəklər və BMT, ATƏT, Avropa Şurası, Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı daxil olmaqla beynəlxalq və regional təşkilatlar çərçivəsində bir-birinə qarşılıqlı dəstək göstərəcəklər.Son 20 ilin reallığı bir həqiqəti təsdiqləyir. Azərbaycanı dəyişən, gücləndirən və qlobal siyasətdə söz sahibi edən lider Prezident İlham Əliyevdir. Onun dövrünün uğurları sadalanmaqla bitməz. Azərbaycanın hərtərəfli dinamik uğurları onun qətiyyəti ilə indi yeni mərhələyə qədəm qoyur. Sülh müqaviləsi, Zəfərin quruculuq ili, yeni iqtisadi yüksəliş, türk dünyasının inteqrasiyası, Qlobal enerji siyasətində aparıcı rol yeni başlanan yoldan xəbər verir. Azərbaycan bu gün liderin iradəsi ilə daha güclü, daha qürurlu və daha sabit gələcəyə addımlayır. Bu, cənab Prezident İlham Əliyev dövrünün Azərbaycanıdır – qalib, müasir və yenilməz dövlətin adıdır.

David İbramxəlilov
YAP Qusar rayon təşkilatının sədri

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 23 Dekabr 2025 13:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zinəddin Zidan DÇ 2026 dan sonra Fransa millisini çalışdıracaq

15 İyul 2026 03:31see338

Baloqun qırmızı vərəqəsinin ləğvi barədə: “Bu, tamamilə unikal bir şey idi”

15 İyul 2026 07:14see332

Fransız qadınların 50 yaşında 20 yaşındakı kimi görünməyinin sirri

15 İyul 2026 04:04see266

Bakıda avtobusla toqquşan “Mercedes”in arxası “yoxa çıxdı” VİDEO

16 İyul 2026 15:32see216

“Sabah” 10 cu qalib

16 İyul 2026 00:18see198

Cəmiyyətdə kişi anlayışı vizuallıqdan ibarət qalıb

15 İyul 2026 06:21see196

Argentina yarımfinallarda uduzmur Altı oyunun hamısında final

16 İyul 2026 03:12see194

Baş nazirdən Şuşa barədə YENİ QƏRAR

15 İyul 2026 23:06see192

Dövlət Departamenti Səudiyyə Ərəbistanına 2 milyard dollarlıq raket sistemlərinin satışını təsdiqləyib

16 İyul 2026 06:56see181

Beş min dollar qazandı, Messi ilə görüşdü: in qarşılaşdığı qeyri adi azarkeş FOTO/VİDEO

15 İyul 2026 16:33see177

Normal vaginal axıntı necə olmalıdır? Qadınların diqqətinə!

15 İyul 2026 23:03see174

“İslamabad sazişi başa çatdı”

15 İyul 2026 07:00see173

İran yaralanan mülki şəxslərin sayını açıqladı

16 İyul 2026 02:02see169

Santorini əvəzinə Serifos, Kapri əvəzinə Proçida: Avropada kəşf edilməyi gözləyən 5 ada

16 İyul 2026 03:04see158

Gəmi kapitanı Səmədin nəşi tapıldı

16 İyul 2026 21:16see157

Brüsselə verilən siyasi mesaj: Avropa Bakıya möhtacdır

15 İyul 2026 19:04see155

İranda uşaq xəstəxanasının yaxınlığına raket atıldı

16 İyul 2026 03:11see154

Anar Quliyev: Azərbaycanın 79 şəhərindən 68 i üçün baş planlar hazırlanıb

16 İyul 2026 09:17see148

Ərbakanın NATO sammiti ilə bağlı şərhi Ərdoğanı qəzəbləndirə bilər

16 İyul 2026 17:53see147

İngiltərə mundialda qol vurmaq üzrə rekorda imza atıb

16 İyul 2026 02:05see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri