Icma.az
close
up
RU
Sülhə sadiqlik prinsipinə əsaslanan qətiyyətli iradə

Sülhə sadiqlik prinsipinə əsaslanan qətiyyətli iradə

Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Martın 13-də “Şəhərsalma və Memarlıq İli” çərçivəsində YAP Samux rayon təşkilatının Samux şəhər Kolayır ərazi partiya təşkilatında partiya fəallarının iştirakı ilə əlaqədar “Sülhə sadiqlik prinsipinə əsaslanan qətiyyətli iradə” mövzusunda tədbir keçirilib.

Modern.az xəbər verir ki, tədbir Prezident İlham Əliyevin martın 11-də Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın Azərbaycana səfəri zamanı verdiyi bəyanata həsr edilib.

 Əvvəlcə Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 Tədbiri açıq elan edən YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov bildirib ki, bu gün Azərbaycan Prezidentinin həyata keçirdiyi ardıcıl və məqsədyönlü siyasət ölkəmizin beynəlxalq nüfuzunun daha da artmasına səbəb olur. Dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən balanslı xarici siyasət Azərbaycanın regionda sülhün, təhlükəsizliyin və əməkdaşlığın təşviqinə verdiyi töhfələri daha da gücləndirib. G.Bayramov qeyd edib ki, Prezident İlham Əliyevin beynəlxalq platformalarda səsləndirdiyi fikirlər Azərbaycanın sülhə sadiqliyini və regional sabitliyin təmin olunmasında qətiyyətli mövqeyini bir daha nümayiş etdirir.

 Sədr həmçinin bildirib ki, Azərbaycan hər zaman sülhə, dialoqa və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin tərəfdarı olub. Dövlət başçısının səsləndirdiyi fikirlər bir daha göstərir ki, ölkəmiz regionda davamlı sülhün təmin olunması, əməkdaşlıq mühitinin gücləndirilməsi və sabitliyin möhkəmləndirilməsi istiqamətində qətiyyətli iradə nümayiş etdirir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət Azərbaycanın beynəlxalq mövqelərini daha da gücləndirir, ölkəmizi regionda sülhün, sabitliyin və inkişafın əsas təşəbbüskarlarından birinə çevirir. Bu siyasət həm də Azərbaycanın milli maraqlarını qətiyyətlə müdafiə edən güclü dövlət kimi mövqeyini bir daha təsdiq edir.

 Sonra tədbirdə iştirak edən Samux şəhər 3 saylı tam orta məktəb ərazi təşkilatının sədri Nuridə Həsənova, partiya fəalları Toğrul Coqiyev, Samir Qurbanov, Leyli Süleymanova və Lalə Məmmədova çıxış edərək bildiriblər ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət Azərbaycanın beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi mövqeyini daha da möhkəmləndirib. Natiqlər həmçinin qeyd edib ki, Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın Azərbaycana səfəri ölkəmizin Avropa məkanı ilə əməkdaşlığının inkişafını daha da möhkəmləndirir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:176
embedMənbə:https://modern.az
archiveBu xəbər 13 Mart 2026 15:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see368

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see343

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see338

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see329

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see300

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see296

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see275

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see257

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see244

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see236

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see229

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see219

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see205

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see200

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see199

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see198

Təzyiqi aşağı salan 5 əsas qida

10 Noyabr 2026 03:03see187

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see185

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see183

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri