Icma.az
close
up
RU
Qətl törətdiyi əmisinin cinayətini gizlətməkdə ittiham olunan şəxsə bəraət verildi

Qətl törətdiyi əmisinin cinayətini gizlətməkdə ittiham olunan şəxsə bəraət verildi

Icma.az, Pravda.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Şirvan Apellyasiya Məhkəməsində cinayət barəsində xəbər verməmə və ya qabaqcadan vəd etmədən cinayəti gizlətmədə təqsirləndirilən Tural Mehdiyevin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Yaşar Həşimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
 

Qərara əsasən, apellyasiya şikayəti təmin edilib, Ağcabədi Rayon Məhkəməsinin 5 dekabr 2024-cü il tarixli hökmü ləğv olunub. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.2-ci maddəsinə əsasən əməlində cinayət tərkibi olmadığına görə, Cinayət Məcəlləsinin 307.3-cü (cinayət barəsində xəbər verməmə və ya qabaqcadan vəd etmədən cinayəti gizlətmə, qabaqcadan vəd etmədən xüsusilə ağır cinayəti gizlətmə) maddəsi ilə irəli sürülmüş ittiham üzrə bəraət verilib. Tural Mehdiyev barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib və o, saxlanıldığı Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Umbakı Penitensiar Müəssisəsindən dərhal həbsdən azad olunub.

İttihama görə, 15 yanvar 2023-cü il tarixdə, saat 16 radələrində Ağcabədi şəhəri, Hüsü Hacıyev küçəsindəki evdə Tural Mehdiyevin əmisi Əliyar Mehdiyev arvadı, 1955-ci il təvəllüdlü Dəstəgül Mehdiyevanı öldürüb. 

Məlum olub ki, Tural Mehdiyev əmisigillə qonşuluqda yaşayıb və hadisə barədə ilk xəbər tutan şəxslərdən olub. O, hadisədən dərhal sonra əmisinin evinə gedib, Dəstəgül Mehdiyevanın qan içində qalmış meyitini görüb. Həmin vaxt Əliyar Mehdiyev artıq mənzili tərk edibmiş. Tural bu zaman cinayət aləti olan baltanı, evdəki qanlı xalçanı götürərək gizlədib və xəstəxanada əmisi arvadının yıxılaraq öldüyünü bildirib.

Növbəti gün qətl faktı üzə çıxıb. Sonradan Əliyar Mehdiyev Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Daha sonra Əliyar Mehdiyevin qardaşı oğlu, 1995-ci il təvəllüdlü Tural Mehdiyev də cinayət məsuliyyətinə cəlb edilib. Ona Cinayət Məcəlləsinin 307.3-cü maddəsi ilə iş ittiham irəli sürülüb.

Ağcabədi Rayon Məhkəməsinin hökmü ilə Tural Mehdiyevə 2 il həbs cəzası verilmiş və məhkəmə zalındaca tutularaq təcridxanaya göndərilmişdi.

Kamal Məmmədov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:76
embedMənbə:https://pravda.az
archiveBu xəbər 15 May 2025 09:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İllər öncə qətlə yetirilən şəxs Şahin Şıxlinskinin müavini olub

01 İyul 2025 21:57see210

Azərbaycan diasporunun lideri sərbəst buraxılıb (Yenilənib)

02 İyul 2025 16:19see170

Qazma platformasında FACİƏ: Ölənlər var

02 İyul 2025 04:51see167

Rus bölməsində təhsil ödənişli olmalıdır Tanınmış teleaparıcı

02 İyul 2025 02:34see153

“Daxili işlərimizə qarışmayın” Azərbaycan da nota verdi

01 İyul 2025 20:10see148

“Rusiya ikinci cəbhədə Cənubi Qafqazda savaşa risk etməz”

02 İyul 2025 10:18see131

Voronejin ən böyük bazarının azərbaycanlı ortağı Yusif Xəlilov saxlanılıb

01 İyul 2025 21:47see128

Universiadada 62 ölkədən cüdoçular çıxış edəcək

01 İyul 2025 17:41see127

Sentyabrda sürücülük vəsiqələri iki dəfə bahalaşacaq...

01 İyul 2025 22:26see124

47 yaşılı ulduz bikinili fotoları ilə heyran etdi Foto

01 İyul 2025 13:29see124

Beynəlxalq olimpiadada 5 medal

02 İyul 2025 10:35see121

Rusiya şovinizmi seçdi: “miqrant ovu” vəhşiliyinin səbəbi nədir?

01 İyul 2025 12:58see120

ABŞ İsraillə anlaşdı

02 İyul 2025 04:17see117

İndi belə çıxır ki,.. Lepsə yox, Lepsin puluna..?

02 İyul 2025 01:16see117

Qarabağ daha bir legionerlə yollarını ayıra bilər

02 İyul 2025 10:33see116

Xəbərdarlıq edildi: Hindistan problemlə üzləşəcək Rusiya S 400 lərinə görə

01 İyul 2025 14:11see115

Livanda külli miqdarda narkotik həbin qaçaqmalçılığının qarşısı alınıb

02 İyul 2025 01:45see113

Şəbnəm Tovuzlu at ilə kamera qarşısına keçdi

02 İyul 2025 10:31see113

Hüseyn Səfərovun meyitinin xarici müayinəsi zamanı çox sayda travma aşkarlanıb

01 İyul 2025 11:47see113

Kitab lazımsız düşüncələrin axınını dayandırmağa və daha tez yuxuya getməyə kömək edir Video

02 İyul 2025 00:12see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri