Icma.az
close
up
RU
“Rusiya ikinci cəbhədə Cənubi Qafqazda savaşa risk etməz”

“Rusiya ikinci cəbhədə Cənubi Qafqazda savaşa risk etməz”

Icma.az, Ayna portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Anar Natiqoğlu: “Kreml bəzən sərt, bəzən yumşaq siyasətini artıq tam aqressiya moduna keçirib”

Şərqi Avropada 4 ilə yaxın işğalçı, amansız və uğursuz müharibə aparan Rusiya bir gözü ilə Cənubi Qafqaza baxmağı da “yaddan çıxarmır”. Ukrayna bataqlığında inləyən Kreml, bəlkə də, həmin bataqlıqdan “üzüsulu” çıxmaq şansını cənub sərhədlərində görür.

Bu səbəbdəndir ki, son günlər Azərbaycana və azərbaycanlılara (istər öz vətəndaşı olan, istər olmayan) qarşı ifrat aqressiya nümayiş etdirir – həmvətənlərimizi döyür, söyür, həbs edir və öldürür...

Bu, sürətlə çöküşə doğru gedən imperiyanın son çırpınışlarına bənzəyir. Müharibə ilə paralelləşən daxili “xüsusi əməliyyatlar” Putin üçün nəfəslik olmayacaq – dar qəfəslik olacaq.

AYNA.AZ mövzu ətrafında Ukraynada yaşayan azərbaycanlı jurnalist, “Birlik” Odessa Azərbaycanlıları Diaspor Təşkilatının sədr müavini Anar Natiqoğlu ilə həmsöhbət olub. Beləliklə:

- Anar bəy, son günlərdə Ukraynadakı müharibənin daha da şiddətləndiyi xəbərləri yayılır. İşğalçıların ən ağır silahlarla Ukrayna torpaqlarını bombaladığı bildirilir. Biz mediadan xəbər tuturuq, siz hadisələrin içərisindəsiniz. Nə baş verir orada?

- Bəli, son günlər Ukraynada savaş daha da şiddətlənib. Xüsusən, Kiyev, Odessa, Xarkov, Dnipro, Zaporojye kimi şəhərlər, demək olar, hər gün, xüsusən də, gecə saatlarında raket və dron hücumuna məruz qalır. Nəticədə isə mülki infrastruktur, yaşayış binaları, xəstəxana, təhsil müəssisələri dağıdılır, mülki insanlar, qadınlar uşaqlar həlak olur. İşğalçı və terrorçu rus ordusu qana doymur, hər gün Ukraynada mülki insanları öldürülür.

- İsrail ilə İran arasındakı qısamüddətli müharibə Rusiyaya nəfəslik verdi, sanki – Dünyanın diqqəti Şərqi Avropadan Yaxın Şərqə yönəldi. Bu aralıqda Kremlin işğalçı ordusu Ukraynaya, mülki infrastruktura qarşı hücumlarını daha da şiddətləndirdi. Yenə biz bu haqda mediadan xəbər tuturuq, maraqlıdır: İsrail – İran savaşından Ukrayna nə qazandı, nə itirdi?

- İsrail - İran qısamüddətli savaşı, təbii ki, dünya ictimaiyyətinin diqqətini Yaxın Şərqə yönəltdi. Ukraynanın bu mövzuda hər hansı qazanc və ya itkisindən danışmaq o qədər də məntiqli deyil. Amma İsrailə tam dəstək verən, lakin bunu Ukrayna üçün etməyən Amerika Prezidenti Donald Trampa yönəlik ittihamların sayını artırdı və onu bir qədər bu mövzu ilə bağlı çətin duruma saldığını deyə bilərik.

- Rusiya imperiyasının heç bir qonşusu ilə normal münasibəti yoxdur: ya müharibə, ya münaqişə vəziyyəti var. Guya, Azərbaycanla “dostluğu” vardı, onu da cari ilin fevralında pozdu – təyyarəmizi vurdu. Ardınca da Rusiyadakı azərbaycanlılara qarşı repressiya başladı. Kreml nə istəyir?

- Məsələ burasındadır ki, Rusiyanin imperiya maraqları yüz illərdir bitmir, sadəcə bir formadan başqa formaya keçir. Çar dövründə, sovetlərin idarəçiliyi zamanı da Kreml qonşulara, kiçik xalqlara və dövlətlərə yuxarıdan aşağı baxıb və vassalı kimi davranıb. Əslində, model olaraq SSRİ də, guya, müstəqil sovet dövlətlərinin ittifaqı idi. Amma idarəçiliyin mərkəzi Moskva idi.

Sovetlər dağıldıqdan sonra MDB yarandı. Rusların niyyəti yenə qapalılığı, bəlkə də, qorumaq idi. Amma dünyada baş verən müxtəlif texnoloji inkişafin təsiri ilə bu, mümkünsüz oldu. Artıq hər kəsin baş verənlərdən anında xəbər tutmaq imkanı var. İnformasiya dünyanın o başından bu başına dərhal yayılır. Hamı hər şeyi gözəl anlayır. Buna görə də artıq Rusiya daha “səmimidir” - heç nəyi gizlətmir.

Kreml son illərə qədərki bəzən sərt, bəzən yumşaq siyasətini artıq tam aqressiya moduna keçirib. Əlindəki güc vasitəsilə ya Ukraynadakı kimi açıq formada müharibə edir, ya da bizə qarşı olduğu kimi, müxtəlif bəhanələrlə insanımızı incidir, məcburi savaşa göndərir. Müharibəyə getməyənləri də, “yaxşı halda” deport, pis halda isə döyülmə, şərlənmə, həbs və ya qətl gözləyir. Bütün bunlar o deməkdir ki, “siz heç vaxt müstəqil ola bilməzsiniz, hər zaman məndən asılı olmalısınız, mənim dediyim xətt üzrə beynəlxalq siyasətinizi yürütməlisiniz”.

- Moskvanın azərbaycanlılara və Azərbaycana qarşı, özlərinin təbiri ilə desək, qeyri-dost münasibətini, imperiativ davranışını Azərbaycan cəmiyyəti də, Azərbaycan hakimiyyəti də cavabsız buraxmır – eyni şəkildə və adekvat formada qarşılıq verilir. Bütün bu baş verənlər Ukraynadan – Rusiya İmperiyası ilə illərdir savaşan ölkədən necə görünür?

- Xalqımızın 95 faizi Rusiya - Ukrayna savaşında haqlı olanı, zülmə məruz qalan Ukraynanı dəstəkləyir. Çünki xalq olaraq biz bu imperiyanın yüz illərlə başımıza gətirdiklərini bilirik. Yerdə qalan 5 faiz ya xainlərdir, ya da “Beşinci kolon”a xidmət edib pul qazananlardır. Təbii ki, 95 faizin içində də “nala-mıxa vuranlar” var. Bu kəsim isə, əsasən, ruslarla konfliktin yenə də bizə faciələr hesabına başa gələcəyini, böyük güclə hesablaşmaq lazım olduğunu düşünənlərdir. Dövlətimiz də əvvəlki kimi zəif deyil. Güclü orduya sahibik, ərazi bütövlüyümüzü bərpa etmişik. Türkiyə, Pakistan kimi dünyada sözü keçən güclü dövlətlərlə çox yaxın dostluq və tərəfdaşlığımız var.

O ki qaldı Ukraynadan necə görünməyinə... Bu barədə sosial şəbəkədə paylaşımlar etmişəm. Çoxmilyonlu Ukrayna “Telegram” kanallarında bu barədə məlumatlar yayıldı. Bundan əlavə, Ukraynanın dövlət televiziyasında bu haqda süjet efirə getdi. Söhbət “Sputnik Azərbaycan”ın ofisindəki polis əməliyyatından gedir. Ukrayna ictimaiyyəti bütün bu olanları rəğbətlə qarşıladı. Ukrayna xalqı Azərbaycan xalqının onun yanında olduğunu dəqiq bilir. Dövlətin də işğalçıya qarşı sərt reaksiya verməsi isə ikiqat sevinclə qarşılanır. Bu, həm də Ukraynanın özünü postsovet məkanında tək hesab etməməsi üçün vacib faktorlardan biridir.

- Ukraynada başı dərdə girən Rusiya cənub sərhədlərində ikinci bir cəbhə aça bilərmi? Rusiya – Azərbaycan münasibətlərindəki gərginlik haraya qədər davam edə bilər və bu kəskinləşmə hər iki tərəfə nə vəd edir?

- Son günlər dövlətlər arasında yaşanan sərt ritorikanın savaşa qədər gəlib çıxacağına inanmıram. Təbii ki, Ukrayna dövləti, ictimaiyyəti düşmənin gücünün daha da parçalanması üçün bunu istəyərdi. Amma Rusiyanın hazırda daha bir qonşusuna cəbhə açmaq, Qafqazda savaş ocağı yaratmaq fikrinə düşəcəyi indiki şərtlərdə tam ağılsızlıq olardı. 3 ildə Ukraynada yüzminlərlə itki vermək, sanksiyalar, iqtisadiyyata dəyən zərbələr, dünyadan təcrid olunmaq fonunda, başqa bir cəbhədə savaşmaq riski... Fikrimcə, Moskva buna getməz! Hazırda Rusiya əksinə, özünə maksimum sərf edən şərtlərlə Ukrayna savaşını bitirmək istəyər, nəinki yeni cəbhə yaratmaq. Döyüşkən Ukrayna ordusu müttəfiqlər tərəfindən lazımi dəstəyi görsəydi (xüsusən, silah və təchizat baxımından), çoxdan rus dövləti işğal etdiyi bütün Ukrayna torpaqlarını tərk edib, savaşı bitirməklə bağlı razılığa gəlmişdi. Bir gün təbii ki, o da baş verəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:304
embedMənbə:https://ayna.az
archiveBu xəbər 02 İyul 2025 10:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see346

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see311

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see305

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see298

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see296

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see288

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see286

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see282

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see277

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see270

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see251

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see248

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see240

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see234

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see233

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see233

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see230

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see218

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see218

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see217
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri