Icma.az
close
up
RU
Rusiyaya çörəkpulu üçün gedənlər Azərbaycana qayıtmalıdırlar Elçin Şıxlı

Rusiyaya çörəkpulu üçün gedənlər Azərbaycana qayıtmalıdırlar Elçin Şıxlı

Icma.az xəbər verir, Sherg.az saytına əsaslanaraq.

 “Gəlsinlər, öz torpağımızda işləsinlər, çörəkpulu qazansınlar. İtin-qurdun dəyənəyinin altında qalmasınlar”


“Bizə adı azərbaycanlı, başı rus olanlar lazım deyil”


 “Özləri rus dilində danışa bilməyən, amma uşaqlarını aparıb rus məktəblərinə qoyan vətəndaşlarımız papaqlarını qabaqlarına qoyub düşünsünlər”

Yekaterinburqda azərbaycanlılara qarşı baş vermiş vəhşilikdən sonra Rusiya-Azərbaycan münasibətlərində kifayət qədər gərginlik var. Son günlərdə azərbaycanlı fəalların, diaspor nümayəndələrinin hədəfə alınması, üstəlik, Rusiyanın müxtəlif televiziya kanallarında Azərbaycan dövlətinə və xalqına qarşı təhqiramiz ritorikanın sərgilənməsi qarşıdurmanın siyasi motivli və sifarişli olduğunu göstərir. 

"OMON" və FSB kimi xüsusi təyinatlı dəstələrin azərbaycanlılara qarşı selektiv davranışı hadisələrin təhlükəsizlik müstəvisinə keçdiyini deməyə əsas verir. Bəzi ekspertlərin qənaətincə, Azərbaycan-Türkiyə strateji tərəfdaşlığının dərinləşməsi, Bakı ilə Qərb paytaxtları arasında artan diplomatik əlaqələr Moskvanı ciddi narahat etməkdədir. Onların fikrincə, Cənubi Qafqazda olan-qalan nüfuzunu itirməyə başlayan Kreml çıxış yolunu qonşularına saldırmaqda görür. Baş verənləri Azərbaycan Jurnalistlər Birliyinin sədri, "Ayna.az" saytının baş redaktoru, Əməkdar jurnalist Elçin Şıxlı ilə dəyərləndirdik. Elçin Şıxlı qəzetimizə müsahibəsində Rusiyanın sərt ritorikasının arxa planlarından danışdı...


 - Elçin müəllim, Rusiyanın Azərbaycana qarşı sərgilədiyi kəskin davranışın, radikal addımların səbəbləri nədir? 

 - 12 günlük İran-İsrail savaşından sonra Rusiya təkləndiyini və Cənubi Qafqazdan yavaş-yavaş sıxışdırılıb çıxarıldığını anlamağa başladı. Ermənistan Qərbə və o cümlədən Türkiyə və Azərbaycana doğru meyillənib. Əsas məsələ ondan ibarətdir ki, Zəngəzur dəhlizi deyəsən açılacaq. Ermənistan Baş naziri Nikol Paşinyanın Türkiyəyə sonuncu səfərini, ondan öncə dövlət başçısı İlham Əliyevin Türkiyədə olmasını xatırlatmaq yerinə düşər. Zəngəzur dəhlizinin açılacağı təqdirdə orada Rusiyanın olmaması perspektivləri Moskvanı narahat etməkdədir. Yəni Rusiya Cənubi Qafqazı itirir. Türkiyənin türk dünyası ilə əlaqəsinin daha da gücləndirilməsinə yönəlmiş Zəngəzur dəhlizinin açılması Rusiyanı çox narahat edir. Çünki bu proses Rusiyanın iradəsindən kənarda baş verir. Rusiya hər yerə burnunu soxmağa öyrəşib. Ancaq bu dəfə Rusiyanın sinəsindən vurub geri itələyirlər. Azərbaycanın müstəqil, Rusiyadan asılı olmayan siyasət yeritməsi onları qıcıqlandırır. Burada başqa məsələ də var. Təxminən bir ay əvvəl qırğızlara qarşı bənzər aktlar olmuşdu, amma onların cınqırı da çıxmadı. Rusiya bu cür vəhşiliklə azərbaycanlıları saxlamaqla, döyməklə, alçaltmaqla, öldürməklə Azərbaycanı qorxutmaq istəyirdilər. Bunları edirdilər ki, Azərbaycana görk olsun. Amma qorxmaqdan keçib.  


 - Sizcə, Moskva öz çirkin addımlarına qarşı Bakıdan bu cür sərt reaksiya gözləyirdimi? 

 - Fikrimcə, Rusiya Azərbaycanın cavabından təəccübləndi. Rusiya öz ətrafında olanları daim vassalları kimi qəbul edir. Hələ də o düşüncədədir. Ağılları kəsmir ki, artıq imperiya dövrü keçib. Rusların özlərinə vassal saydıqları xalqlar bu məsələ ilə barışmırlar. Götürək Ukrayna ilə müharibəni. Rusiya və Ukrayna xalqları qohumdur, onların arasında nə problem ola bilərdi? Guya üç günə Kiyevi tutacağını iddia edən Rusiya 3 ildir orada ilişib qalıb, irəli gedə bilmir. 


 - Ən böyük narahatlıq azərbaycanlı miqrantlarla bağlıdır. Rusiya hökuməti azərbaycanlılarla bağlı nə qədər irəli gedə bilər? 

 - Bir var miqrant, bir də Rusiyada yaşayan və oranın vətəndaşı olan azərbaycanlılar. Bu iki məsələni bir-birindən fərqləndirmək lazımdır. Miqrantlar Rusiyaya çörəkpulu üçün gedən insanlardır. Əksəriyyəti bazarlarda mer-meyvə satmaqla məşğuldur. Düşünürəm ki, həmin insanlar Azərbaycana qayıtmalıdırlar. Azərbaycanda Qarabağ kimi yenidən qurulan, genişmiqyaslı bərpa işləri aparılan və çoxlu iş imkanları olan bölgəmiz var. Gəlsinlər, öz torpağımızda işləsinlər, çörəkpulu qazansınlar. İtin-qurdun dəyənəyinin altında qalmasınlar. Rusiyada avitaminozdan (vitamin və mineralların defisiti -red) irəli gələn bir xəstəlik var. Biz meyvəni, tərəvəzi, pomidoru aparıb ruslara yedirdirik. Özümüz isə burada 5 qəpiyə ala biləcəyimiz mer-meyvəni, tərəvəzi 5 manata alırıq. Qayıtsınlar ölkəyə. Meyvə-tərəvəzimizi ruslara yedirtməkdənsə, özümüz yeyək, buraları da düzəldək. Rusiya vətəndaşlığı almış azərbaycanlılar isə başqa məsələdir. Həmin insanlar Rusiya bazarlarından meyvə satmırlar. İçərilərində akademiklərimiz, professorlarımız, böyük adamlarımız var. Hamısı da Rusiyanın xeyrinə işləyir. Orada qalıb-qalmamaq onların şəxsi işidir. 


 - Miqrantlarla bağlı radikal addımların Rusiyanın özünə ziyan vuracağı deyilir. Bu fikirlərə münasibətiniz necədir? 

 - Rusiya bizi miqrantlarla qorxutmasın. Rusiya ərazisinə görə, dünyada birinci yerdə duran ölkələrdəndir. Ancaq Rusiyanın böyük ərazisini iqtisadi cəhətdən təmin etməsi üçün ən azı 215, yaxud 220 milyon əhalisi olmalıdır. Rusiyanın əhalisi isə 124 milyondur. Miqrantlar olmazsa, Rusiya öz ərazisini dolandıra bilməyəcək. İndi ruslar deyinirlər ki, "özbəklər, taciklər, azərbaycanlılar gəldilər, Rusiyada pul qazanıb ölkələrinə göndərdilər" və s. Bunlar boş söhbətlərdir. Miqrantlar geri çəkilsə, ruslar ulayacaqlar. Düzdür, Rusiya bizsiz məhv olmayacaq, amma biz də onlarsız məhv olmayacağıq. Rusiya böyük bazardır, qonşudur, nə bilim nədir. Amma özünü normal qonşu kimi aparmırsa, onlara bağlı olmamalıyıq. 


 - Rus dili və rus məktəbləri ilə bağlı ictimaiyyətdə yenidən başlayan müzakirələr barədə nə deyərdiz? 


 - Mən rus dilini bilməyin tərəfdarıyam. Amma bu o demək deyil ki, mən rusun məktəbində oxumalıyam. Rus dilini bilməklə rus məktəbində təhsil almaq ayrı-ayrı şeylərdir. Rusun məktəbində təhsil alan uşaqlar rusun təhsilini və dünyagörüşünü mənimsəyirlər. Bizə adı azərbaycanlı, başı rus olanlar lazım deyil. Bu, bizim üçün faciədir. Özləri rus dilində danışa bilməyən, amma uşaqlarını aparıb rus məktəblərinə qoyan vətəndaşlarımız papaqlarını qabaqlarına qoyub düşünsünlər. Əslində, bəli, rus dilini bilməliyik, ingilis və başqa dilləri də öyrənməliyik. Həmişə demişəm ki, düşmənlərin dilini bilmək lazımdır. 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:117
embedMənbə:https://sherg.az
archiveBu xəbər 03 İyul 2025 07:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see267

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see228

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see203

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see186

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see180

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see173

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see163

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see154

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see153

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see146

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see144

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see143

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see138

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see138

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see137

AYB Sayman Aruzla bağlı qərara aydınlıq gətirib

30 Dekabr 2025 18:30see135

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see133

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see132

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see132

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri