Icma.az
close
up
RU
Qətnamə qərəz və ittihamlarla doludur DEPUTAT

Qətnamə qərəz və ittihamlarla doludur DEPUTAT

Icma.az, Sia Az portalına istinadən məlumat verir.

Avropa Parlamenti adlanan, demokratik dəyərlərin iflasa uğradığı, korrupsiya və rüşvətxorluğun dərin kök saldığı, lobbi qruplarına və müxtəlif maraq dairələrinə xidmət edən, bir qrup məsuliyyətini anlamayanlardan ibarət “parlamentarilərin” mövcud olduğu bir “qurumun” ölkəmizə qarşı qəbul etdiyi növbəti qərəzli qətnamə hər birimizdə gülünc doğurur. Bu əsassız, ittiham və qərəzlə dolu qətnamə sadəcə əhəmiyyətsiz bir kağız parçasıdır.

Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Səbinə Salmanova deyib.

Onun sözlərinə görə, “sənəddə” Qarabağ bölgəsinə erməni sakinlərin geri qayıdışı ilə bağlı irəli sürülən iddialar tamamilə əsassızdır:

“Bu cür yanaşmalar regionda baş verən proseslərin mahiyyətini təhrif etməklə yanaşı, Azərbaycanın suveren hüquqlarına və daxili işlərinə müdaxilə cəhdidir. 2023-cü ildə Azərbaycan dövləti Konstitusiyamıza uyğun olaraq Qarabağda yaşayan erməni əsilli sakinlərin reinteqrasiyası ilə bağlı plan irəli sürmüşdü. Ancaq buna baxmayaraq, erməni sakinlər regionu könüllü əsasda tərk etmişdilər. Bu faktı inkar və ya fərqli şəkildə təqdim etmək isə nankorluqdur. Sual olunur ki, niyə Avropa Parlamenti torpaqlarımızın Ermənistan tərəfindən 30 illik işğalına, yüzlərlə şəhər və kəndlərimizin, tarixi, dini və mədəni abidələrimizin dağıdılmasına, etnik təmizləməyə, bir milyondan çox qaçqın və məcburi köçkünün insan hüquqlarına davamlı şəkildə etinasız yanaşmışdı? Hesab edirəm ki, bu sual onların kimliyini ortaya qoyur. Demokratik dəyərlərin iflasa uğradığı, korrupsiya və rüşvətxorluğun dərin kök saldığı, lobbi qruplarına və müxtəlif maraq dairələrinə xidmət edən Avropa Parlamentinin Azərbaycana qarşı iddialar səsləndirməyə, “qətnamələr” qəbul etməyə hüquqi və mənəvi haqqı yoxdur”.

S.Salmanova qeyd edib ki, kağız parçasında “müharibə əsirləri” kimi təqdim edilən erməni əsilli şəxslərin azad edilməsi ilə bağlı çağırışlar hüquqi baxımdan qəbuledilməzdir:

“Barələrində məhkəmə hökmü çıxarılmış şəxslərin isə terrorçuluq, təxribat və hərbi cinayətlər daxil olmaqla bir sıra ağır cinayətlər törətmiş şəxslərdirlər. Eyni zamanda, Azərbaycan tərəfi humanistlik nümayiş etdirərək bəzi şəxsləri sülh mühitinin möhkəmləndirilməsi məqsədilə Ermənistana təhvil verilib. Bu, ölkəmizin sülh gündəliyinə sadiqliyinin və regionda etimadın bərpasına yönəlmiş siyasətinin göstəricisidir. Bir sözlə, Avropa Parlamentinin qərəzli qətnaməsi sülh gündəliyi prosesinə maneə yaratmaq məqsədi güdür. Biz bu kağız parçalarını ölkəmizin daxili işlərinə müdaxilə cəhdi kimi qiymətləndirir və qətiyyətlə rədd edirik”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:144
embedMənbə:https://sia.az
archiveBu xəbər 01 May 2026 17:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see577

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see531

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see442

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see393

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see300

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see275

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see262

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see242

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see239

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see236

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see234

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see219

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see215

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see211

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see210

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see209

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see209

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see203

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see202

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri