Icma.az
close
up
RU
Qeydiyyatsız evlər necə sənədləşdiriləcək?

Qeydiyyatsız evlər necə sənədləşdiriləcək?

525.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Məlum olduğu kimi, Nazirlər Kabineti "Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydalarını" təsdiq edib. Yeni qaydalara əsasən, hüquqların dövlət qeydiyyatına alınması üçün təqdim edilən sənədlərlə torpağın kateqoriyası dövlət torpaq kadastrında saxlanılan məlumatlara uyğun gəlmədikdə qeydiyyat orqanının vəzifəli şəxsləri tərəfindən 15 iş günü müddətində yerquruluşu sənədlərinin təhlili yolu ilə araşdırma aparılır. Bütövlükdə, yeni dəyişikliklər qeydiyyatsız evlərin sənədləşməsi prosesində məlumatların dəqiqləşdirilməsinə xidmət edəcək.

Ölkə üzrə minlərlə fərdi yaşayış evi torpaq sənədlərinin olmaması və ya natamamlığı, tikintinin müvafiq icazə olmadan aparılması, köhnə sənədlərin arxivlərdə düzgün əks olunmaması kimi səbəblərdən rəsmi qeydiyyatdan keçməyib. Nəticədə vətəndaşlar evlərini sata, bağışlaya, girov qoya və ya miras kimi rəsmiləşdirə bilmirlər.

Azərbaycanda qeydiyyatsız evlərin sənədləşdirilməsi uzun illərdir müzakirə olunan əsas sosial və hüquqi məsələlərdən biridir. Bu istiqamətdə həyata keçirilən yeni dəyişikliklər və mexanizmlər vətəndaşların daşınmaz əmlak hüquqlarının qorunmasına, eyni zamanda məlumat bazalarının dəqiqləşdirilməsinə və şəffaflığın artırılmasına xidmət edir. 

Millət vəkili Vüqar Bayramov deyir ki, vətəndaşlar tərəfindən təqdim edilən sənədlərdə göstərilən məlumatların doğruluğu təsdiq olunduğu halda, əmlak üzərində hüquqlar dərhal müvafiq dövlət qeydiyyatına alınacaq və dövlət torpaq kadastrında düzəlişlər öz həllini tapacaq. Bu isə torpaq və mülkiyyət hüquqları ilə bağlı dərin araşdırmanın aparılmasını nəzərdə tutur. Belə ki, əgər vətəndaş daşınmaz əmlakının qeydiyyata alınması ilə bağlı müraciət edən zaman qeydiyyata məsul olan dövlət qurumunda məlumat fərqli olarsa, o zaman 15 iş günü ərzində dəqiqləşdirmə aparılacaq:

"Məsələn, vətəndaşın sənədində torpağın təyinatı tikintiyə icazəyə imkan verirsə, amma dövlət qurumunda olan məlumat bazasında o ərazi kənd təsərrüfatı üçün yararlı torpaq kimi görünürsə, o zaman məlumatı dəqiqləşdirmək üçün digər aidiyyəti qurumlara sorğu göndəriləcək. Sorğu zamanı vətəndaşın sənədinin doğruluğu təsdiq olunarsa, həmin daşınmaz əmlak qeydiyyata alınacaq. Bütövlükdə, yeni dəyişikliklər qeydiyyatsız evlərin sənədləşməsi prosesində məlumatların dəqiqləşdirilməsinə xidmət edəcək. Bu, həmçinin, mülkiyyət hüquqların tanınması və qorunması baxımdan da vacibdir".

Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlının dediyinə görə, son 10 ilə qədər vətəndaşlara bələdiyyə sənədləri ilə çox sayda torpaq satılıb. Hətta satılan torpaqlarda evin tikintisinə də imkan yaradıblar. Əvvəllər bəzi notariuslar da bələdiyyənin verdiyi torpaq sahəsinin kiminsə ixtiyarına verilməsinə dair etibarnaməni tanıyırdı. Lakin Əmlak Məsələləri Dövlət Ximətinin tövsiyələrindən sonra notariuslar bələdiyyə sənədlərinə etibarnamə verməyi dayandırdı. Eyni zamanda, vaxtilə bələdiyyə sənədini etibarnamə ilə alan şəxslər çıxarış almaq üçün Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə müraciət edərkən də problemlə üzləşirlər. Xidmət etibarnaməni qəbul etməməsinin də səbəbi odur ki, ancaq çıxarışı olan torpaqların alqı-satqısını Xidmət həyata keçirir. Bələdiyyə sərəncamına etibarnamə almış vətəndaşların sənədini də Xidmət qəbul etmir. Yalnız birinci şəxs Reyestr Xidmətinə müraciət edə bilər".

Əmlak hüququ olmayan, yəni sənədsiz hesab edilən yaşayış evlərinin böyük əksəriyyəti, təxminən 90-95 faizi fərdi tikililərdir. Həmin tikililərə çıxarış almaq üçün torpaq sahəsi üzərində mülkiyyət və istifadə hüququnu təsdiq edən sənədlər tələb olunur. Həmin sənədlərin sırasında tikintiyə dair müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, tikinti obyektinin layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti başa çatdıqdan sonra müvafiq icra hakimiyyəti orqanına sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd, yaşayış evinin istismara qəbul aktı mütləqdir. Eləcə də, "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" qanunun 6.2-ci maddəsinə uyğun olaraq yaşayış evinin inşa edilməsi məqsədilə torpaq sahəsinin ayrılması barədə Bələdiyyənin Qərarı və alqı-satqı müqaviləsi, 2007-ci il dekabrın 1-edən isə hərrac protokolu və hərracın nəticələrinə uyğun olaraq bağlanmış alqı-satqı müqaviləsi tələb olunur. Həmin qərarların əksəriyyəti isə hazırda faktiki olaraq əmlakın rəsmiləşdirilməsi üçün hüquqi təminat vermir.

Ekspert qeyd edib ki, çox faktlar olur ki, bələdiyyələr müvafiq dövlət qurumları ilə razılaşdırma aparmadan torpağı kimlərəsə satıb. Yaxud da bələdiyyə öz mülkiyyətində olmayan torpaqları da vətəndaşlara satıb. Bu isə qanun pozuntusudur. Ona görə də bələdiyyə sənədi mülkiyyət hüququnu təsdiq edən sənəd deyil.

Onun sözlərinə əsasən, Bakı və Abşeron rayonundakı sənədsiz evlərin üçdə birini ancaq əhatə edir: "Bu ərazidə yüz minlərlə sənədsiz tikili var. Nəzərə almaq lazımdır ki, sənədləşdirilməsi tələb olunan evlərin arasında qaz, elektrik, su, dəmiryol xətlərinin mühafizə zonasına, vulkan, aktiv mədən ərazisinə düşən evlər də çoxdur. Təxmini qiymətləndirmələrə görə, Bakı və Abşeronda 500 minə qədər, regionlarda 200 minə yaxın sənədsiz evlər var. Onların bir qismi sovet dövründə, qalanı isə müstəqilliyin ilk illərində inşa edilib və əksəriyyətinin müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən müəyyənedici aktı yoxdur. Bundan başqa, bir çox evlər bələdiyyələr tərəfindən kənd təsərrüfatı təyinatlı torpaqlarda inşa olunub. Həmin evlərin içərisində mühəndis-kommunikasiya qurğularının yaxınlığında yerləşməyən, yəni hüquqi baxımdan sənədləşdirilməsi mümkün olan evlərin sayı kifayət qədər çoxdur".

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyevin sözlərinə əsasən, "Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları"nın təsdiqi daşınmaz əmlak bazarında inzibati proseslərin daha sistemli və şəffaf qurulmasına yönəlmiş addım kimi qiymətləndirilə bilər. Yeni prosedur qaydalarının təsdiqi sənədlərin qəbul və yoxlanma mexanizmini dəqiqləşdirərək vətəndaş-dövlət münasibətlərində qeyri-müəyyənliyi azalda bilər. Bu, xüsusilə mülkiyyət hüququnun qorunması baxımından əhəmiyyətlidir. Əgər qaydalar elektron müraciət, rəqəmsal yoxlama və məlumat mübadiləsini təşviq edirsə, bu, qeydiyyat müddətinin qısalmasına və vətəndaş məmnuniyyətinin artmasına səbəb olacaq.

Sevinc QARAYEVA

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:312
embedMənbə:https://525.az
archiveBu xəbər 20 Fevral 2026 10:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see392

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see293

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see236

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see220

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see212

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see209

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see207

Türkiyə və Azərbaycanın ortaq dil və ədəbiyyat irsi Bakıda bir araya gəldi

14 Oktyabr 2026 15:52see195

Bakı Beynəlxalq İnklüziv Məşğulluq Konfransına ev sahibliyi edəcək

14 Oktyabr 2026 10:04see188

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

14 Oktyabr 2026 21:46see184

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see184

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see182

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see180

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see180

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see179

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib EKSKLÜZİV

14 Oktyabr 2026 17:59see178

Ankara və İrəvanın yeni məramları nədir?

14 Oktyabr 2026 18:43see178

OPEC+ ölkələrinin hasilat güclərinin qiymətləndirilməsi ilin sonuna hazır olacaq

14 Oktyabr 2026 17:16see163

Bakı Limanında konteyner daşımaları 30% artıb

14 Oktyabr 2026 10:04see161

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see157
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri