Icma.az
close
up
RU
Qeyri neft qaz ixracı artıb

Qeyri neft qaz ixracı artıb

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycanda qeyri-neft-qaz ixracı artıb. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) hazırladığı 2026-cı ilin iyul ayı üzrə İxrac İcmalında bildirilib.

Məlumata əsasən, 2026-cı ilin yanvar-iyun aylarında Azərbaycanın qeyri-neft-qaz ixracı (qeyri-monetar qızıl nəzərə alınmadan) ötən ilin eyni dövrü ilə müqayisədə 16,9 faiz artaraq 1,9 milyard ABŞ dolları təşkil edib.

İcmala görə, cari ilin iyun ayında qeyri-neft-qaz ixracı (qeyri-monetar qızıl nəzərə alınmadan) illik müqayisədə 18,2 faiz artaraq 381,9 milyon ABŞ dollarına çatıb. Bildirilir ki, ərzaq məhsullarının ixracı 19,4 faiz artaraq 175,3 milyon ABŞ dolları, qeyri-ərzaq məhsullarının ixracı (qeyri-monetar qızıl nəzərə alınmadan) isə 17,3 faiz artaraq 206,5 milyon ABŞ dolları olub.

Məlumatda bildirilir: “Yanvar-iyun aylarında şəkər ixracı 3,4 dəfə, pambıq ipliyi ixracı 2,1 dəfə, bitki və heyvan mənşəli piylər və yağların ixracı 50 faiz, alüminium və ondan hazırlanan məmulatların ixracı 40,1 faiz, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 30,1 faiz, pambıq lifinin ixracı 26,3 faiz, meyvə-tərəvəz ixracı 18,9 faiz, çay ixracı 19,4 faiz, alkoqollu və alkoqolsuz içkilərin ixracı isə 2,9 faiz artıb. Hesabat dövründə kənd təsərrüfatı məhsullarının ixracı 23,9 faiz artaraq 563,9 milyon ABŞ dolları, aqrar-sənaye kompleksi məhsullarının ixracı isə 35,3 faiz artaraq 195,9 milyon ABŞ dolları təşkil edib. Kənd təsərrüfatı və aqrar-sənaye kompleksi məhsullarının ümumi ixracı 759,8 milyon ABŞ dollarına çatıb ki, bu da ötən ilin eyni dövrünün göstəricisindən 26,6 faiz çoxdur”.

Vurğulanır ki, yanvar-iyun aylarında qeyri-neft-qaz ixracının (qeyri-monetar qızıl nəzərə alınmadan) əsas məhsulları sırasında birinci yeri 202,2 milyon ABŞ dolları həcmində ixracla qızıl, ikinci yeri 163,8 milyon ABŞ dolları ilə pomidor, üçüncü yeri isə 135,9 milyon ABŞ dolları ilə mis filizləri və konsentratları tutub.

Bununla yanaşı, iyun ayında ixrac olunan qeyri-neft-qaz məhsulları arasında lider 44 milyon ABŞ dolları ilə pomidor olub. Sonrakı yerlərdə 34,5 milyon ABŞ dolları ilə qızıl və 29,4 milyon ABŞ dolları ilə çiyələk qərarlaşıb. Yanvar-iyun aylarında qeyri-neft-qaz ixracının (qeyri-monetar qızıl nəzərə alınmadan) əsas istiqamətləri Rusiya (596,1 milyon ABŞ dolları), Türkiyə (350,7 milyon ABŞ dolları), Gürcüstan (279,8 milyon ABŞ dolları), İsveçrə (213,9 milyon ABŞ dolları) və Ukrayna (73,4 milyon ABŞ dolları) olub. İyun ayında isə qeyri-neft-qaz ixracı Rusiyaya 162,4 milyon ABŞ dolları, Gürcüstana 50 milyon ABŞ dolları, Türkiyəyə 44,6 milyon ABŞ dolları, İsveçrəyə 35,2 milyon ABŞ dolları, ABŞ-a isə 14,4 milyon ABŞ dolları həcmində həyata keçirilib.

XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 30 İyul 2026 09:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see714

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see350

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see349

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see318

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see306

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see302

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see283

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see281

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see269

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see259

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see254

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see236

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see236

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see224

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see223

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see219

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see219

Ağdaşda II Heyva və Aqrar Biznes festivalları Fotolar

07 Noyabr 2026 19:44see217

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see202

Athena Gökhan illərdir dəyişmədiyi saç rəngini dəyişdi Yeni görünüşü təəccübləndirdi

07 Noyabr 2026 21:40see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri